PDF Oxu

Araşdırma

  • 12

“Gənclər terror əleyhinə” devizi altında aksiya keçirilib

“Gənclər terror əleyhinə” devizi altında aksiya keçirilib
Dünən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Gənclər və İdman Nazirliyində internet-aksiya keçirildi. İnternet-aksiyada çıxış edən gənclər və idman naziri Azad Rəhimov, artıq üçüncü ildir nazirliyin və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının təşəbbüsü ilə analoji aksiya keçirildiyini dedi. A.Rəhimov bildirdi ki, bu il keçirilən aksiya "Gənclər terror əleyhinə" şərti adı altında təşkil olunub.
A.Rəhimov bildirdi ki, 1918-ci il martın 31-də erməni-bolşevik quldur dəstələrinin xalqımıza qarşı törətdiyi amansız soyqırım barədə dünya ictimaiyyətini məlumatlandırmaq hər kəsin vətəndaşlıq borcudur. Hələ ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" imzaladığı tarixi sənəddə zaman-zaman başımıza gətirilən müsibətlərə dair açıqlamalar verilib: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaşatmaq imkanı əldə etmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsil qiymətini alır. Xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi təhlilini, qiymətini, hüquqi təhlilini almayan soyqırımı da tarixin açılmamış səhifələridir".
Həmçinin, ümummilli liderin imzaladığı soyqırımı haqqında sənəddən oxuyuruq: "Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir".
Nazir onu da bildirib ki, ölkə Prezident İlham Əliyev cənabları 31 mart soyqırımı ilə bağlı xalqa müraciətində erməni vandalizminin iç üzünü tamamilə ifşa edib: "Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədilə Azərbyacan və türk xalqları onilliklər boyu müntəzəm sürətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb".
Nazir A.Rəhimovun sözlərinə görə, bu gün keçirilən aksiya çərçivəsində 1918-ci ildə Azərbaycanda ermənilərin törətdiyi soyqırımı ilə bağlı dünyada fəaliyyət göstərən müxtəlif siyasi təşkilatlara, parlamentlərə, ayrı-ayrı deputatlara, məşhur insanlara elektron məktub göndəriləcək: "Ümumilikdə 15 min elektron ünvana soyqırımı ilə bağlı məktubun göndərilməsi nəzərdə tutulub". A. Rəhimov bu aksiyanın aprelin 24-nə kimi davam edəcək.
Həmçinin, tədbirdə açıqlanılıb ki, aksiyada ilk məktubu nazir özü göndərib. Nazirin məktubu Avropa Parlamentinə və bu parlamentin deputatlarına ünvanlanıb.
Keçirilən tədbirdə ayrı-ayrı gənclər təşkilatlarının rəhbərləri, ali məktəblərin tələbələri iştirak ediblər.

Digər xəbərlər