PDF Oxu

Araşdırma

  • 7

“Azərbaycanla Ermənistanın barışmasının ertəsi gün Türkiyə-Ermənistan sərhədi açılacaq”

“Azərbaycanla Ermənistanın barışmasının ertəsi gün Türkiyə-Ermənistan sərhədi açılacaq”

"Ermənistanla Türkiyənin bərabər çalışaraq gələcəkdə ölkələrin, xalqların və insanların iztirablarının qarşısını almaq şansları var". APA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin dövlət naziri Egemen Bağış Türkiyə, Ermənistan və ABŞ jurnalistlərinə açıqlamasında deyib. 1915-ci il hadisələrinə toxunan E. Bağış həmin dövrdə həm erməni, həm də türk xalqlarının zərər çəkdiyini söyləyib. O bildirib ki, Ermənistan və Türkiyə prezidentləri münasibətlərin normallaşması üçün gərəkli olan cəsarətli addımlar atıblar. Lakin nazir qeyd edib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyü məsələsinə çox həssas yanaşır və Azərbaycanla Ermənistan arasındakı problemə laqeyd qala bilməz. E. Bağışın sözlərinə görə, qonşularla sıfır problem istəyən Türkiyə qonşuların da bir-biri ilə problem yaşamamasını arzulayır: "Biz Azərbaycanla Ermənistan arasındakı problemin stabil həllini istəyirik". Ermənistan-Türkiyə sərhədinin açılması perspektivinə dair sualı cavablandıran nazir bəyan edib ki, bu, Azərbaycanla Ermənistanın barışmasının ertəsi gün baş verəcək.

Digər xəbərlər