16 ildən yuxarı bir müddətdir ki, Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs müqaviləsi (əslində, atəşkəsin gündəlik pozulması, insan itkiləri müharibə şəraitinin davam etməsidir) heç bir halda tam sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmır. Dünyada baş verən gözlənilən və gözlənilməyən bütün proseslər qeyri-dini münasibətlər, müxtəlif müharibə ocaqları, dünyanı bürüyən iqtisadi böhran və s. kimi hallar, aparıcı dünya ölkələri siyasətçilərini ikili siyasət aparmağa məcbur etmişdir. Sanki dünya siyasətinin əsas aparıcıları həqiqəti görmür, qatığın ağ yox, qara olmasını dünya ictimayyətinə çatdırmağa çalışırlar. Bütün bu qarmaqarışıq dünya siyasəti fonunda Azərbaycan Dağlıq Qarabağ problemini çözməli, daxili və xarici siyasətini öz maraqları nöqteyi-nəzərindən qurmalıdır.
Atəşkəs illəri ərzində Azərbaycan hökumətinin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, hərbi cəhətdən dəyişilərək inkişaf etmiş, bölgədə lider dövlətə, MDB məkanında və dünyada müstəqil siyasəti ilə aparıcı bir ölkəyə çevrilmişdir. Azərbaycan sürətlə inkişaf etmiş ölkə kimi tanınırsa, ölkəmiz üçün Qarabağ problemi yaradan səpələnmiş millət halında yaşayan müstəqilliyi ilə yox, vassallığı ilə tanınan Ermənistan iqtisadi zəifliyi, riyakar siyasəti, hərbi avantürasi ilə artıq dünya ictimayyətinin fikrində qəti yer tutmağa başlayır.
İstər - istəməz ortaya suallar çıxır. Ermənistan dövləti haradan peyda olub? Kimlər bu "alət" millətdən bizim ulu xalqımıza qarşı istifadə edirlər. Azərbaycan xalqının çörəyini yeyən, suyunu içən, torpağında gəzən bu rəzil siyasətçiləri - köçəryanları, sarkisyanları bizə qarşı kimlər qoyurlar? Başqa dövlətlərin torpağına göz dikmək adı ilə "imperiya yaratmaq" xəritəsini bu "məzlum" millətə kimlər vermişdir? Təbiətin müsəlmanlara səxavətlə bəxş etdiyi sərvətlərə qısqanclıqla yanaşan xristian (pravoslav - katolik) dünyasımı? Bu dünyanın bu qəbildən olan dövlətçiləri, siyasətçilərimi?
Əcaba, dini mənsubiyyətə, iqtisadi maraqlara görə qatığa qara deyib, dünyanı çaşdırmaq, Azərbaycan xalqının haqq səsi olan Qarabağ faciəsinə göz yummaq, heç bir şey olmamış kimi "cılız" Ermənistanı sakitcə seyr etmək haqdırmı? Bütün dediklərimizi əsaslandırmaq üçün, qonşu və dünya dövlətlərinin apardığı xarici siyasətə nəzər yetirmək, Qarabağ problemi adlı qəlizləşmiş məsələyə aydınlıq gətirərdi.
"Forpost" Ermənistan
Dünya ictimayyətini "məzlum millət" maskası altında aldadaraq çaşdıran, dünyaya səpələnmiş, müxtəlif ərazilərdə yaşayan ermənilər, rus çarı I Pyotr dövründə Qafqazda yerləşdirilmiş, sovet hökuməti dövründə isə, tarixi qardaşların köməyi ilə, Azərbaycanın qədim şəhəri olan Yerevanı paytaxt edərək, "Ermənistan dövləti" yaratmışlar. Əslində, yüzilliklər keçəndən sonra məlum olur ki, Rusiyanın "forpost" dövlət adlandırdığı Ermənistan, elə o vaxtlar Rusiya tərəfindən düşünülmüş şəkildə, gələcəkdə Rusiyaya dayaq olacaq "vassal" dövlət kimi yaradılmışdır. Bu gün Ermənistan ona görə, müstəqil siyasət apara bilmir ki, tarixi rus qardaşı onun bütün məhv olmuş iqtisadiyyatını öz əlində saxlayır, oradakı bütün hərbi doktrina Rusiyanındır. Qarabağ problemini öz maraqları xətrinə bizə başağrısı edən, dolayısı Rusiyadır. Rusiya öz siyasətində Qərb xristian (pravoslav - katolik) dövlətlərdən və hətta Amerikadan dəstəklənir. Üç həmsədr dövlətin Qarabağ məsələsi həllində BMT-də səsvermə zamanı Azərbaycanın haqq işinin əleyhinə səs vermələri bunun əyani sübutudur. Hələ XX əsrin əvvəllərində dini yaxınları tərəfindən dəstəklənən ermənilər, Bakını və digər Azərbaycan şəhərlərini az qala işğal edərək imperiya yaratmaq arzularına çatacaqdılar. Türkiyənin köməyi ilə Azərbaycan tarixi haqsızlıqdan xilas ola bildi. Bu gün, ermənilərin tarixi rus qardaşlarının köməyi ilə imperiya yaratmaq məqsədi Qarabağda düyünlənib. İnkişaf etmiş Azərbaycan, Ermənistanı sürətlə hərəkət edən lokomativin sonuncu vaqonuna çevirmişdir.
Artıq Ermənistan iqtisadi tənəzzülə, dözümün son həddindədir. Dünyanın qarmaqarışıq siyasətinə başı qarışıq olan tarixi qardaşın Azərbaycandan əsən isti küləyə meyili hiss olunur. Ermənistana isə baş ağrılarından qaçıb, Qərb ölkələrinə səpələnən məzlum millətinin miqrasiyasının qarşısını almaq, məhv olacaq iqtisadiyyati xilas etmək yollarını axtarmaq qalıb. Ermənistan Türkiyəyə qarşı olan soyqırım iddialarını ağılsız lobbiçilərinə gələcək fəaliyyətləri üçün (guya Türkiyəyə qarşı olan soyqırım iddialarından əl çəkmişdir) saxladığından, Türkiyəyə yol axtarmağa, türklərlə dostluq siyasətini qurmağa cəhd göstərirlər. Çalışırlar ki, Türkiyə ilə olacaq dost münasibətlər Azərbaycansız ötüşsün, çünki bilirlər ki, Azərbaycan xalqı artıq keçmiş "kirvəyə" inanmır.
Ulu bir millətin xarici siyasəti bütün erməniləri, onların lobbilərini yerinə oturtmuş, dunyanı haqqa xidmət etməyə çağırmışdır. Dünya bu ulu millətin, ulu öndərinin haqq səsi qarşısında usandı, cavan, qurucu siyasətçi, bütün dövlətlərlə qardaşlıq diplomatiyası quran İlham Əliyevin haqq səsini eşitməyə başladı. Vassal dövlətin himayədarı Rusiyanın təklifi ilə "qoca" Avropanın, demokratiya tərənnümçüsü olan Amerikanın dəstəyi və üç dövlətin iştirakı ilə Rusiyada məlum Qarabağ bəyannaməsi imzalandı. Rusiyanın təklifi olan Qarabağ bəyannaməsi öz doğma torpaqlarına getmək arzusu ilə yaşayan 1 mln məcburi köçkünün çöhrəsinə işıq saldı: doğrumu bu?! Görəsən, bütünlüklə öz xarici siyasətində manevrlər edən Rusiya bu təklifi ilə yenidən manevr etmirmi? Xalqın sualı havadan yaranmır. Məlum bəyannamədən bir neçə gün sonra, forpost dövlətin prezidenti S.Sarkisyanın əks-bəyannaməsi, bu yaxınlarda 800 mln dol civarında silah-sursatın Ermənistana verilməsi, maliyyə köməyi göstərilməsi sübut etdi ki, Rusiya prezidentinin təklifi manevrdən başqa bir şey deyildir. İnanmaq istərdik ki, Rusiya prezidenti D.Medvedev bəyannaməyə atdığı imzasına etinasız yanaşmasın və bir siyasətçi kimi, ictimayyətin nəzərindən düşməsin. S.Sarkisyana gəldikdə isə, bu riyakar nəinki imzasını danar, hətta millətini belə satar. Məgər onun hakimiyyətə gəlişi millətinin gülləbaran edilməsi, ölümlərlə müşaiyət olunmadımı? Fikrimcə, belə qənaətə gəlmək olar ki, Ermənistanın müstəqil dövlət siyasəti yoxdur və heç vaxt Qarabağ problemini həll etmək üçün danışıqlar masası arxasına keçə bilməyəcək. Qarabağ probleminin yeganə həlli yolu Rusiyadadır. Rusiya öz maraqlarını təmin etməyincə, Ermənistana imkan verməyəcək ki, bir dövlət kimi, onun özünə də baş ağrısı olan Qarabağ problemini çözsün.