PDF Oxu

Araşdırma

  • 7 778

İranın anti-Azərbaycan siyasəti

İranın anti-Azərbaycan siyasəti

İran İslam Respublikası həmişə Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa cəhdlər edib, səylər göstərib. Bu ölkə Azərbaycanın islamçılıqdan guya uzaq olduğunu əsas gətirərək təcavüzkar dövlətlərdən biri və ən birincisi ampluasında çıxış edən Ermənistana qucaq açıb. Təbii ki, sərsəm, məntiqsiz bəyanatların arxasında İran dövlətinin bölgədəki maraqları ilə bağlı həm də müəyyən bir siyasi qısqanclığı durur. Hal-hazırda İran təcavüzkar Ermənistanın bir qədər böyük qardaşı statusundan çıxış edir. Yəni rəsmi Moskva uzun müddət Azərbaycana qarşı işğalçı Ermənistanı it kimi hürdürürdüsə, indi artıq İran dövlətindən bir vasitə, alət kimi istifadə etməyə başlayıb.

"İran İslam Respublikasının indiki yürütdüyü ağılsız siyasət demək olar ki, birmənalı şəkildə, İranın islam şəriətinə qətiyyən uyğun deyil. Müsəlman ölkəsi olan İranın öz müsəlman bacı və qardaşlarına belə münasibət sərgiləməsi qətiyyən anlaşılan deyil. Anti-Azərbaycan siyasətində bir üçlük yaradılıb. Bu "üçlüy"ün gizli qalan ölkəsi Rusiya, açığı isə, İran və Ermənistandır. İki xristian ilə bir müsəlman ölkəsinin ittifaq bağlaması nə dini, nə də iqtisadi əsasa bağlanır. Çünki İranın Rusiya ilə ancaq dəniz sərhədi var". Bu sözləri qəzetimizə açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Müsahibimizin fikrincə, İranın növbəti anormal bəyanatı Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı "Şahdəniz"dən hasil olunacaq qazın Türkiyəyə nəql edilməsi ilə bağlı müqavilənin imzalanmasından sonra gündəmə gəldi. Azərbaycan Türkiyə ilə Qars sazişinin birmənalı şəkildə, istiqamətini aydınlaşdırıb. Bundan sonrakı yeni bir şaxələnmə isə, İranı narazı və bunda maraqlı olan Rusiyanı istər-istəməz narazı salır. Lakin Rusiya bu məsələni açıq müstəviyə keçirə bilmir. Çünki özünün də rəsmi Ankara ilə müqaviləsi var. Və Azərbaycanı ittiham etməyə əsası yoxdur.

İran dövləti təcavüzkar, işğalçı ölkəyə dəstək, dayaq verməklə Amerikanın müəyyən dərəcədə bu ölkəyə qarşı "yumşalmasını" təmin edir. İran islamın içində fars dini yaratmış ölkədir. Əslində, İran dövlətinin islamla yaxın əlaqəsi yoxdur. İslam dini İranda, sadəcə olaraq, bir ad olaraq, mövcuddur. Və qalan hallarda rejim olaraq mövcuddur. Ona görə də, İranı islam ölkəsi kimi qiymətləndirmək doğru olmaz. İran müsəlmançılıqdan istifadə edən, onu təhrif edən bir ölkədir. Məqsədi türk zolağını parçalamaqdan, dağıtmaqdan ibarət olan İranın oyunbazlığını, təbii qarşılamaq lazımdır.

Ən əsası da Güney Azərbaycanın Quzey Azərbaycanla yaxınlaşmasını tamamilə əngəlləmək niyyətindədir. Bunu isə, sadəcə olaraq, din pərdəsi altında aparmağa çalışır. Narkotika və qadın alverinin baş alıb getdiyi İran hansı dindən, hansı müsəlmançılıqdan danışır. İran İslam Respublikasının islamdan, əxlaqi dəyərlərdən danışmağa qətiyyən haqqı yoxdur. Narkotik və qadın alverinin, əxlaqsızlığın başında da İran rejiminin rəsmiləri dayanır. Əxlaqsızlıq İran cəmiyyəti üçün demək olar ki, artıq adi hala çevrilib. İran İslam Respublikasındakı islam, din anlayışı insanın bütün azadlıqlarını, müstəqilliyini tamamilə məhdudlaşdıraraq onlara cəhənnəm əzabı yaşadır. İran dövləti üçün müsəlman həmrəyliyi deyil, onun müsəlman bacı və qardaşlarını öldürmüş, işğalçılıq siyasəti yürüdən Ermənistanla dostluğu daha üstün tutur. Azərbaycan tərəfi ona qarşı yönəlmiş təxribat əməllərinə baxmayaraq, bütün məsələlərdə özünün ərazi bütövlüyünü, müstəqilliyini qoruyacaq. Rəsmi Tehran Azərbaycan dövlətinə qarşı sərt mövqedə olsa və işğalçı Yerevanı dəstəkləsə belə, bu, heç zaman Azərbaycanı sarsıtmayacaq. İran islam ölkəsi olsa da, dini, islami dəyərlərdən tamamilə uzaqdır. Və daim şeytani əməllərlə məşğul olan bir ölkədir. Bunların da fonunda işğalçı Ermənistanla yaxınlaşma məhz bu aspektdən qaynaqlanır.


Aylana Rzayeva

Digər xəbərlər