PDF Oxu

Araşdırma

  • 6

Ermənistan hakimiyyəti iqtisadi cinayətkarlıqda ittiham olunur

Ermənistan hakimiyyəti iqtisadi cinayətkarlıqda ittiham olunur
Ermənistan iqtisadi-sosial partlayış ərəfəsindədir. Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş dövlətin iqtisadiyyatı dünya maliyyə böhranı ilə əlaqədar iflic vəziyyətinə düşüb. Korrupsioner-kriminal hakim rejimin yarıtmaz idarəçiliyi, ölkəyə xarici sərmayələrin axınının sıfıra düşməsi və pul qıtlığı Ermənistanda sosial böhranın fonunda siyasi kataklizmləri şiddətləndirməkdədir. Hakimiyyətdə təmsil olunan məmurların artıq sabaha ümidləri tükəndiyindən iqtidardaxili gərginlik də artıb. Rusiya mediasında və erməni elektron yayım vasitələrində məmurların bir-birinin korrupsiya əməlləri barədə KİV-ə gizli informasiyalar ötürməsi də ad hal alıb. Artıq Ermənistanın "Ment", "Armenia Today", "Aykakan Jamanak", Rusiyanın "Trud", "İnfden" və digər elektorn vasitələrdə və mediada Sarkisyan hakimiyyətinin iqtisadi cinayətləri haqqında materialların sayı hər həftə nəzərə çarpır.

Bu cinayət hallarında baş nazirin, milli bankın, nazirlərin də adları açıqlanır. Son günlər Ermənistanın ən qalmaqallı iqtisadi cinayətləri sırasında bank maxinasiyaları daha çox hallandırılır. Bu cinayətlərdə baş nazir Tiqran Sarkisyanın və parlamentin spikeri Ovik Abramyanın adı artıq "rekordlar kitabına" düşüb. Baş nazir Tiqran Sarkisyanın mərkəzi bankın vəsaitlərini mənimsəməsi ən çox danışılan mövzuya çevrilib. Hökumət başçısının ölkənin mərkəzi bankının pullarını kredit yardımı adı altında özünə məxsus "Yerevan-kredit" bankına köçürüb. Sonradan həmin pullar müxtəlif adı kağız üzərində olan, faktiki faəliyyət göstərməyən "şirkətlərə" köçürülüb. Baş nazirə məxsus həmin bank əhalidən yığılmış pulları, yəni, depozitləri də mənimsəyib. Bankın dünya maliyyə böhranı ilə əlaqədar likvidliyini itirməsi nəticəsində vətəndaşlara pullarını geri qaytarması problemə çevrilib. Sarkisyan bu vəziyyəti görərək bankı Levon Markos adlı fırıldaqçını tora salıb. Bu prosesə ölkənin Milli Bankı da cəlb edilib. Mərkəzi bankın xeyir-duası ilə "Yerevan-kredit" özəlləşdirilib. Markos banka sahib olduqdan sonra, əhalinin pullarını tələb etməsini görərək xaricdən borc kredit götürüb. Amma yenə də depozitləri qaytara bilməyib. Vətəndaşların Milli Bank və prokurorluğa müraciət etməsindən sui-istifadə edən Sarkisyan əhalinin borclarının ödənilməsi üçün Markos qarşısında iki şərt irəli sürüb, ya həbs olunmaq, ya da bankı ucuz qiymətə, müflis olnmuş halda balans dəyəri ilə su qiymətinə satmaq. Beliklə, erməni hökumətinin başçısı "Yerevan-kredit"i biznesmenin əlindən alıb və ona yenidən sahib olub.

Parlamentin sədri Ovik Abramyan isə 95 mln dol pulun "yuyulmasında" ittiham olunur. Spikerin bir neçə mərhələdə Kiprdən köçürülən 95 mln dol-ı mənimsəməsi barədə baş prokurorluqda araşdırma da aparılıb. Prokurorluq müəyyən edib ki, çirkli pulların yuyulmasında parlamentin spikeri Ovik Abramyan əsas iştirakçı olub. Mərkəzi bank bu köçürmələr barədə baş nazir Tiqran Sarkisyanı da xəbərdar edib. Amma Srakisyan baş prokuror Aqvan Ovsepyanın məsələni şişirtməməyi tövsiyə edib. Məlumatlara görə, prokuror spiker barəsində cinayət işi qaldırılmasının qarşısını alsa da, dövlət başçısı Serj Sarkisyana bu barədə məlumat verməyi də borcu hesab edib. Lakin onun bu "xəbərçiliyi" heç də yaxşı qarşılanmayıb. Mənbələrin məlumatına görə, prezident Serj Sarkisyan prokurora ona aid olmayan bu cür məsələlərə "burun soxmamasını" xəbərdar edib. "Aykakan Jamanak" ın yazdığına görə, çirkli pulların yuyulmasını təşkil edən şəxs, ümumi məbləğin 20 faizini əldə edir, baş nazir 30 faizini, 50 faizin isə kimə çatması artıq məlumdur. Prezident və baş nazir "Bazalt" ASC, "Sevan", "Sevan-2" motellərinin, "İntermotor Mersedes Mərkəzi"nin pullarını da mənimsəyiblər. Göründüyü kimi, hər şey göz qabağındadır.

Erməni mənbələri onu da qeyd edir ki, Köçəryan-Sarkisyan klanı ölkənin sərvətlərini talan edir. Xaricdən erməni lobbisinin müxtəlif fondlara köçürdüyü pullar hakimiyyət tərəfindən mənimsənilir. Hökumət səviyyəsində iqtisadi cinayətkarlıq biznesin, sahibkarlığın, kənd kənd təsərrüfatının inkişafına mane olur. Daxili bazar birbaşa polis rejiminin nəzarəti altındadır. Heç kim polis rəislərinin icazəsi olmadan kommersiya ilə məşğul ola bilməz. Ölkəyə gətirilən strateji məhsullar da mafiyanın nəzarətindədir. Ölkədəki xarici investorlar da müxtəlif kriminal qrup tərəfindən döyülür. Bir müddət əvvəl Hollandiya iş adamı olan Hans Boonun döyülməsi də bunu təsdiq edir. "Aypost" Qapalı Səhmdar Cəmiyyətinin milliyyətcə holland olan baş direktoru Hans Boonun döyülməsində baş nazir Tiqran Sarkisyanın əli olduğu bildirilir. Əcnəbi biznesmen baş vermiş zorakılıq aktından sonra vəzifəsindən imtina edərək bu bədnam ölkəni tərk etməyə məcbur olub. Xatırladaq ki, yerli sahibkarlar daha çox təzyiqə məruz qalırlar. Onların hökumətin qoyduğu "qanunlara" qarşı çıxmasına siyasi motiv əlavə olunur və onlar hətta mart hadisələri zamanı həbsə atılmış şəxslərin təhriki ilə dövlətçiliyə zidd əməllər törətməkdə günahkar bilinirlər. Bir sözlə, hökumət başçısı yerli sahibkarlara amansız divan tutur. Onlardan bir neçə vergi növü tələb olunur. Korrupsiya ilə mübarizə adı altında siyasi mənsubiyyəti şübhə yaradan şəxslər həbs olunurlar. Onu da xatırladaq ki, bu günlərdə Ermənistanın hökumət binası və Vergilər Nazirliyi qarşısında sahibkarların vergi dərəcələrinin artırılmasına qarşı geniş mitinqi zamanı bir neçə nəfər həbs olunub. Bütün bu baş verənlər ermənilərin dözülməz vəziyyətə etiraz əlaməti olaraq ölkəni tərk etməyə, Rusiyaya qaçmağa məcbur edir.

Sarkisyan rejimi ölkəni elə bir vəziyyə salıb ki, Ermənistan büdcənin sosial xərclərini yerinə yetirə bilmir. Bunun üçün xaricdən pul dilənməyə başlayan hökumət Rusiyadan, Dünya Bankından, Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından 1 mlrd dol istəyib. Hökumət bu vəsaitin dünya maliyyə böhranının nəticələri ilə mübarizə aparmaq üçün lazım olduğunu bildirsə də, bu pulun adi pensiya və maaş üçün istənildiyi qeyd olunur.

Digər xəbərlər