LEYLA XANIM ƏLİYEVA İSTANBULDA İSESKO-NUN BAŞ DİREKTORU İLƏ GÖRÜŞÜB
İstanbulda BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumunda iştirak edən İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşub.
Əbdüləziz bin Osman əl-Tüveycri Leyla Əliyevanı İKT Gənclər Forumu tərəfindən BMT-nin Gənclər Məşvərət Şurasına üzv seçilməsi münasibətilə təbrik etmiş, gənclərin forumunda onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Leyla Əliyeva Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, xüsusilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü işlərdən danışıb. Görüşdə ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov iştirak edib.