PDF Oxu

Araşdırma

  • 5

Prezident İlham Əliyevin Praqa zəfəri

Prezident İlham Əliyevin Praqa zəfəri
Metyu Brayza: "Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin ideyaları üzrə razılığa gəlirlər"
Mayın 7-də isə, Praqada, ABŞ səfirliyinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü başlayıb. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak edib, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin jurnalsitlərə verdiyi məlumata görə, prezidentlər münaqişənin həlli ilə razılığa gəlmək üzrədirlər.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasına işgüzar səfərə gedib. Həmin gün Praqada işgüzar səfərdə olan Azərbaycan Prezidenti Çexiya Respublikasının Prezidenti Vatslav Klaus ilə görüşüb.
Daha sonra Prezident İlham Əliyev Praqada İsrail Dövləti Baş nazirinin müavini və xarici işlər naziri Aviqdor Liberman ilə görüşüb. O ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələri müzakirə edilib, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Mayın 7-də isə, Praqada, ABŞ səfirliyinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Çex mətbuatının məlumatına görə, ABŞ-ın bu şəhərdəki səfirliyində keçirilən və iki saat yarımadək davam edən görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri mətbuat nümayəndələrinə açıqlama verib.
Amerikalı həmsədr Metyu Brayza açıqlamasında görüşün konstruktiv keçdiyini deyib. "Görüşdə münaqişənin nizamlanmanın əsas prinsiplərinə uyğun danışıqlar aparılıb. Prezidentlər razılığa gəliblər ki, növbəti görüş cari ilin iyun ayında Sankt-Peterburqda təşkil olunacaq iqtisadi forum çərçivəsində keçirilsin".
M. Brayza prezidentlərin bu görüşə razılıq verməsini prosesin irəliləməsi kimi dəyərləndirib. Amerikalı həmsədr onu da deyib ki, prezidentlər münaqişənin nizamlanmasına dair baza prinsiplərinin ideyaları üzrə razılığa gəlirlər.
Fransalı həmsədr Bernar Fasye isə növbəti aylarda danışıqlarda sıçrayış olacağını gözlədiklərini söyləyib.
Rusiyalı həmsədr Yuri Merzlayakov prezidentlərin Sankt-Peterburq görüşünə qədər vasitəçilərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini, prezidentlərin görüşünü hazırlamaq üçün regiona səfər edəcəklərini qeyd edib: "Səfərin tarixi hələ dəqiqləşdirilir".
Y.Merzlyakov "Cənubi Osetiyanın, Abxaziyanın müstəqilliyini tanıyan Rusiyaya azərbaycanlılar və ermənilər öz talelərini necə etibar edə bilərlər" sualına cavab olaraq bildirib ki, burada vəziyyət tamamilə fərqlidir. "Dağlıq Qarabağla bağlı nizamlamada vəziyyət adını çəkdiyiniz münaqişələrdən tamamilə fərqlənir" deyə rusiyalı həmsədr bildirib.
Tərəflərin hansı kompromisə getmələri barədə suala isə həmsədrlər cavab olaraq bildiriblər ki, nizamlanmanın bütün bəndləri üzrə razılığa gəlmədən heç kim güzəştə getmək istəmir.
Qeyd edək ki, görüşdə həmsədrlərlə yanaşı, xarici işlər nazirləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Beləliklə, prosesin gedişi göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan problemin həllində Azərbaycan diplomatiyasının uğurları, Azərbaycanın əsaslı mövqeyi Ermənistan rəhbərliyini reallığı dərk etməyə və həqiqəti etiraf etməyə məcbur edir.
Artıq təcavüzkar ölkənin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxslər Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması zərurəti barədə danışır, aqressiv ritorikadan geri çəkilməyə başlayırlar. Bu, Ermənistan siyasətində aqressiv mövqe tərəfdarlarının təsir imkanlarının azaldığını göstərir.
Yadınızdadırsa, bur qədər əvvəl, Serj Sarkisyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşündə bildirmişdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları hələ tükənməyib. Sarkisyanın sözlərinə görə, bunun üçün, prinsip etibarilə, Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü, Azəbaycanın isə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanıması vacibdir.
Əlbəttə ki, Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanınması bir prinsip kimi başqa mənada şərh oluna və başa düşülə bilməz. Lakin "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi" prinsipi çoxlu yanaşmalar və variantlar yolu ilə reallaşa bilər.
Yəni, "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi" fikri Qarabağın dağlıq hissəsinə mədəni muxtariyyət və ya digər, Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində yüksək status verilmək yolu ilə də tanına bilər.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan xalqların öz müqəddəratını təyinetmə hüququnu qəbul edir, lakin bu, ölkələrin ərazi bötüvlüyü çərçivəsində öz həllini tapa bilər.
Serj Sarkisyanın son açıqlamaları Ermənistanda Azərbaycan Prezidentinin mövqeyinin qəbul olunduğunu, realist düşüncə nümayiş etdirən, yaranmış vəziyyətdən, beynəlxalq praktikanın və regionda qüvvələr nisbətinin dəyişməsi reallıqlarından nəticə çıxaran siyasətçilərin mövqeyinin gücləndiyini göstərir. Serj Sərkisyanın "siyasətçilər özlərində cəsarət tapıb həqiqəti xalqa deməlidirlər" fikri bunu sübut edir.
Göründüyü kimi, bir çox Ermənistan rəsmilərinin mövqeyi, bəyanatları artıq öz kəskinliyi ilə seçilmir, onlar dünya siyasətinin reallıqlarına uyğun hərəkət etməyə başlayıblar. İşğalçı ölkənin düşdüyü siyasi və iqtisadi durumu nəzərə alsaq, Ermənistan siyasətçilərinin və vəziyyətə nəzarət etmək imkanları geniş olan bir sıra rəhbər dairələrin mövqeyində dəyişikliklərin səbəblərini təsəvvür etmək mümkündür.
Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın münaqişənin nizamlanması ilə bağlı bir qədər əvvəl səsləndirdiyi fikirlər də erməni ictimai fikrində əməlli-başlı ikitirəlik yaradıb. Eks-prezidentin münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində Ermənistanın apardığı xarici siyasətin uğursuzluğa düçar olduğunu, Azərbaycan diplomatiyasının isə ciddi nailiyyətlər əldə etdiyini açıq şəkildə bəyan etməsi, ermənilər arasında əsil şok effekti doğurub. Ermənistanın ilk prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli edilməməsi nəticəsində bir sıra regional və qlobal enerji layihələrindən kənar düşdüklərini xüsusi qeyd edib.
Maraqlıdır ki, artıq Ermənistan rəsmiləri də ən yüksək səviyyədə münaqişənin həlli ilə bağlı reallıqları dərk etməyə başlayıblar. Onlar işğal altında olan Azərbaycan torpaqlarını istənilən halda azad edəcəkləri qənaətinə gəlməyə başlayıblar.
Rəsmi Yerevan artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatiyamızın uğurlarını, ölkəmizin əsaslı mövqeyini dərk etməyə başlayıb. Hətta təcavüzkar ölkənin rəhbərliyində təmsil olunmuş yüksək vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün tanınması zəruriliyi barədə danışmağa, aqressiv ritorikadan geri çəkilməyə başlayıblar. Bu isə, onu deməyə əsas verir ki, Ermənistan siyasətində realist mövqe tərəfdarlarının təsir imkanları artmaqdadır.
Erməni politoloq Aleksandr İsgəndəryan isə rus mətbuatına bildirib ki, ölkədə Rusiyanı istəməyən qüvvə faktiki olaraq yoxdur. Onun qənaətincə, bu, Ermənistanı digər postsovet ölkələrindən fərqləndirən əsas amildir: "Ölkədə anti-Rusiya meyilli qüvvə, demək olar ki, mövcud deyil. Qərbin erməni siyasi dairələrində rolu heç görünmür də. Qərb yalnız "Qordi düyünü" kimi özünə yer alan Qarabağ probleminin həlli və Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına nail olduqdan sonra burada təsirini gücləndirə bilər".
Erməni ekspertləri də bildirirlər ki, Birləşmiş Ştatlar və digər Qərb ölkələri regionda daha çox Azərbaycanla geopolitik münasibətlərin möhkəmləndirilməsində maraqlıdır. Çünki Azərbaycan Qərbin enerji strategiyasında başlıca rol oynayır.
Ermənistanda olan xarici jurnalistlər ölkənin sosial sıxıntı içində və inkişafdan geridə qaldığını qeyd edirlər. Əhalinin işsizlikdən əziyyət çəkdiyi isə xüsusi vurğulanır. Bir sıra yerlərdə yeganə qazanc mənbəyi kimi xarici turistlərin olduğu göstərilir.
Rusiyanın "İzvestiya" qəzetinin Ermənistanda olan müxbiri ilə söhbətində bütün ermənilərin katalikosu II Qaregin bildirib ki, Azərbaycanla Ermənistan bir-birilərini müdafiə edən qonşular kimi yaşamalıdır. "Biz qonşular kimi yaşamalıyıq- çiyin-çiyinə və bir-birimizi dəstəkləməklə. Bu, yalnız sülhü və əmin-amanlığı qoruyub saxlamaqla öz xoş bəhrəsini verə bilər" deyə erməni katalikosu vurğulayıb.
Son bəyanatları və göstərilən konstruktiv mövqeni nəzərə alaraq, Ermənistan siyasətçilərinin və vəziyyətə təsir etmək imkanları geniş olan bir sıra rəhbər dairələrin mövqeyində nə qədər köklü dəyişiklik olduğunu təsəvvür etmək mümkündür.
Bu, bir daha göstərir ki, Azərbaycanın haqlı və prinsipial mövqeyi getdikcə güclənir, bu günə kimi Qarabağ məsələsi ilə bağlı danışıqlar, məhz Azərbaycanın ərazi bötüvlüyü kontekstində aparılıb. Yəni, Azərbaycan Prezidentinin, diplomatiyasının səyləri artıq öz bəhrəsini verməyə başlayıb.
Beynəlxalq arenada Azərbaycanın mövqeyi gücləndikcə, ölkəmizin haqlı mövqeyi daha geniş dəstək qazandıqca, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycanın ərazi bötüvlüyünü tanıyan bəyanatların sayı artdıqca, erməni lobbisinin səyləri iflasa uğrayır, onun beynəlxalq arenada, həmçinin, Ermənistanın özündə ictimai rəyi çaşdırmaq imkanları tükənir. Bir sözlə, Ermənistanın siyasi elitası artıq mövcud reallıqları qəbul etmək məcburiyyətindədir.
Ümumiyyətlə, regionda gedən bütün proseslər Azərbaycanın xeyrinə cərəyan edir. Dünya dövlətləri və beynəlxalq təşkilatların rəsmiləri tərəfindən səsləndirilən son bəyanat və açıqlamalara diqqət yetirdikdə, Azərbaycanın haqlı və prinsipial mövqeyinin getdikcə güclənməsinin şahidi oluruq. Ermənistandan yayılan son açıqlamalar isə real vəziyyəti ifadə edir.
Bununla da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların məhz Azərbaycanın ərazi bütövlüyü kontekstində aparıldığı və artıq bunun öz bəhrəsini verdiyi bir daha təsdiqlənmiş olur. Aparılan uğurlu xarici siyasət, ölkəmizin haqq mövqeyi getdikcə əksər beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənməkdədir.
Məhz bu siyasətin nəticəsidir ki, Avropa Şurası Parlament Assambleyası kimi mötəbər bir təşkilat, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını əsas şərt kimi irəli sürüb. Analoji bəyanatları digər beynəlxalq qurumlar da dəfələrlə səsləndiriblər.
Bütün bu qeyd olunanlar Prezident İlham Əliyevin uğurlu xarici siyasət xəttinin və Azərbaycan diplomatiyasının qələbəsini göstərən faktlardır.

Digər xəbərlər