PDF Oxu

Araşdırma

  • 9

İran mollası narkobaronluqla məşğuldur

İran mollası narkobaronluqla məşğuldur

Son vaxtlar İranın mətbuat və televiziyasında, eləcə də, internet sayt və portallarında Azərbaycan haqqında qərəzli və heç bir məntiqə sığmayan məlumatların səsləndirilməsi, bunların qeyri-obyektiv surətdə ictimailəşdirilməsi artıq adi hala çevrilməkdədir. Belə ki, İranın anti-Azərbaycan meyilli, panfarsist arannews.ir saytı növbəti dəfə belə bir çirkin niyyətli addım ataraq, özündən yeni hoqqa çıxarmağa cəhd göstəmişdir. Məsələ ondadır ki, həmin saytda molla rejimi böhtan atmağa səy göstərərkən, özü də bilmədən, öz pərdəarxası məqamını ifşa etmişdir.

Ərdəbil şəhərinin imam cüməsi Höccətül-İslam Seyid Həsən Amili namazdan sonra xütbə oxuyarkən birdən-birə durub demişdir ki, guya İran ərazisindən keçirilən narkotiklərin yayılmasında Azərbaycan tərəfi "günahkardır" (?!) Belə bir açıqlama verən narkobaron molla bir daha dedikləri ilə sübut etmişdir ki, bəli "ağ ölüm"ün bütün dünyaya yayılmasında İranın, xüsusən də, onun kimi mollaların əvəzolunmaz "əməyi" danılmazdır. Daha dəqiq desək, Azərbaycanı ittiham etməklə bu molla dolayısı ilə öz əməllərini sığortalamağa cəhd göstərib.

Belə bir sual yaranır ki, əgər bu adam, həqiqətən, molladırsa, hansı səbəbdən və hansı "dəlillərə" istinad edərək, xütbəsini yaddan çıxararaq "statistikalara" istinad edir? Deyir ki, guya İrandan Azərbaycana keçirilən narkotiklərə "göz yumulur". Maraqlıdır ki, bu zamana qədər Azərbaycan tərəfi dəfələrlə narkotika qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində sərhədi keçməyə cəhd edən onlarla İran vətəndaşını ifşa edib və bunu bütün mənalarda sübuta yetirib. Yəni istər mətbuatda, istərsə də televiziyada həm ölkə, həm də dünya ictimaiyyəti məlumatlandırılıb. Belə bir məqamda Ərdəbil şəhərinin qondarma mollası narkobaron Seyid Həsən Amili əlində hansı əsasları tutaraq, "faktlara" istina edir?! O, iddia edir ki, guya İran tərəfi həbs edilən azərbaycanlıları televiziyaya çıxarmır. Əslində, bu, o deməkdir ki, İranın əlində hər hansı bir fakt olsaydı, hər halda ondan dərhal istifadə edərdi. Lakin xütbə və namaz əvəzinə, narkodillerlik edən mollaların əllərində heç bir dəlil-sübut olmadığından, bunu sərgiləməyə cürətləri çatmır. Ona görə də bütün günahları qonşu Azərbaycanın üzərinə atmağa çalışır. Amma təbii ki, bu da onlarda heç cür alınmır.

Digər tərəfdən molla "CÜMƏ" qəbul etmək iqtidarında deyil ki, hazırda Əfqanıstanda yetişdirilərək, İranda emal edilən "ağ ölüm" məhz Azərbaycanın işğal edilmiş ərazilərindən keçirilir və Qarabağ bölgəsi İran narkobaronlarının dünyaya çıxmaları üçün "sərfəli" tranzit yollardan biri kimi istifadə olunur. Çünki hazırda həmin ərazilərə Azərbaycan tərəfdən nəzarət olunmur. Nəzarət olunan sərhədlərdə isə İran tərəf bu arzularını reallaşdıra bilmir. Düzdür, İran tərəfin sərbazları və güc strukturları burada müəyyən dərəcədə rol da oynayırlar. Yəni aldıqları rüşvətlər nəticəsində narkodillerlərin Azərbaycan tərəfə keçmələrinə şərait yaradırlar. Hərgah Azərbaycanın müvafiq strukturları lazımi səviyyədə bütün bunların qarşısını almağa müvəffəq olurlar.

Sonda bir daha vurğulamaq yerinə düşərdi ki, Ərdəbil şəhərinin imam cüməsi Höccətül-İslam Seyid Həsən Amili "ağ ölüm" xütbəsi oxumaqla ətrafındakıları namazdan-niyazdan daha çox narkomanlığa çağırır. Çünki əldə edilən başqa faktlara görə, bu dırnaqarası mollanın özü İrandan Azərbaycana keçirilməyə cəhd göstərilən "ağ ölüm"ün-narkotiklərin dadına baxaraq, onu müxtəlif şkalalar və qiymətlər üzrə dəyərləndirir. Daha fikirləşmir ki, bu narkoman mollanın başı nəinki bu dünyada, elə o biri dünyada da qalda olacaq.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər