PDF Oxu

Araşdırma

  • 1 161

Ermənistanda inflyasiya, qiymət artımı, demoqrafik tənəzzül növbəti il də davam edəcək

Ermənistanda inflyasiya, qiymət artımı, demoqrafik tənəzzül növbəti il də davam edəcək

Özlərinin qondarma "tarixini" yaradan, həyasızcasına Azərbaycan ərazilərinə iddialı olan və "böyük Ermənistan" xülyaları ilə "yaşayan" mənfur ermənilərin atdıqları hər bir addım nəinki bizlərə, eləcə də, beynəlxalq aləm də məlumdur. Bu gün dünyaya bir sıra ölkələri iqtisadi böhran bürüdüyü halda, ölkəmiz öz gücü sayəsində bu böhranı yaşamadı, Ermənistan isə dizin-dizin sürünüb xarici dövlətlərdən dilənçi payı almağa səy göstərməkdən başqa bir əlacı qalmayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransı zamanı işğalçı Ermənistanın iqtisadiyyatının anbaan tənəzzülə getdiyini söylədi: "Bu gün Ermənistan rəhbərliyi tez-tez "iqtisadi-sosail artım" rəqəmlərinə söykənərək, nikbin proqnoz mesajları versə də, həqiqətdə səfalətdən, işsizlikdən, aclıqdan əzab çəkən əhalini həmin rəqəmlərlə yedizdirib-doyuzdurmaq, başını qatmaq qeyri-mümkündür. Ölkənin bütün sahələrini əhatə edən ümumi durumu günlər keçdikcə daha da ağırlaşır. Bir yandan təcavüzün, işğalçılıq siyasətinin, digər tərəfdən isə iqtisadi böhranın vurduğu ölümcül zərbədən güclə ayaq üzərində dayanmış Ermənistan iqtisadiyyatının yenidən dirçəlməsi fantastikadan başqa heç nə deyil. Məhz bu səbəblərə görə, ölkə rəhbərliyinin yeganə ümid yeri xaricdən edilən yardımlar, erməni lobbisinin ianələridir".

"Ancaq bu ümidlər də özünü doğrultmur" fikrini deyən politoloq onu da vurğuladı ki, xalq o qədər ac və səfildir ki, ölkəyə daxil olan ianələrin məbləğindən asılı olmayaraq, bir neçə gün içində tükənməsi vəziyyəti daha da ağırlaşdırır: "Bu gün Ermənistanda mitinqlər səngimək bilmir. Ölkədə baş verən proseslər onu təsdiq edir ki, qara erməni camaatı hər an qanlı-qadalı çevrilişə əl ata bilər. Çünki buna səbəb ola biləcək digər nüans da mövcuddur. Bu, Rusiyanın Ermənistana yatırılan investiyaların azaldılması ilə bağlıdır. Bir sözlə, ölkə çıxılmaz vəziyyətdədir. Üstəlik, ölkədə azad bazar iqtisadiyyatının formalaşmaması, inhisar və özbaşınalıq, korrupsiya və rüşvətxorluq, qiymətlərin günbəgün, saatbasaat qalxması, daxili istehsalın idxaldan baha başa gəlməsi də durumu ölkədaxili gərginliyə sürüyür. Daha dəqiq desək, Ermənistanda işsizliyin baş alıb getdiyini, nəticədə əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə aldıqda, şübhəsiz ki, bu ölkədə narazılıqların yaranması qaçılmazdır".

Politoloq Ermənistan hakimiyyətində olanların da ölkədə bu ilin sonuna kimi növbəti kəskin bahalaşmanın baş verəcəyini söylədiklərini də bildirib: "Əgər rəqəmlərin dili ilə desək, bu gün Ermənistan bazarının 85 faizini təşkil edən idxalçıların qiymətləri qaldırması xalqı çıxılmaz vəziyyətə qoyub. Bu vəziyyətin daha da kəskinləşməsi ölkədə böyük çevrilişin baş verməsinə səbəb ola bilər. Bunu ölkənin "Yeni Zaman" partiyasının sədri Aram Karpatyan öz açıqlamasında da bildirib. Onun sözlərinə görə, "Ölkədə Serj Sarkisyan var, prezident yox, Tiqran Sarkisyan var, baş nazir yox". Hətta A.Karpatyan öz təklifində bildirib ki, vəziyyətin təməlinin dəyişməsi üçün siyasi meydanın təmizlənməsi, vergilərdən yayınan oliqarxların vergi sisteminə məcburi qaydada qaytarılması, inhisarçılığın aradan götürülərək ləğv edilməsi kimi tədbirlər həyata keçirilməlidir. Göründüyü kimi, ölkədəki bütün proseslərin hazırkı durumu isə, bir daha sübut edir ki, Ermənistanda inflyasiya, qiymət artımı, demoqrafik tənəzzül növbəti il də davam edəcək".


A.Səmədova

Digər xəbərlər