PDF Oxu

Araşdırma

  • 18

Ermənistan terroru dəstəkləyir

Ermənistan terroru dəstəkləyir

Zaman-zaman mənfur ermənilər Azərbaycana qarşı qətliamlar, soyqırımlar törədiblər. Azərbaycan torpaqlarına ərazi iddiaları ilə çıxış edən ermənilər Azərbaycanın azyaşlı uşaqlarını qətlə yetirməkdən belə çəkinmirlər. Ermənilər qorxaq millət olduğu üçün hər dəfə hədəf kimi məhz körpə uşaqları seçirlər.

Bəlkə də dünyada işğalçı Ermənistan kimi qana susayan, insanlara, hamilə qadınlara, qocalara işgəncə, əzab, zülm verən ikinci bir millət yoxdur. Məlum qüvvələrin köməyilə torpaqlarımızın yarı faizini işğal edən zaman mənfur ermənilər hamilə qadınların qarınlarını yarıb uşağını bətnindən çıxarırdılar. Daha sonra isə, ananın gözü önündə uşağını -bəşər övladını diri-diri yandırırdılar. Budur, erməni vəhşiliyi, erməni vandalizmi. Artıq neçə ildir ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatları, cəbhə xəttində tez-tez atəşkəs rejmini pozması halları davam edir. Ermənilər zəbt etdikləri Azərbaycan ərazilərində narkotik becərir, silah sursat alveri ilə məşğul olurlar. Hələ bu, azmış kimi, həmin ərazilərdəki tarixi abidələrimizi dağıdıb, adlarını dəyişdirirlər. Ermənilər bu cür iyrənc əməllər törətməyə artıq adət ediblər.

"Ermənilərin insanlıqdan uzaq, cinayətkar, alçaq, şeytan xislətli bir millət olduğu bu gün hər bir kəsə bəllidir. Körpə uşaqları tonqalda diri-diri yandıran ermənidən hansı müsbət əməllər gözləmək olar. Xocalıda qətlə yetirilən 60-a yaxın körpə, 9 yaşlı Fariz Bədəlov, 13 yaşlı Aygün Şahmalıyeva erməni terrorunun hədəfinə tuş gəldi. Ermənilər körpə uşaqlardan bu qədərmi qorxurdular ki, onları amansızcasına qətlə yetirdilər?" deyə politoloq Qabil Hüseynli təəccüblə soruşur.

Politoloq qeyd etdi ki, mənfur ermənilər cəbhə xəttində dayanmadan tez-tez təxribatlar törədir. Ermənilərin təxribat törətməkdə məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin zamanını uzatmaqdır. Mənfur ermənilər mövcud münaqişənin sülh yolu ilə həll olunmasını istəmirlər. Bununla da erməni xislətinin iç üzü bir daha açılmış olur.

Politoloq söylədi ki, ermənilərin törətdiyi bu vəhşiliklər erməni vandalizminin bir daha sübutu kimi tarixə yazılıb. Təcavüzkar Ermənistanın işğalçı mövqeyi beynəlxalq ictimaiyyət tərəfində qınaq obyektinə çevrilib. Ermənistan dünyada terroru dəstəkləyən dövlətlərdən biridir.

Politoloqun fikrincə, Serj Sarkisyan cinayətkara, uşaq qatilinə çevrilməkdənsə çökməkdə, dağılmaqda olan iqtisadiyyatına nəzər salmalıdır. Bu gün forpost rolunda çıxış edən işğalçı Ermənistanın iqtisadiyyatı viran qalıb. 1998-ci ildə Yerevanı al-qana döndərərək, hakimiyyətə gələn S. Sarkisyan öz şəxsi mənafeyini, ambisiyalarını hər şeydən üstün tutur. Ölkə əhalisi yaşamaq üçün kütləvi şəkildə Ermənistanı tərk edir və bir daha geri qayıtmır. Çünki işğalçı Ermənistanda yaşamaq artıq dözülməz həddə çatıb. Ölkə aclıq, səfalət, yoxsulluq içərisindədir. Serj Sarkisyan isə, bütün bu proseslərə biganə yanaşır. Ümumiyyətlə, təcavüzkar, terrorçu Ermənistanda baş verən bütün proseslər Sarkisyanı maraqlandırmır. Sarkisyan yalnız öz şəxsi maraqlarını güdür.

Politoloqun da qeyd etdiyi kimi, Sarkisyan "prezident" seçildiyi ilk gündən nə ölkə daxilində, nə də ölkə xaricində heç bir uğuru olmayıb. Sarkisyanın ən böyük "qəhrəman"lığı, "uğur"u azyaşlı azərbaycanlı uşaqları snayper atəşinə hədəf seçməkdən ibarətdir.

Q. Hüseynlinin sözlərinə görə, Sarkisyanın sərsəm düşüncə tərzi, qeyri-konstruktiv mövqeyi, yürütdüyü ikili standartı nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış vəziyyətdə qalıb.

Q.Hüseynli işğalçı Ermənistanın bu gün başqa dövlətlərin köməyi, maliyyə yardımı hesabına dolandığını vurğuladı. Bildirdi ki, bütün bunlara baxmayaraq, tezliklə təcavüzkar Ermənistan dünya xəritəsindən birdəfəlik silinəcək. Əgər işğalçı dövlətə havadarlıq edən dövlət olmasaydı, Ermənistan tamamən məhv olardı.

Politoloq əlavə etdi ki, artıq Ermənistana dayan deməyin tam zamanıdır. Beynəlxalq aləm, superdövlətlər Ermənistana qarşı lazımi sərt tədbirlər həyata keçirməli, işğalçı dövləti sülhə məcbur etməlidirlər. Əgər təcavüzkar Ermənistan cəzasız qalarsa, və ciddi sanksiyalar tətbiq edilməsə, Ermənistan yeni-yeni təxribatlara əl atacaq. Bu gün işğalçı dövlətə beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən çox ciddi təsir və təzyiq olmadığı üçün təxribatlar törədir, günahsız insanları qətlə yetirir.

Politoloq vurğuladı ki, kim zəmanət verə bilər ki, bundan sonra işğalçı Ermənistan bir daha təxribatlar törətməyəcək, körpə uşaqları, mülki şəxsləri hədəf nöqtəsi seçməyəcək.

Politoloq onu da qeyd etdi ki, işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasındakı fərq ortaya qoyulmalıdır. Azərbaycan dövlətinə qarşı olan bu cür ikili standartlara birdəfəlik son qoyulmalıdır. Erməni işğalı altında olan Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Dövlətimiz Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərməklə, mövcud olan cinayətkar silahlı birləşmələri məhv edəcəkdir.


AYLANA RZAYEVA

Digər xəbərlər