PDF Oxu

Araşdırma

  • 28

Acından məhv olan erməni xalqı

Acından məhv olan erməni xalqı

Ermənistan növbəti biabırçı siyahıda yer alıb. Belə ki, nüfuzlu "Forbes" jurnalının hesablamalarına görə, dünyanın ikinci ən pis iqtisadiyyatı Ermənistana məxsusdur. Jurnalın şərhində izah edilir ki, Ermənistan hələ də maliyyə böhranından çıxa bilmir, ölkədə ümumi daxili məhsul istehsalının azalması, inflyasiyanın artması müşahidə olunur. ÜDM-in adambaşına düşən həcmi 3 min dollardan aşağıdır.

Məhz bu səbəbdən də əhalinin ölkəni sürətlə tərk etməsi labüd haldır. Bu və digər məsələ ilə bağlı öz fikirlərini "Səs" qəzetinə açıqlayan politoloq Elman Nəsirli "Forbes"in Ermənistan barədə verdiyi məlumatın təəccüb doğurmadığını söylədi: "Artıq neçə illərdir ki, mənfur qonşularımızın böhran bataqlığında çabaladıqlarından xəbərdarıq. Elə reallıq hissini itirməyən erməni jurnalistləri də ölkənin ağır sosial-iqtisadi problemlər içində çabaladığını təsdiqləyən materiallar dərc etməklə nağıl danışan hökuməti ayıltmağa çalışırlar. Məsələn, müstəqil jurnalist olan Naira Melkunyan "Ermənistan yoxsulluq içində batır?" başlıqlı məqaləsində işğalçı dövlətin ağır iqtisadi-sosial vəziyyətinə toxunur və məqalədə bildirilir ki, getdikcə daha çox erməni yoxsulluq içində yaşayır və hökumət əhalinin sosial müdafiəsi proqramlarının reallaşdırılmasına az pul xərcləməsə də, bu tendensiyanı geriyə çevirmək mümkün olmur: "Bir çoxları çıxış yolunu mühacirətdə axtarır, bu isə, o deməkdir ki, ölkə özünün ən yaxşı, ən perspektivli vətəndaşlarını itirir".

Politoloq cari ilin 6 ayı ərzində "Zvartnos" və "Şirak" aeroportları vasitəsilə Ermənistanı tərk edənlərin sayı gələnlərdən 64 min nəfər çox olub. E.Nəsirlinin fikrincə, əhalinin ölkəni sürətlə tərk etməsi prosesi davam edərsə, Ermənistan tezliklə ermənisiz qalacaq: "Hazırda Ermənistan əhalisinin 48 faizini potensial miqrantlar təşkil edir. Ermənistanın Sosioloji Assosiasiyasının keçirdiyi sonuncu sosioloji sorğunun nəticələrinə görə, Yerevan sakinlərinin 15,5 faizi ölkəni tərk etmək qərarına gəlib, 32,5 faizi isə ilk fürsətdə Ermənistandan miqrasiya edəcək. Sorğuda iştirak edənlər bunu ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətində olması ilə izah edir. Hazırda respublika əhalisinin 48 faizi potensial miqrantdır. "Aykakan Jamanak" qəzetinin yazdığına görə, ölkəni tərk edənlərin böyük əksəriyyəti bir daha Ermənistana geri qayıtmır. "Armenia Today" saytında dərc olunan məqalədə isə deyilir: "Bu acınacaqlı mənzərəni Ermənistanın "Zvartnos" hava limanında daha tez-tez müşahidə etmək mümkündür. Həmin insanların yüklərinə nəzər yetirəndə əhalinin ölkədən baş götürüb qaçmaq istədiklərini anlamaq heç də çətin deyil" . "ArmTodey" qəzetində isə, ay ərzində 20 mindən artıq insanın ölkəni tərk etdiyi bildirilir. "Çorrord inknişxanyutyun" qəzeti isə son vaxtlar Ermənistanda viza almağın daha da çətinləşdiyini yazır. Müəllifin sözlərinə görə, belə getsə, Ermənistanda Serj Sarkisyan və Edvard Nalbandyandan başqa heç kəs qalmayacaq".

Politoloq Mübariz Əhmədoğlu isə, Ermənistanın xarici borcu 3 milyard 400 milyon manat civarında olduğunu bildirdi: "Cari ildə bu rəqəmin 4,8 milyard dollara çatacağı gözlənilir. Bu isə, o deməkdir ki, hər bir erməninin təqribən 1400 dollar xarici borcu var".

Ermənistanda inflyasiya templərinin də sürətləndiyini deyən M.Əhmədoğlu mayda ölkədə illik inflyasiya 9 faizə çatıb: "Rəsmi statistikaya görə, son 1 ildə ərzağın qiyməti 16,2 faiz artıb. Qeyri-ərzaq malları və xidmətlərdə isə bahalaşma səviyyəsi 2 faiz olub. Ermənistan tələbatının çox hissəsini məhz idxal hesabına ödəyir. Belə ki, ümumi ticarət dövriyyəsindən 3,2 milyard dolları təkcə idxalın payına düşür".

İqtisadiyyatını diversifikasiya etdirə bilməyən rəsmi Yerevanın iqtisadi cəhətdən Rusiyadan asılılığının artdığını deyən politoloq bildirdi ki, cərəyan edən proseslər göstərir ki, Ermənistan iqtisadiyyatı çıxılmaz tənəzüldədir: "Bu ölkənin keçmiş baş naziri Qrant Baqratyan etiraf edir ki, vəziyyət belə davam etsə, 2012-ci ildə Ermənistanı defolt gözləyir".


R.Kamalqızı

Digər xəbərlər