PDF Oxu

Araşdırma

  • 12

“Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə böyük ümidlər var”

“Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünə böyük ümidlər var”

"Kazan görüşündə irəliləyişə nail olunub-olunmayacağını proqnozlaşdırmaq çətindir, lakin bunun mümkünlüyünə böyük ümidlər var". Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer "Jamanak" qəzetinə müsahibəsində bildirib.

"Bu, razılığın əldə olunmayacağı halda prosesin davam etdirilib-etdirilməməsi ilə bağlı sual yaranacağına görə narahatlıqla da bağlıdır. Tezliklə Ermənistanda və Azərbaycanda seçkilər olacaq, elektoral proseslər vasitəçi ölkələrdə də gözlənilir. Əgər bu il tərəflər razılığa gəlməsələr, 2012-2013-cü illərdə kompromisə getmək çətin olacaq", - o deyib.

"Həmçinin bildirilir ki, razılıq əldə olunarsa, hər üç ölkə maliyyə və digər yardımların göstərilməsi vasitəsilə bu prinsiplərin reallaşdırılmasını izləyəcək. Əgər tərəflər razılığa gəlməsələr və onlardan biri güc tətbiq edərsə, bu, həmsədr ölkələr tərəfindən mənfi addım kimi qəbul ediləcək və problemin həlli yolu kimi qəbul olunmayacaq", - Freyzer bildirib.

Digər xəbərlər