PDF Oxu

Araşdırma

  • 26

Köləlik Ermənistanın simvoluna çevrilib

Köləlik Ermənistanın simvoluna çevrilib

Ermənistanda normal həyat tərzi olmadığına görə, əhalinin müxtəlif təbəqələri, xüsusilə də, gənclər kütləvi şəkildə işğalçı ölkəni tərk edirlər. Bu gün təcavüzkar ölkənin xaricdə olan və qatı qəsbkar siyasət təbliğ edən nümayəndələri belə Ermənistanın indiki acı reallığını görməkdədirlər. Bu günlərdə işğalçı ölkənin rəhbərliyində olmuş nümayəndələrindən biri Libardiyan açıqlamasında Ermənistanın indiki hakimiyyətinin ölkəni dalana dirədiyini və vəziyyətin çox ağır olduğunu etiraf etmək zorunda qalıb.

"Təcavüzkar ölkə çıxarılmış bütün beynəlxalq hüququn norma və prinsiplərini çox kobud şəkildə pozur"


"Təcavüzkar ölkə bu gün özünün tənəzzül dövrünü yaşayır. Ölkənin iflasa uğraması Serj Sarkisyan rejimini qətiyyən maraqlandırmır. Ermənistan rəhbərliyi sadəcə, öz şəxsi maraqlarını, ambisiyalarını güdür" deyə "Səs" qəzetinə açıqlamasında millət vəkili Gülər Əhmədova bildirib.

Millət vəkilinin sözlərinə istinadən, Sarkisyanda ölkəni idarə etmək qabiliyyətində yoxdur. Onun yeganə bacardığı iş hər dəfə pafoslu çıxışlar etmək, sərsəm bəyanatlar irəli sürməkdir.

Sarkisyanın növbəti dəfə erməni gəncləri ilə görüşündə verdiyi bəyanatın heç bir əhəmiyyəti olmadığını vurğulayan xanım millət vəkili buna o qədər də önəm verməməyi bildirdi.

Digər bir məsələyə toxunan G. Əhmədova vurğuladı ki, işğal olunan torpaqlarımızın azad olması üçün beynəlxalq qurumlar təcavüzkar ölkəyə ciddi təzyiq rıçaqlarını işə salmalıdır.

Millət vəkili əlavə etdi ki, bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Separatçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün BMT 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələri icrasını indiyədək Ermənistan tərəfi yerinə yetirməyib.

G.Əhmədova Ermənistanın bu addımını dünya birliyinə qarşı çıxmaq kimi dəyərləndirdi: "Təcavüzkar ölkə çıxarılmış bütün beynəlxalq hüququn norma və prinsiplərini çox kobud şəkildə pozur. O, istədiyi sərsəm bəyanatı verir, məlum 4 qətnamənin icrasını yerinə yetirmir. Açıq-aşkar işğalçılıq bəyanatı yayır, yeni-yeni əraziləri zəbt etmək arzusunda olduğunu bildirir". Sanki bütün dünyaya "meydan oxuyur".

G.Əhmədova bütün bu oyunlarına görə də təcavüzkar ölkəyə beynəlxalq təşkilatlar tərəfindən heç bir sanksiya tətbiq olunmadığını vurğuladı. Hələ də heç bir beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı ölçü götürülməyib. Millət vəkili bunun isə, Sarkisyanın daha da azğınlaşmasına kifayət qədər əsas verdiyini söylədi. Azərbaycan dövləti haqlı ola-ola haqsız qələminə verilir. Və bunun da belə olmasında beynəlxalq güclərin kifayət qədər rolu var.

G. Əhmədova işğalçı ölkənin büsbütün rəsmi Moskvanın vassalı və forpostu olduğunu qeyd etdi. Və əlavə etdi ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Yerevan söz sahibi deyil. Sarkisyandan çox rəsmi Moskvanın xarici işlər naziri Sergey Lavrov söz sahibidir. Ona görə də Serj Sarkisyan bütün çalınan havalara oynamağa məcburdur, bir növ məhkumdur. Bu gün Ermənistanın əhalisinin yarıdan çoxu belə ölkəni tərk etsə, Sarkisyan bu siyasəti yürütməyə məcburdur. Çünki əlaltısı olduğu ölkələrin sözündən çıxmaq Ermənistan qanunlarına ziddir. Ermənistanın yeganə qüvvədə olan qanunu "daima kölə ol, daima əmrlərə tabe ol" şüarıdır.

Digər bir nüansa toxunan xanım millət vəkili açıqlamasında bildirdi ki, ABŞ Dövlət Departamentinin terrorla mübarizə sənədində Azərbaycanla bağlı kifayət qədər xoş sözlər deyilib. Azərbaycan dövlətinin dünyada antiterror mübarizəsində apardığı rol xüsusilə vurğulanıb və qeyd edilib. Dünyada Azərbaycanın nüfuzu yeri və rolu hər kəsə məlumdur. Ermənistanın isə, daima parçalanması, işğalçılıq bəyanatları gündəmi zəbt edir. Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınılmasına cəhd göstərən erməni diplomatiyası tam iflasa uğrayıb. Elə Serj Sarkisyanın son çıxışına diqqət yetirsək, burada pessimist notları çox aydın şəkildə görmüş olarıq. Artıq Sarkisyan Dağlıq Qarabağın müstəqil bir qurum kimi beynəlxalq miqyasda tanıdılmasının qeyri-mümkün olduğunu dolayısı ilə etiraf edir. Yəni bunun mümkün olmadığını görür və etiraf etmək məcburiyyətində qalır. G. Əhmədova əlavə etdi ki, Sarkisyan və ondan əvvəlki Ermənistan rəhbərləri nə qədər çalışsalar da, Dağlıq Qarabağ adlandırılan oyuncaq rejimin kimlər tərəfindənsə tanıdılmasına nail ola bilmədilər. Əksinə, baş verən bütün proseslər elə bir istiqamətdə getdi ki, həmin ərazilər ermənilər tərəfindən indi işğal olunmuş Azərbaycan əraziləri kimi tanınır.

Millət vəkilinin sözlərinə görə, bütün beynəlxalq sənədlərdə həmin ərazilər Azərbaycan ərazisi hesab edilir. Azərbaycanın diplomatik səyləri nəticəsində hansısa bir superdövlətin bu bölgədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən məhz istifadə etmək cəhdi istənilən nəticəni verməyəcək.


AYLANA RZAYEVA

Digər xəbərlər