PDF Oxu

Araşdırma

  • 178

Uruqvay səfirliyinə etiraz məktubu göndərilib

Uruqvay səfirliyinə etiraz məktubu göndərilib

Mətbuatdan məlum olduğu kimi, Uruqvayın xarici işlər naziri Luis Almagro 9 sentyabr 2011-ci il tarixində "Ermənistan-Uruqvay ikitərəfli münasibətlərində imkanlar və problemlər" mövzusunda keçirilmiş konfrans zamanı "Dağlıq Qarabağın Ermənistanın tarixi hissəsi və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli kimi onun Ermənistanla birləşməsinin ən uyğun yol olduğunu" bildirib. Bununla bağlı Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi cari ilin oktyabr ayında Uruqvayın Almaniyadakı səlahiyyətli səfirinə etiraz məktubu ilə müraciət etmişdir. Məktubda bildirilir ki, xarici işlər nazirinin və bir siyasətçinin bu cür ifadəsi düşünülməmiş bir addımdır və ölkəsini xaricdə təmsil edən bir siyasətçi şəxsi hisslərinə deyil, tarixi faktlara əsaslanmalıdır. BMT-nin, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dair qəbul etdiyi qətnamələr haqqında məktubda məlumat verilib. Məktubda 20 ildən bəri davam edən münaqişənin tarixi, onun səbəbləri və hazırkı vəziyyəti haqqında məlumat verilmiş və Ermənistanın Azərbaycan ərazilərini 1993-cü ildən bəri işğal altında saxladığı, Xocalı faciəsində yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi və itkin düşdüyü bildirilmişdir. Xarici işlər naziri Luis Almagro ifadəsinin münaqişə qurbanlarının ruhuna istehzası kimi qəbul edildiyi qeyd edilərək, bildirilib ki, bu addım xalqlar arasında qarşılıqlı anlaşmaya nəinki xidmət edə bilməz, həmçinin, Azərbaycan Respublikası və Uruqvay arasında siyasi münasibətlərə mənfi təsir göstərə bilər.

ZÜMRÜD

Digər xəbərlər