PDF Oxu

Araşdırma

  • 14

Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar başlayacaq

Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar başlayacaq

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia APA-nın suallarına cavab olaraq bildirib. O, viza sadələşdirilməsində məqsədin Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə daha asan yolla səfər edə bilmələrinə şərait yaratmaq olduğunu deyib: "Bu çox vacib məqamdır. Çünki bəzi ölkələrlə viza sadələşdirmə proseduru olub. İndi hər iki tərəfdə siyasi iradə olsa, gənclər və bəzi kateqoriyadan olan şəxslər Avropa İttifaqı ölkələrinə daha da asanlıqla səfər edə bilərlər".

R. Kobia qeyd edib ki, danışıqlar prosesinin başlanması üçün mandat gözləyirlər.

Digər xəbərlər