PDF Oxu

Araşdırma

  • 9

“WikiLeaks”ın Ermənistan hakimiyyətini ifşa etməsi...

“WikiLeaks”ın Ermənistan hakimiyyətini ifşa etməsi...

WikiLeaks" saytının dünya ölkələri ilə bağlı materiallar sırasında işğalçı Ermənistan dövləti ilə bağlı materialları xüsusi diqqət cəlb etməkdədir. Məlumatlardan bəlli olur ki, bu ölkədə, həqiqətən də, diktator rejimi hökm sürür və erməni xalqı hazırkı iqtidardan canını qurtarmağa çalışır.

Eyni zamanda, bu dövlətin xarici siyasətində də müxtəlif çatışmazlıqlar mövcuddur ki, bu mənfi cəhətlər Ermənistanın bir daha müstəqil olmadığını sübut edir. Belə ki, həmin materiallarda 2008-ci ildə bu ölkədə keçirilmiş prezident seçkilərində qeydə alınan total saxtakarlıq, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanın mafioz dairələr tərəfindən idarə edilməsi, Gürcüstanla-Azərbaycan arasındakı ziddiyyətlər, eləcə də, ABŞ-ın Ermənistandakı səfirləri tərəfindən Dövlət Departamentinə göndərilən məxfi məktublarda tam açıqlığı ilə göstərilib. Eyni zamanda, 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkiləri tam saxtalaşdırılıb. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi Dövlət Departamentinə məlumatında bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan, iddia olunduğu kimi, 52 faiz deyil, bundan 8-14 faiz az səs toplayıb. Onun rəqibi Ter-Petrosyan isə göstərilən 21,5 faiz yox, 30-35 faiz arası səs toplayıb. Bu səbəbdən seçkilərin ikinci turunun keçirilməsi gözlənilib.


ABŞ adminstrasiyası Ermənistana qucaq açır

Lakin öz niyyətlərini həyata keçirmək üçün mövcud prezidentliyə namizədlərdən S.Sarkisyanı ən məqbulu hesab edən ABŞ administrasiyası nəinki saxtakarlığa və dinc mitinqçilərin qətlə yetirilməsinə göz yumub, hətta seçkilərin nəticələrinin tanınması ilə bağlı ATƏT və Avropa Şurasının təşkil etdiyi beynəlxalq müşahidə missiyasına da ciddi təzyiq göstərib. Seçkilərlə bağlı ABŞ, Avropa dövlətləri, ATƏT və Avropa Şurasının nümayiş etdirdiyi mövqe bir daha sübut edib ki, bütün bu məsələlərin arxasında, bilavasitə, ABŞ administrasiyası dayanır.


Ermənistan iqtidarı cinayətkar klanlardan ibarətdir

Dövlət Departamentinə göndərilmiş məktublar Ermənistanın cinayətkar klanlar tərəfindən idarə olunduğunu təsdiqləyib. Sənədlər S.Sarkisyanın saxtakar, mafioz, quldur, qaniçən simasını açıb, Ermənistan rəhbərliyində geniş vüsət almış cinayətkar münasibətləri ifşa edib.

Vaxtilə Ermənistan rəhbərlərinin qeyri-qanuni əməlləri, topladığı kapitallar barədə yazılmış və geniş rezonansa səbəb olmuş "Ermənistanı soyanlar" adlı məqalədə göstərilən faktlar ümumi şəkildə ABŞ səfirliyi tərəfindən təsdiq olunub. Həmçinin, hələ seçkidən əvvəl də S.Sarkisyanın cinayətləri barədə dəqiq faktlara malik ABŞ administrasiyasının belə bir şəxsi dəstəkləməsi Vaşinqtonun qeyri-səmimiliyini göstərib.

Məktublardan o da aydın olub ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasının əsas müəllifi və ilhamvericisi məhz B.Obama administrasiyası olub. Sənədlər təsdiq edib ki, bu məsələ başlamamışdan və Sürix protokolları imzalanmamışdan öncə Ermənistan hakimiyyəti 5 rayonun qaytarılmasına və digər məsələlərlə bağlı danışıqların davam etdirilməsinə razı olub.


ABŞ rəsmi olaraq bu dövlətin siyasətini yönəldir

Lakin ABŞ-ın ciddi təzyiqlərindən sonra Ankara ilə Yerevan arasında "futbol diplomatiyasına" start verilib və nəticədə Ermənistan əvvəlki mövqeyindən çəkilərək bütün danışıqlar prosesini pozub. Faktlar sübut edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistanın daha da sərtləşəcəyinə və danışıqlar prosesində əldə olunmuş irəliləyişin iflasa uğrayacağına dair həmin vaxt Azərbaycan Prezidentinin dedikləri tam reallığı əks etdirib.


Rəfiqə Hüseynova

Digər xəbərlər