Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya səfər edib. Türkiyə KİV-nin məlumatına görə, Ə. Davudoğlunu hava limanında Suriya xarici işlər nazirinin köməkçisi Abdulfəttah Ammura və Türkiyənin Dəməşqdəki səfiri Ömər Önhon qarşılayıblar. Səfər çərçivəsində Əhməd Davudoğlu Suriyadakı zorakılığın dayandırılması barədə baş nazir Ərdoğanın mesajlarını Suriya dövlət başçısı Bəşər Əsədə çatdıracaq.