PDF Oxu

Araşdırma

  • 8

“Wikileaks” ABŞ-ın ikiüzlü siyasətini ifşa edir

“Wikileaks” ABŞ-ın ikiüzlü siyasətini ifşa edir

"Wikileaks" ABŞ-ın ikiüzlü siyasətini ifşa edir ABŞ-Ermənistan arasındakı isti münasibətlərindən qaynaqlanan qaynar izlərlə...

Bütün mənalarda və məqamlarda ABŞ-Ermənistan arasında olan isti münasibətləri gizlətməyə yönəlmiş Amerika siyasətinin iç üzü ifşa olunmaqda davam etməkdədir. Belə ki, özünü demokratiyanın beşiyi adlandıran və zamanında bunu sübut etməyi bacaran ABŞ diplomatiyasının son zamanlar özünü gizlədə bilməməsi yuxarıda qeyd olunan fikri yetərincə təsdiqləyib.

Bu faktor bir daha təsdiq edir ki, ABŞ-ın son zamanlar yürütdüyü xarici siyasət demokratiyaya deyil, yalnız şəxsi mənafelərə hesablanmış siyasi gedişlər toplusundan başqa heç nə deyil. Xüsusilə, burada Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu ölkənin rolu və təsiri barədə də danışmaq vacibdir. Digər tərəfdən, ABŞ Ermənistanda bu günə qədər keçirilən bütün seçkilərdə ciddi saxtakarlıq edildiyindən müfəssəl məlumatlı olsa da, nədənsə, rəsmi Vaşinqton Ermənistanda böyük nüfuza malik Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Qərbyönümlü müxalifəti deyil, kriminallaşmış Serj Sarkisyan hakimiyyətini dəstəkləyir. Buna isə siyasi hiylə, yaxud kələk deyil, birbaşa siyasi riyakarlıq desək, daha düzgün arqument ortaya çıxarmış olarıq. Çünki ABŞ çox gözəl anlayır ki, Serj Sarkisyan Ermənistandan çox, Rusiyanın adamıdır. Ermənistanda Rusiya dairələrinin dəstəyi və Sarkisyanın birbaşa rəhbərliyi ilə kriminal idarəçilik formalaşıb və bu da siyasi mübarizənin aparılmasına heç də imkan vermir...


Regionu "siyasi tora" salmağa cəhd edilən rəsmi Vaşinqton siyasəti


Həmçinin, xatırlatmaq yerinə düşərdi ki, ABŞ-ın Ermənistandakı səfirliyi hələ 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı Dövlət Departamentinə göndərdiyi raportunda bildirmişdi ki, S.Sarkisyan iddia olunduğu kimi, 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun müxalifətdən olan rəqibi, eks-prezident Ter-Petrosyan isə 21,5 faiz yox, əksinə 30-35 faiz arası səs toplayıb. Bütün bunların müqabilində göndərilmiş məktublar Ermənistanın cinayətkar klanlar tərəfindən idarə olunduğunu bütövlükdə sübut edir. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən və ən nəhayət, terrorçu simasını açır, Ermənistan rəhbərliyində geniş və şaxələnmiş vüsət almış cinayətkar münasibətləri ifşa edir.

Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının da əsas müəllifi şəxsən ABŞ prezidenti Barak Obama və onun administrasiyasıdır. Və məhz rəsmi Vaşinqton administrasiyasının riyakar və pozucu mövqeyi nəticəsində konstruktiv məcraya yönəldilmiş və Azərbaycanın milli maraqlarının təmin olunmasını nəzərdə tutan danışıqlar prosesi pozulub.

Bütün bunlaran bir daha belə nəticəyə gəlmək mümkündür ki, ABŞ hakim dairələri yürütdükləri çoxüzlü siyasətləri ilə regionda olan vəziyyəti öz diqtəsi altına almağa cəhd göstərməklə yanaşı, bütün vəziyyətlərdə qeyri-rəsmi davranışlarını olduğu kimi ortaya qoyurlar.


R.RƏSULOV

Digər xəbərlər