Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal edilib, 1 milyondan artıq insan ev-eşiyindən didərgin düşüb. Zəbt olunmuş torpaqlarda tarixi memarlıq abidələrimiz tamamilə dağıdılıb, yerlə yeksan edilib. İşğal edilən torpaqlarımızda faciələrin, soyqırımların törədilməsində qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti B.Saakyanın birbaşa əli olub. Günahsız mülki insanlar, körpə bəşər övladları Bako Saakyan gülləsinin qurbanı olub. Ən önəmli məqam bundan ibarətdir ki, S.Sarkisyan, B. Saakyan kimi alçaqlar bununla fəxr edir, soyqırımda, müharibədə, öz təcavüzkarlıq siyasətini həyata keçirməkdən qürur hissi duyurlar. Uşaq qatili olmaq B. Saakyanın həyatı boyu bacardığı ən böyük "qəhrəmanlıq"dır.
Politoloq Mübariz Əhmədoğlu qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, bu gün nəinki Azərbaycana, hətta bütün beynəlxalq aləmə bəllidir ki, Ermənistan çoxlu sayda terror əməliyyatları həyata keçirib: "Vaxtilə ermənilər Azərbaycan torpaqlarında yaşayıblar. Sonradan həmin torpaqlarda ikinci erməni dövləti yaratmaq xülyasında olublar. Ona görə də, 1988-ci ildə torpaqlarımıza qarşı ərazi iddiası ilə çıxış edərək öz işğalçılıq siyasətini həyata keçirdilər. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejiminə dair razılaşma əldə olunsa da ermənilər bu razılaşmanı pozurlar ".
Politoloq qeyd etdi ki, işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları, cəbhə xəttində tez-tez atəşkəs rejmini pozması halları davam edir. Hər bir ifadələrində isə, həyasızcasına Azərbaycanı günahlandırırlar. Bu iyrənc oyunlar, əməllər ermənilərin məqsədli şəkildə həyata keçirdikləri, oynadıqları planın bir növ tərkib hissəsidir. Hər dəfə də hədəf məhz mülki insanlar, həyata yeni qədəm qoyan günahsız körpələrdir. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti B. Saakyan Dağlıq Qarabağda, Xocalıda çoxsaylı körpəni qətlə yetirib. Sanki bu, onlara azlıq edirmiş kimi növbəti azərbaycanlı körpəni də snayper atəşi ilə qətlə yetirdilər. Daha sonra 13 yaşlı Aygün Şahmalıyeva erməni terrorunun qurbanına çevrildi.
M.Əhmədoğlu vurğuladı ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində intensiv danışıqların getdiyi bir zamanda ermənilər hər dəfə bu cür terror aktları həyata keçirirlər. Bu isə, ermənilərin danışıqların məcrasını pozmasından, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəməmək niyyətindən xəbər verir. Bütün bu oyunlarla erməni xislətinin iç üzü bir daha açılmış olur. Təbii ki, bu da ermənilərin qorxaq və alçaq millət olmalarına dəlalət edir.
Erməni qəddarlığından, məkrindən danışan politoloq bildirdi ki, ermənilər daha nə qədər günahsız canlar almaq iddiasındadırlar? Azərbaycanlı analarının ah-naləsini, fəryadını gördükcə qəlblərində vicdan adlı bir hiss baş qaldırırmı? Bütün hər kəsə bəlli olsun ki, ermənilər Azərbaycan vətəndaşına- cavanına, qocasına, yeni doğulmuş körpəsinə, hamilə qadınına ağlagəlməz işgəncələr, zülmlər veriblər. Budur, Ermənistanın alçaq siyasəti.
"Bako Saakyanın Azərbaycanın ərazi bütövlüyünü bölməyə cəhdi onun beynəlxalq tribunala verilməsini şrtləndirirmi" sualını politoloq bəli, şərtləndirir deyə cavablandırdı. B.Saakyan cinayətkardır. Saysız-hesabsız insanları qətlə yetirib və bununla da fəxr edir. Ona görə də, B.Saakyan kimi alçaqların cəzalandırılmasının tam zamanıdır.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün azərbaycanlı icması ilə erməni icması arasında danışıqlar aparılmalıdır. Bu ideyanın reallaşması nə dərəcədə mümkündür" sualını cavablandıran politoloq bu ideyanın münaqişənin tənzimlənməsi üçün faydalı olduğunu vurğuladı.
Politoloq qeyd etdi ki, Dağlıq Qarabağın qondarma rejimi imkan vermək istəmir ki, azərbaycanlı icmasının rəhbərliyinin ayağı ora dəysin. Əgər azərbaycanlı icması ora gedərsə, deməli, bu, psixoloji cəhətdən Dağlıq Qarabağ münaqişəsinin həllinin başlanğıcı olar: "Bu gün bütün dünya mətbuatı yazır ki, Ermənistanın kəndlərində ancaq qadınlar qalıb. Miqrasiya, demoqrafik vəziyyət baş alıb gedir. Ermənistan gec-tez konstruktiv mövqe sərgiləməyə məcbur olacaq. Amma buna bir qədər zaman lazımdır".
AYLANA RZAYEVA