PDF Oxu

Araşdırma

  • 22

ATƏT PA-nın iclasında Metsamor AES-in bağlanması təklif edilib

ATƏT PA-nın iclasında Metsamor AES-in bağlanması təklif edilib
ATƏT Parlament Assambleyasının (PA) Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 20-ci yay sessiyası çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması təklif edilib. SİA-nın məlumatına görə, bu təkliflə Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov çıxış edib.
Metsamor AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaratdığını deyən İbrahimov regionu hər an baş verəcək təhlükədən xilas etmək üçün ATƏT-in üzvü olan dövlətləri bu stansiyanın fəaliyyətinin dayandırılması üçün səy göstərməyə çağırıb. Sessiyadan sonra jurnalistlərə açıqlama verən Eldar İbrahimov Ermənistan tərəfinin çıxışını diqqətə çatdırıb: "Məndən sonra Ermənistan nümayəndələri çıxış etdilər. Onlar dedilər ki, dünyanın müxtəlif ölkələrindən mütəxəssislər mayın 2-dən 6-dək Ermənistana səfər edərək, stansiyaya baxış keçiriblər. Nəticədə erməni tərəf çıxışında bəzi çatışmazlıqların aradan qaldırılacağını və stansiyanın işləyəcəyini dedilər". Qeyd edək ki, sessiya çərçivəsində əsasən, "ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start" üzrə Assambleyanın komitələrində müzakirələr aparılıb.

Digər xəbərlər