PDF Oxu

Araşdırma

  • 970

Bakıda “MDB: innovasiyalarda tərəfdaşlıq” road-şousu göstəriləcək

Bakıda “MDB: innovasiyalarda tərəfdaşlıq” road-şousu göstəriləcək

MDB-nin İnformasiya Şurasından verilən məlumata görə, cari il dekabrın 7-8-də Bakıda "MDB: innovasiyalarda tərəfdaşlıq" mövzusunda "road-şou" keçiriləcək. Tədbirin təşkilatçıları MDB-nin Beynəlxalq İnnovasiya Nanotexnologiyalar Mərkəzi (MDB BİNM), Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) və Bakı Dövlət Universitetidir (BDU). MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə keçiriləcək tədbirin operatoru Insiders kommunikasiya qrupudur.

Tədbirdə MDB BİNM-in, BNTİ-nin, "Rossotrudniçestvo"nun, "Rossiyskaya vençurnaya kompaniya" ASC-nin, "Skolkovo" Açıq Universitetinin, "Dubna" nanomərkəzinin, Salans hüquq şirkətinin, Insiders kommunikasiya qrupunun, Azərbaycan Elmlər Akademiyasının nümayəndələri, habelə Azərbaycan ali məktəblərinin müəllim və tələbələri, innovasiya şirkətlərinin, elmi mərkəzlərin mütəxəssisləri iştirak edəcəklər. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də "road-şou"da iştirak edəcəyini təsdiq edib.

Praktik təcrübə mübadiləsi, Birlik ölkələrinin aparıcı innovasiya şirkətləri və elmi mərkəzlərinin nümayəndələri arasında perspektiv tərəfdaşlar axtarışına və əməkdaşlıq haqqında ilkin razılaşmalar əldə edilməsinə yönəldilmiş açıq dialoq imkanları - "road-şou"nun iştirakçıları öz qarşılarına məhz belə məqsədlər qoymuşlar.

Tədbir Bakı Dövlət Universiteti kampusunda keçiriləcəkdir. Orada plenar iclasın, habelə innovasiya və nanotexnologiyalar, vençur maliyyələşdirmə, intellektual mülkiyyət bazarı, MDB-də dövlətlərarası proqramlar və s. sahələrdə bir neçə tədris seminarının keçirilməsi planlaşdırılır.

BNTİ direktorunun innovasiyanın inkişafı üzrə müavini, MDB BİNM-in direktoru A.Ruzayev tədbir haqqında deyir: "İşin təşkilinin "road-şou" forması son dərəcə səmərəlidir: bu forma iştirakçıların kifayət qədər geniş auditoriyasını əhatə etməyə, eyni zamanda, fərdi danışıqlar aparılmasına imkan verir. Biz belə hesab edirik ki, Bakıda keçiriləcək "road-şou" MDB məkanında innovasiya əməkdaşlığının həyata keçirilməsi üçün səmərəli vasitə olacaq və belə tədbirlər seriyasının təməlini qoyacaqdır".

Digər xəbərlər