PDF Oxu

Araşdırma

  • 542

İranın saxta ideologiyası bu dövləti böhrana sürükləyir

İranın saxta ideologiyası bu dövləti böhrana sürükləyir

İranın rəsmi siyasi dairələrindən maliyyələşən bir çox internet saytlarında Azərbaycan dövlətçiliyi əleyhinə yazılan fikirlər, nəinki azalır, əksinə, artır. Belə ki, bu dəfə Qum şəhərində fəaliyyət göstərən və dövlət tərəfindən təlimatlandırılmış şovinist mollalar həmin təlimatların yayılması istiqamətində davamlı iş aparırlar. Xatırladaq ki, bu yaxınlarda Ərdəbilin baş mollası internet vasitəsi ilə anti-Azərbaycan meyilli moizələr oxumuşdur. Sonradan isə, bəlli oldu ki, həmin molla həm də İranın sayılıb-seçilən narkobaronudur.

Budəfəki halda, Qum mollalarının təlimatlarında Azərbaycanın müstəqil xarici siyasəti, dünyəvi dövlətçiliyi, dünyəvi təhsili hədəfə alınmışdır. Mollalar şimalda mövcud olan dövləti islam düşmənləri ilə müttəfiqlikdə suçlandırırlar (İran təxribatçıları burada İsraili nəzərdə tuturlar). İranın, elə təkcə müsəlman Azərbaycanın 20 faizini işğal etmiş, müsəlman məscidlərini dağıtmış təcavüzkar Ermənistana göstərdiyi qardaşlıq yardımlarını xatırlatmaq kifayətdir (İsrail dövləti isə İranın ərazisini işğal etməyib, suverenliyini pozmayıb). Amma Ermənistan İranın gözü qarşısında Azərbaycana təcavüz edib, şəhərlərimizi, məscidlərimizi dağıdıb. İran nökərləriinin dünyəvi dövlət, dünyəvi təhsil barədə dedikləri də cəfəng fikirlərdir. Azərbaycan xalqı kifayət qədər təhsilli, ayıq xalqdır. Azərbaycan cəmiyyəti dünyəvi təhsillə, dini təhsilin fərqini gözəl anlayır, mövhumatın bu xalqın başına əsrlərlə gətirdiyi dəhşətləri, yaşatdığı faciələri yaxşı xatırlayır. Qısası, İrandan rəsmi dairələrindən əmrlər alan saytların yazdığı cəfəng fikirlər təsirsizdir. Əslində, bunlara fikir vermək də lazım deyil. Məsələ burasındadır ki, irançı saytların fəallığı boşuna deyil. Cənubi Azərbaycanda böyük proseslər başlanıb. Urmu gölü aksiyaları artıq mütəmadi xarakter alıb və ehtimal var ki, hadisələr ciddiyə doğru gedir. İran hakimiyyəti, fars dövlətçiliyini yaşatmağı qarşıya məqsəd qoymuşdur.

Azərbaycan Respublikasının varlığı, inkişafı göz önündədir. Bakıya səfər edən iranlı soydaşlarımız Bakının gözəlliyini, ölkənin inkişafını görürlər və bunu özləri üçün də arzu edirlər. Çünki tarixi vətənimiz olan Təbriz fars şovinizminin düşünülmüş siyasəti nəticəsində inkişafdan qalıb. Şəhərin tarixi qalalarının yanında bilərəkdən nəhəng məscidlər tikilir ki, tarixi abidələr kölgədə qalsın, nəzərə çarpmasın. Şəhər kifayət qədər böyüsə də, hündürmərtəbəli binalar tikilmir, yeni sosial infrastuktur layihələri həyata keçirilmir.

Üstəlik, İran mollalarının, xomeynizmin əsas ideoloqlarını narahat edən artıq hakim ideologiyanın bir işə yaramamasıdır. Sirr deyil ki, hakim fars məzhəbi kifayət qədər nüfuzdan düşüb. İndi hakim ideologiya əvvəlki gücdə deyil. Get-gedə fars məzhəbi həm bölgədə, həm də İranı daxilində mövqelərini itirir. Artıq bu ideologiya İran xalqlarının milli birliyini təmin edə bilmir. İran mollarının Azərbaycan dövlətinə, onun təhsil sisteminə hücumlarının əsasında elə bu dayanır. İran mollaları dünyəvi dövləti gözdən salmaqla hakim məzhəbin mövqelərini gücləndirməyə çalışırlar. Amma siyasi ekspertlər hesab edir ki, bütün bunların heç bir mənası yoxdur. İranda ideologiya böhranı dərinləşir və yaxın gələcəkdə hakim məzhəb İranın milli birliyini təmin etmək gücündə olmayacaq. Ortaya yeni ideologiya çıxmazsa, İranın parçalanması labüd olacaq.


RÖVŞƏN

Digər xəbərlər