PDF Oxu

Araşdırma

  • 9

Aqressiv insanlar, ac ölkə, yalançı hakimiyyət

Aqressiv insanlar, ac ölkə, yalançı hakimiyyət

Statistik məlumatlara görə, hazırda Ermənistanda 100 nəfərdən 15-i doyunca yemək yemir. Ermənistan prezidenti Serj Sarkisyan və onun əlaltılarının "ölkədə hər şey normaldır" tipli bəyanatlarına baxmayaraq, erməni xalqı toxluqdan çox-çox uzaqdır. Qeyd edək ki, ölkədə orta aylıq maaşı 80-100 min dram təşkil edir. Bu, təqribən 200 dollar civarında olan rəqəmdir. Lakin belə maaş bütün ölkə üzrə deyil, əsasən, Yerevanda ödənilir. Ermənistanın əyalətlərində aylıq maaş təxmini olaraq, 50-60 min dramı təşkil edir.

Orada bir çox adam nəinki meyvə və tərəvəz ala bilmir, eyni zamanda, köhnədənqalma məhsulları almaqda çətinlik çəkir. Yəni əyalətlərdə vəziyyət paytaxt Yerevanla müqayisədə daha ağırdır. Əyalət adamlarını isə siyasi partiyalar, hakimiyyət, məmurlar və siyasətçilərin hansı cəmiyyət yaratmaq istədikləri əsla maraqlandırmır. Onları düşündürən əsas məsələ həmin cəmiyyətin sağlam olmasıdır. Cəmiyyətin sağlamlığı isə onu təşkil edən fərdlərin sağlamlığı ilə müəyyənləşir...


Müxalifət də iqtidardan geri qalmır


Ermənistan politoloqlarının dediklərinə görə, həmin 19 ailə ölkədə kölgə iqtisadiyyatının səviyyəsinin 80 faizə çatmasına "nail" olaraq vətəndaşlara yalnız işçi qüvvəsi, qul kimi baxırlar. Sarkisyanların başçılıq etdiyi həmin ailələr arasında Köçəryan və Levon Ter-Petrosyanın ailələri də var. Nə qədər paradoksal olsa da, Ermənistanda müxalifət liderləri də kriminallaşmış iqtisadi strukturlara nəzarət edirlər. Təbii ki, prezident Serj Sarkisyan da bundan yetərincə istifadə edir, marionetkalar teatrını xatırladan "müxalifət düşərgəsi"ndə radikallığını artırıb "cızıq"dan çıxanları yoxlamalar və təftişlər vasitəsilə tezliklə yerinə qaytarır. Xəbərdarlıqları dinləməyən və romantizmə qapılıb hakimiyyət dəyişikliyinə nail olmaq, Sarkisyanı iqtidardan uzaqlaşdırmaq fikrinə düşənlərin sonu isə müflisləşmə, həbs, ya da ölüm olur.


Dayanmayan bahalaşma və inhisar

çarəsizliyi


Ermənistanın sosial-iqtisadi vəziyyətinin ağır olmasını şərtləndirən amillərdən biri də fasiləsiz bahalaşmadır. İnflyasiya həddi həndəsi silsilə formasında yüksəldiyindən hakimiyyətin maaşlar və təqaüdlərin artırılması ilə bağlı fərmanları adi erməninin həyatında heç bir müsbət dəyişikliyə səbəb olmur. Tam əksinə, real təminatı olmayan kağız kütləsinə çevrilməkdə olan erməni dramlarının dövriyyədə olan kütləsi artdıqca, Ermənistanın milli valyutası qiymətdən düşür, kənd təsərrüfatının ağır problemləri daha da kəskinləşir, işsizlərin sayı çoxalır, sənaye istehsalının həcmi aşağı düşür. Ölkədə inhisarlaşma, kölgə iqtisadiyyatının təsiri 97 faizdən artıqdır. 3 faiz isə dövlətin nəzarətində və büdcə ayırmaları ilə inşa edilən obyektlərdir ki, onların da, istisnasız olaraq, hamısında vəsaitin mənimsənilməsi, saxtalaşdırma və s. müşahidə olunur.

Yerevanda keçirdiyi mətbuat konfransında tanınmış iqtisadçı-ekspert Harutyun Mesropyan maraqlı açıqlamalarla çıxış edib. Onun dediyinə görə, hazırda Ermənistanda inflyasiyanın real həddi artıq 45 faizə çatıb. Hakimiyyət dairələri kiçik və orta sahibkarlıq müstəvisində vergilərin yığılmasının effektivliyini artırmağa çalışsalar da, iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət edən oliqarxların vergilərdən yayınaraq, milyonlar qazanmasına əsla mane olmaq niyyətində deyil.

Ermənilərin yaşamlarını ağırlaşdıran amillərin arasında ən mühüm yerlərdən birini tutan inflyasiya barədə, əksinə, hakimiyyətin üst təbəqəsinin özü oliqarxlardan ibarət olduğu üçün qanun pozuntularına qarşı hansısa mübarizədən danışmağa dəyməz.

Ermənistan prezidenti Serj Sarkisyanın yürütdüyü yarıtmaz siyasətin nəticələri bundan sonra daha ağır, fəlakətli şəkildə üzə çıxacaq. Xarici siyasət arenasında dalbadal uğursuzluqlara düçar olan rəsmi Yerevan daxili arenada kiçik də olsa, irəliləyişlərə nail olmağa çalışsa da, heç nəyə nail ola bilmir.


RÖVŞƏN

Digər xəbərlər