PDF Oxu

Araşdırma

  • 11

“Prezidentlər Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin təməl layihəsi üzrə qərar qəbul edəcəklər”

“Prezidentlər Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinin təməl layihəsi üzrə qərar qəbul edəcəklər”

"Azərbaycan, Rusiya və Ermənistan prezidentləri gələn həftə Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının təməl layihəsi üzrə qərar qəbul edəcəklər". SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Onun sözlərinə görə, Kazan görüşündən gözləntilər böyükdür: "Əldə olunan razılaşmalara əsasən, qarşıdakı sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri haqqında tam layihənin müzakirəsi nəzərdə tutulur. Bu sənəddə əksini tapan formullar üç ölkə xarici işlər nazirlərinin aprel və iyun aylarında Moskvada keçirilmiş görüşlərində razılaşdırılıb".

O qeyd edib ki, müzakirələrin gedişində bir sıra əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub: "Prezidentlər bunları nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcəklər. Bu sənədin xülasəsi üç ölkənin xarici işlər nazirlərinin apreldə və iyunda Moskvada keçirilən görüşlərində razılaşdırılıb".

Digər xəbərlər