PDF Oxu

Araşdırma

  • 12

“Vasitəçilər tərəfindən irəli sürülən əsas prinsiplər tezliklə qəbul edilməsə, həmsədrlər yeni konsepsiya hazırlayacaqlar”

“Vasitəçilər tərəfindən irəli sürülən əsas prinsiplər tezliklə qəbul edilməsə, həmsədrlər yeni konsepsiya hazırlayacaqlar”

"Əgər vasitəçilər tərəfindən irəli sürülən əsas prinsiplər yaxın gələcəkdə qəbul edilməsə, həmsədrlər yeni konsepsiya hazırlayacaqlar". SİA-nın xəbərinə görə, bunu fransalı vasitəçi Bernar Fasye Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı etdiyi çıxışında deyib: "Həmsədrlər irəliləyişin 2009-cu ildə nail olunmasını gözləyirdilər və bu səbəbdən də Minsk Qrupu həmsədri ölkələrinin prezidentləri əsas prinsiplərin dərc olunmasını öz öhdəliklərinə götürmüşdülər. Beləliklə, biz bu gün Qarabağ münaqişəsinin nizamlanmasının üçüncü dövrünün sonuna yaxınlaşmışıq".

Daha sonra çıxış edən amerikalı vasitəçi Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylə çalışdığını bildirib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının indiki mərhələsində özünü effektiv sayır. Ən əsası isə biz müharibənin baş verməsinin qarşısını ala bilirik". Amerikali həmsədr eyni zamanda vurğulayıb ki, ATƏT-in Minsk Qrupu formatı lazımi qədər çevikdir və regionda olan bütün dəyişikliklərə cəld reaksiya verməyi bacarır.

Digər xəbərlər