İsveç parlamentində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal faktı ilə bağlı qərarın qəbul olunması gözlənilir. Bundan sonra digər dövlətlər də bu tendensiyanı davam etdirə bilərmi? Ermənistanı xarici ölkə parlamentlərində işğalçı dövlət kimi tanıması onun hüquqi məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.
Politoloq Qabil Hüseynli bizimlə söhbətində bildirdi ki, İsveç parlamenti Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal faktı ilə bağlı qərarın qəbul olunması fikrinə düşübsə, təbii ki, bu, Azərbaycan diplomatiyasının uğurudur. Düşünürəm ki, Azərbaycan həqiqətlərini bilən digər dövlətlərdə işğalçı Ermənistana qarşı bu tendensiyanı davam etdirəcək.
Dünya dövlətlərinin Ermənistanı işğalçı ölkə kimi tanıması, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər. Yox əgər sözügedən danışıqlar prosesində yenə də Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkinməyəcəksə, onda Azərbaycan işğalçı ölkə olan Ermənistana qarşı müxtəlif cəza tədbirlərinin həyata keçirilməsi təklif edəcəkdir. Düşünürəm ki, beynəlxalq qurumlarda bu təklifi qəbul edəcəkdir. Bütün dünya dövlətləri çox gözəl bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Bu günə qədər də Ermənistan işğal etdiyi torpaqları bizə qaytarmayıb. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı çoxlu sayda görüşlər keçirilib, danışıqlar aparılsa da, işğalçı ölkə olan Ermənistan tutduğu qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. Bütün baş verənlərə baxmayaraq, ümid edirik ki, gec-tez Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytaracaqdır.
GÜLYANƏ AĞAKƏRİMOVA