PDF Oxu

Araşdırma

  • 838

“Ermənistan nəinki qonşu dövlətlərlə, hətta öz daxilində sülh arzulamır”

“Ermənistan nəinki qonşu dövlətlərlə, hətta öz daxilində sülh arzulamır”

İşğalçı Ermənistan dövlətinin prezidenti Serj Sarkisyan zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar verərkən hər zaman öz xislətini aşkar şəkildə büruzə edir. Belə ki, onun son bəyanatı da həm qardaş dövlətdə, həm də Azərbaycanda ictimai qınağa səbəb olmuşdur. Onun bu cür sayıqlamaları bir daha təsdiq edir ki, Ermənistan nəinki qonşu dövlətlərlə, eləcə də, öz daxilində sabitliyin bərqərar olmasına razı deyil. Bu və digər bu kimi məsələlərlə bağlı münasibətini açıqlayan millət vəkili Tahir Rzayev Ermənistan dövlət başçısı Sarkisyanın sayıqladığını düşünür: "Təcavüzkar Ermənistan Respublikası ən ağır günlərini yaşayır. Ölkədə iqtisadi böhran hökm sürür, insanların həyat şəraiti günbəgün pisləşir. Aclıq, səfalət və işsizlik yüz minlərlə insanı bu ölkədən getməyə məcbur edib. Son məlumatlara görə isə, artıq 2 milyondan çox insan Ermənistanı tərk etməyə məcbur olub. Həm də ölkədə ictimai-siyasi sabitliyi təmin etmək mümkün deyil. Tez-tez baş verən qarşıdurmalar, mitinqlər, terror halları, insanların günahı olmadan həbs edilməsi, rüşvətxorluq Ermənistanda anarxiyaya, özbaşınalığa, insan hüquqlarının, demokratiyanın pozulmasına şərait yaradır və ölkəni daha dərin uçuruma sürükləyir. Ermənistan ordusunda xüsusilə ağır vəziyyət yaranıb. Orduda baş verən qarşıdurmalar, zabit və əsgər heyəti arasındakı ziddiyyətlər, intihar, işgəncələr ordudan yayınma hallarını xeyli artırıb. Ermənilər öz övladlarını orduya göndərməkdən imtina edir, hər vəchlə uşaqlarını ölkədən qaçırmağa çalışırlar".

T.Rzayev onu da deyib ki, Ermənistan, həmçinin, beynəlxalq aləmdə nüfuzunu itirməkdədir: "Artıq o, beynəlxalq birlik tərəfindən əvvəlki kimi dəstəklənmir. Əksinə, təcavüzkar bir ölkə kimi tanınmaqda davam edir və təklənir. Biz bunu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçkilərində bir daha gördük. Belə bir ağır vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyanın erməni ordusunun güclənməsi, hər bir hücumun qarşısını almağa qadir olması, ölkə vətəndaşlarının həmrəyliyi, dövlətin beynəlxalq aləmdə dəstəklənməsi barədə verdiyi bəyanatlar sərsəmlikdən, sayıqlamadan başqa bir şey deyil. Ermənistan prezidentinin Fransada erməni lobbisi qarşısında çıxışı zamanı səsləndirdiyi "Türkiyə rəhbərləri "erməni soyqırımına" görə vaxt gələcək ermənilərdən üzr istəməyə məcbur olacaqlar" fikirləri isə fərsiz köpəyin qorxusundan hürməsinə bənzəyir. Ermənistanı və erməni xalqını çıxılmaz, ağır vəziyyətə salan bir prezidentin qonşu ölkələrə güc göstərməsi, onlara hədə-qorxu gəlməsi ruhi sarsıntının və psixoloji gərginliyin nəticəsidir. Çünki Ermənistan iqtisadi-siyasi böhran dövrünü yaşayıb ağır sarsıntılara düçar olduğu kimi, Sarkisyan da ruhi xəstəliyə urcah olmuş və sərsəmləməkdən başqa əlacı yoxdur".

R.Hüseynova

Digər xəbərlər