PDF Oxu

Araşdırma

  • 20

Danışıqların ikitərəfli formatda keçirilməsi Rusiyanın yeni cəhdlərindən xəbər verir

Danışıqların ikitərəfli formatda keçirilməsi Rusiyanın yeni cəhdlərindən xəbər verir

"Danışıqların ikitərəfli formatda keçirilməsi Rusiyanın yeni cəhdlərindən xəbər verir". Bu fikirləri politoloq Elman Nəsirov Azərbaycan və Rusiya prezidentlərinin bu gün Soçidə keçiriləcək görüşünü şərh edərkən deyib.

E.Nəsirov bildirib ki, Rusiya tərəfinin bu fəallığı regiondakı maraqları ilə bağlı ola bilər. Onun sözlərinə görə, baş verən proseslər və reallıqlar Dağlıq Qarabağ münaqişəsinin həllini zəruri edir.

"Bir müddət öncə nəticəsiz Kazan görüşündən sonra Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentlərinə məktub göndərmişdi. Bu məktuba Azərbaycan Prezidenti iyulun 18-də, Ermənistan prezidenti isə bundan bir neçə gün sonra cavab verdi. Əgər indi Rusiya prezidenti yenidən prezidentlərlə ayrı-ayrılıqda görüşməyə qərar veribsə, deməli, bu məsələdə yeni məqamlar var. Belə bir şəraitdə üçtərəfli görüş nəticə etibarilə Kazan görüşünün təkrarı ola bilər. Ona görə də tərəflərlə ayrı-ayrılıqda müzakirələrə ehtiyac var"- deyə politoloq vurğulayıb.

Digər xəbərlər