PDF Oxu

Araşdırma

  • 12

Sarkisyan son şansını əldən verdi

Sarkisyan son şansını əldən verdi

Artıq Erməni Milli Konqresi diktator dövlət başçısı Serj Sarkisyan qarşısında ultimatum qoyub. Yerevanın "Azadlıq" meydanında müxalifətin sonuncu - oktyabrın 9-da keçirilən mitinqində çıxış edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bildirib ki, oktyabr ayının 25-nə kimi hakimiyyət istefa verməsə, yaxud tələblərin heç olmasa bir qismi yerinə yetirilməsə, bu imkan itiriləcək: "Hakimiyyət bu məsələ ilə bağlı oktyabrın 25-nə kimi qərar verməlidir. Əgər qərar verilməsə, onda biz növbədənkənar prezident seçkiləri tələbindən vaz keçib, birbaşa və yeganə tələblə çıxış edəcəyik - Sarkisyan və hakim koalisiya istefaya getməlidir".

Bu, ilk ultimatum deyil, ancaq bu Sarkisyan üçün sonuncu olacaq

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən poltitoloq Rüstəm Məmmədov Levon Ter-Petrosyanın budəfəki ultimatumunun daha ciddi olduğunu vurğuladı: "Xatırladaq ki, bir neçə dəfə bu cür bəyanatlar səsləndirilib. Lakin Levon Ter-Petrosyanın budəfəki bəyanatına ciddi yanaşmaq lazımdır, çünki hazırkı şəraitdə Erməni Milli Konqresinin hakimiyyəti devirməsi üçün münbit şərait yaranıb. Ən əsası isə, Ermənistan iqtisadiyyatı bu gün çox bərbad vəziyyətdədir, ölkənin xarici borcu ümumi daxili məhsulun 50 faizinə yaxınlaşır, işsizlik rəsmi rəqəmlərdə böyük olmasa da, əslində, pik nöqtəsinə çatmaqdadır, istehsal, demək olar ki, yox səviyyəsindədir və bunların nəticəsində miqrasiya böyük sürətlə gedir. Bu gün Ermənistan əhalisinin sayı heç 2,5 milyon nəfərə çatmır, baxmayaraq ki, 13-14 il əvvəl bu rəqəm 3,5 milyondan artıq idi. Bu minvalla Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, 20 ildən sonra ölkədə 1 milyon, bəlkə də, ondan da az insan qalacaq. Məhz bu və digər səbəblər üzündən Levon Ter-Petrosyanın lideri olduğu müxalifət Sarkisyan rejimini yıxmaq üçün yaranmış fürsətdən istifadə etməlidir və göründüyü kimi, buna hazırlaşır. Ən maraqlısı isə odur ki, Sarkisyan Levon Ter-Petrosyanın Ermənistanda və elə diaspor daxilində günbəgün artan nüfuzu qarşısına heç nə qoya bilmir. Sarkisyan nə özü defoltdan qaça bilir, nə də ki, bu işdə onun havadarı Moskva yardım göstərir. Sarkisyandan bu gün soruşulsa ki, nə etmisən? O, yalnız İran-Ermənistan dəmir yolunun tikintisinə dair layihənin adını çəkə bilər ki, bu layihənin də reallaşması hələ sual altındadır. Digər tərəfdən, Sarkisyan Levon Ter-Petrosyanla dialoqa getməyəcək. Çünki hakimiyyətin müxalifətlə dialoqa getməsi onun gücsüzlüyü kimi qəbul olunacaq. Üstəlik, bu müzakirə mövzusu elə Sarkisyanın istefasıdır ki, hər iki yolun sonu buna aparır. Odur ki, Levon Ter-Petrosyanın Ermənistan hakimiyyətinə sentyabr ayına kimi vaxt verməsinə ciddi yanaşmaq lazımdır. Ələlxüsus da, buna Sarkisyan və onun komandası ciddi yanaşmalıdır".


Aytən Səmədova

Digər xəbərlər