Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq əlaqələrinin inkişafı üçün daha səylə çalışmaq lazımdır. ёBu sözləri Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun rektoru Eyyub İsbir demişdir. Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirakından məmnunluq ifadə edən Eyyub İsbir "iki dövlət, bir millət" olaraq bundan sonra da əlaqələrimizin genişləndiriləcəyindən əminlik ifadə etmişdir.
Türkiyəli rektor Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini bildirmişdir. O, təmsil etdiyi təhsil ocağında yüksək istedada və biliyə malik azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırmışdır.