PDF Oxu

Araşdırma

  • 737

“Rəsmi Bakı təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ  münaqişəsini prioritet məsələ olaraq gündəmə gətirir”

“Rəsmi Bakı təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ olaraq gündəmə gətirir”

"Rəsmi Bakı təmsil olunduğu bütün beynəlxalq tədbir və görüşlərdə Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ olaraq gündəmə gətirir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. E.Abdullayev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya, o cümlədən ATƏT-ə üzv dövlətlər tərəfindən tanınır. "Təbii ki, Vilnüsdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirlərinin toplantısında nazir Elmar Məmmədyarovun həm ikitərəfli, həm də çoxtərəfli görüşlərində Qarabağ münaqişəsi, ərazi bütövlüyümüzün pozulması məsələsi diqqətdə olacaq. Gözləntilərə gəlincə, toplantının gedişini izləyib və bundan çıxış edərək hansısa fikir söyləmək olar" deyə o qeyd edib.

E.Abdullayev qeyd edib ki, XİN rəhbəri E.Məmmədyarovun ATƏT-in Minsk Qrupunun üzvləri ilə yanaşı, Gürcüstan, Portuqaliya, Finlandiya, Türkmənistan, İrlandiya, Litvanın xarici işlər nazirləri, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və ATƏT rəhbərliyi ilə görüşləri gözlənilir.

Digər xəbərlər