PDF Oxu

Araşdırma

  • 1 487

İran, viran qala bilər

İran, viran qala bilər

Bu gün heç kimə sirr deyil ki, təcavüzkar Ermənistanla dostluq, "dost" adlandırdığı Azərbaycanla isə heç də xoş münasibətdə olmayan Tehran ayətullahlarının riyakar siması ortadadır.

Belə ki, rəsmi Tehran Azərbaycanın dövlətçilik maraqlarına zidd olaraq işğalçı Ermənistanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrini geniş spektrdə inkişaf etdirir. Təbii ki, İranın bu cür riyakar davranışı molla rejiminin qatı anti-Azərbaycan siyasətini açıq şəkildə ortaya qoyur. Daha dəqiq desək, İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, əslində, onun bütövlükdə islam dünyasına, müsəlmanlara qarşı yönəlmiş xəyanətkar münasibətinin sırf təzahürüdür.


Azərbaycanda süni olaraq anti-islam obrazının formalaşmasında İrana kimlər dəstək göstərir?


İran davamlı şəkildə ölkəmizdə daxili gərginliyi stimullaşdırmağa, qarşıdurma yaratmağa, Azərbaycan hakimiyyətinin anti-islam obrazını formalaşdırmağa cəhd göstərir. Və maraqlı məqamlardan bi-ri də odur ki, bu işdə ayətullahlara satılmış fərdlər də mövcuddur. Bu mənada, şişirdilərək hicab məsələsini qabardanları onlara dəstək göstərən radikal müxalifət ünsürlərini göstərmək mümkündür. Sirr deyil ki, ölkədə "ənənəvi müxalifət" imicini formalaşdırmağa cəhd göstərən bir sıra siyasi partiyalar zaman-zaman xarici ölkələrin gizli təşkilatları ilə əlaqələr qurur, onların verdikləri tapşırıqları canla-başla yerinə yetirirlər. Bu mənada, İranın da xüsusi xidmət orqanları ilə yaxınlıq əlaqələri quran radikal müxalifət düşərgəsi və onlarla iş birliyində olan radikal dini qruplaşmalar hətta ETTALAT-dan da göstərişlər alırlar. Süni hicab məsələsində icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərərkən onlara informasiya dəstəyi yaradan "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin canfəşanlıqları da bütün bu deyilənləri təsdiqləyir. Eyni zamanda, İsrail-Azərbaycan münasibətləri, məscid məsələləri də bilərəkdən şişirdilən və süni şəkildə gündəlikdə saxlanılan mövzulardandır.

Digər tərəfdən isə, bir milyondan artıq müsəlman azərbaycanlını öz yurd-yuvasından didərgin salan, islami dəyərləri tapdaq altına atan, mədəniyyət abidələrini, məscidləri yerlə yeksan edən işğalçı Ermənistana isti münasibət, ikitərəfli yüksək səviyyəli səfərlərin təşkil olunması, erməni rəsmilərinin İranda təmtəraqla qarşılanması rəsmi Tehranın bu işlərdə bilavasitə əli olduğunu təsdiqləyir. Lakin panfarsist rejimə dəstək olan, onlara qahmar çıxan radikal müxalifət təmsilçiləri ununtmamalıdırlar ki, belə işlərin axrı heç də yaxşı qurtarmır. Ən azından xalqın qəzəbindən çəkinməsələr, törətdikləri xəyanətləri, həqiqətən də, onlara baha başa gələ bilər.


Separatçı rejimə dəstək arxasında siyasi həyasızlıq


Hələ 2010-cu ildə İrana səfəri zamanı E.Nalbandyan İranın XİN başçısı Mənüçöhr Möttəki ilə görüşmüş, Dağlıq Qarabağ münaqişəsinin həllində İranın mövqeyindən razılıq ifadə etmişdi. Eyni fikirlər İranın indiki xarici işlər naziri Əli Əkbər Salehi tərəfindən də təkrarlanıb. Göründüyü kimi, İranın xarici siyasət idarəsinin rəhbərləri dəyişsə də, bu ölkənin Dağlıq Qarabağ münaqişəsinə, onun səbəbkarı olan türk və müsəlman düşməni olan Ermənistana münasibəti dəyişmir. Ötən ilin axırlarında İran prezidenti Mahmud Əhmədnejadın Ermənistana səfəri zamanı əli Dağlıq Qarabağdakı şiə müsəlmanlarının qanına bulaşmış Ermənistan prezidenti Serj Sarkisyanı qucaqlaması da rəsmi Tehranın məkrli siyasət apardığını demək olar. Amma bir ölkənin hansısa məsələyə münasibətdə mövqeyinin fərdlərdən asılı olmaması təbiidir. Təbii olmayan odur ki, İranın dəyişilməyən bu mövqeyi Ermənistanın - İranın "müsəlman qardaşı" olan Azərbaycanla müharibə şəraitində olan bir ölkənin, onun ərazisini işğal edən, 100 minlərlə müsəlman vətəndaşını yurd-yuvalarından didərgin salan dövlətin rəhbərlərini məmnun edir. Təbii olmayan bax, budur. Başqa sözlə, İranın mövqeyi Ermənistanı razı salırsa, deməli, Azərbaycanın əleyhinə yönəlib. Əgər İran dolayısı ilə Dağlıq Qarabağda biznes inkişaf etdirirsə, bu, artıq separatizmə aşkar dəstək deməkdir. Bu cür addımlara diplomatik termində həm də siyasi həyasızlıq deyirlər.


Yırtılmış "müsəlmançılıq" maskası və yarı yolda qalmış İran


Gəlin bir sadə həqiqətin gözünün içinə dik baxaq. İranın dostunun (işğalçı Ermənistan) düşməni (təcavüzə uğramış Azərbaycan), onun qardaşı ola bilərmi? Deməli, bu sözlərin nə dərəcədə səmimi və həqiqət olub-olmadığı göz önündədir. Elə yəqin Ermənistanla İranın ümumi maraqları bölüşməsinin nəticəsidir ki, İran parlamentinin spikeri Əli Laricani Azərbaycana səfəri zamanı jurnalistlərin təkidli suallarına baxmayaraq, ölkəsinin Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması barədə heç nə demədi, suallara konkret cavabdan yayındı. Göründüyü kimi, İran işğalçı, təcavüzkar, radikal xristian olub müsəlman qanı əmən Ermənistanla əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətini çəkinmədən nümayiş etdirir. Belə demək mümkündürsə, ayətullah rejimi Əhmədinejadın "fars-erməni qardaşlığı" şüarından irəli gələn siyasəti tam reallaşdırmaq yolunu tutub. Bu, anti-islam, anti-müsəlman mahiyyətli, etibarsız, öz cılız maraqları naminə hər şeyi qurban verməyə hazır olan İran rəhbərliyinin əsil riyakar, xəyanətkar simasıdır. Belə simalar isə çox da uzağa gedə bilmirlər. Çünki yarı yolda maskalar cırılır. İranın da "müqsəlmançılıq" maskası artıq çoxdan yırtılaraq, onun həqiqi üzünün ortaya çıxarıb. Bu, həm də İranın yaxın dövr ərzində viran qalacağına olan sonuncu "SOS" işarəsidir.

R.RƏSULOV

Digər xəbərlər