İşğalçı Ermənistanın, bütün sahələrində olduğu kimi, ordusunda da ciddi problemlər, çatışmazıqlar və rüsvayçı hallar mövcuddur. Hətta dəfələrlə bu barədə dünya KİV-ləri ilə yanaşı, erməni mətbuatı və erməni müxalifəti də həyəcan təbili çalıblar. Erməni ordusunda baş alıb gedən özbaşınalıq, rüşvətxorluq, yüksək təbəqənin məmurlarının uşaqlarının ordudan yayınması, zabitlərin əsgərlərə işkəncələr vermələri artıq adi hala çevrilib. Orduda canlı qüvvənin azlığından əziyyət çəkən ölkənin müdafiə naziri Seyran Ohanyanın problemi həll etmək üçün xarici ölkələrdən belə uğursuz kömək istəyir. Əlbəttə, S. Ohanyan kimi bir sərsəmin, rüşvətxorun, işğalçılıq siyasəti aparan şəxsin rəhbərlik etdiyi orduda elə belə də olmalıdır. Erməni mətbuatında S.Ohanyan rüşvətxor, pul hərisi kimi tanınır və öz maraqları naminə Serj Sarkisyanı belə satmaqdan çəkinməz. Son zamanlar isə, ölüm halları erməni ordusunda daha geniş vüsət alıb. Orduda övladları acından, susuzluqdan ölən və ya zabitlərin işgəncələrindən öldürülən valideynlər Sarkisyanın "iqamətgahı" qarşısında hər gün piket keçirirlər. Serj Sarkisyan öz ölkəsinin əhalisi tərəfindən hər zaman təhqirlərə, tənqidlərə, söyüşləri məruz qalır. Bu, Serj Sarkisyanın yürütdüyü qəddar, məkrli və təcavüzkarlıq siyasətinin nəticəsidir.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar, işğalçılıq siyasəti nəticəsində rəsmi Yerevan özünü tamamilə dünyadan təcrid vəziyyətinə salıb. Müasir texnikanın olmaması, maddi imkansızlıq, xaos və anarxiya işğalçı Ermənistandakı vəziyyətin nə qədər acınacaqlı olduğunun əyani göstəricisidir. Erməni ordusundakı vəziyyətin ağır olması bu gün tək bizə deyil, bir çox beynəlxalq qurumlara, o cümlədən, Avropa ölkələrinə bəllidir. işğalçı ölkədə hələ də komplektləşdirilməyən hərbi hissələr var. Bu isə, Ermənistanın zəif olmasını bir daha sübuta yetirir. Nə qədər ki, Ermənistan işğalçılıq siyasəti yürüdür, o zamana qədər də məhvə doğru sürüklənəcək. Çünki işğalçılıq, təcavüzkarlıq siyasəti heç bir ölkəyə xeyir gətirmir. Yaşamağın ağır olmasına görə, erməni əhalisi kütləvi şəkildə ölkəni tərk edərək, xaricə üz tutur. Çünki düşünürlər ki, Ermənistanda qalıb acından ölməkdənsə, bomj vəziyyətində də olsa xaricdə yaşamaq daha yaxşı olacaq. Erməni vətəndaşları bu gün yaşamaq, yemək, öz ayaqları üstdə durmaq uğrunda mübarizə aparırlar. Onları hakim rejimdən fərqli olaraq, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ deyil, acından ölməmək düşündürür.
A.RZAYEVA