PDF Oxu

Araşdırma

  • 5 860

İRAN -TÜRK DÜNYASININ VƏ İSLAM ƏXLAQININ DÜŞMƏNİ

İRAN -TÜRK DÜNYASININ VƏ İSLAM ƏXLAQININ DÜŞMƏNİ

Böyük Sabirin hələ 100 il öncə qələmə aldığı bu öncəgörən misralar Pəhləvilər sülaləsinin hakimiyyəti qəsb etdiyi ilk gündən başlayaraq indiyədək İran adlandırılan bir ölkədə yaşananları tam çılpaqlığı ilə əks etdirir. Əslində, bu gün İranda hakimiyyətdə fars-molla rejiminin mahiyyətilə Pəhləvi hakimiyyətinin strateji hədəfləri tamamilə üst-üstə düşür.


Bu rejimlərin hər ikisi Türk Dünyasının, islam əxlaqının və fəlsəfi təfəkkürünün düşmənidir. Bu rejimlərin yeganə məqsədi öncə "çağdaşlıq", 1979-cu ildən sonra isə "islam inqilabı" pərdəsi altında türklərin təfəkkürünə mutant ideologiyalar yamamaqla, regionun gerçək sahibi olan böyük bir millətin ayrı-ayrı coğrafiyalarda yaşayan topluluqlarını bir-birinə qarşı qoymaqdan ibarət olub və fars mollakratizmi özünün qeyri-insanı düşüncəsindən, əxlaqından, xəstə eqoizmindən doğan geosiyasi mutasiya strategiyasını davam etdirməkdədir. İran rejimi Ermənistan və təcavüzkar ölkə ilə eyni məzmun daşıyan şər qüvvələr istisna olmaqla, bütün sivil və tərəqqipərvər dünyanın, bəşəri mədəniyyətin, ali insani duyğuların düşmənidir. Dünyanın bütün naqislikləri, insanlığa xas olmayan bütün neqativ, şeytani cizgilər bu dəhşətli rejimin bətnində gizlənir. Fars rejimi öz qısır bətnindən istər mənəvi, istərsə də coğrafi anlamda islam böyüklükdə din və fəlsəfi dünyagörüşü doğa bilmədiyi üçün türk dünyasına sonsuz nifrət bəsləyir.


Ermənilərdən "həyat yolu" üçün fars-molla rejiminə sonsuz minnətdarlıq


Bu rejimdə nəinki islami, heç sadə, bəsit, quldarlıq və feodal dövrünə aid edilə bilən insani duyğular, təəssübkeşlik hissi də yoxdur. Bunun ən bariz nümunəsi fars-molla rejiminin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, müsəlman azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistana olan münasibətidir. İslam pərdəsi arxasında özünün şeytani simasını gizlətməyə çalışan fars-molla rejiminin əsil siması məhz ermənilərə münasibətdə özünü büruzə verir. Təsadüfi deyil ki, Ermənistanda keçirilən son prezident seçkilərində iştirak edən bütün namizədlər Azərbaycan ərazilərinin işğalı prosesində onlara dəstək verdikləri üçün fars-molla rejiminə hədsiz minnətdarlıqlarını bildirirdilər. İranla Ermənistan arasındakı sərhəd-keçid məntəqəsinin Qarabağ müharibəsi zamanı ermənilər üçün "həyat yolu" olduğunu deyirdilər. Əslində, elə bu faktın özü İran rejiminin Ermənistan və Rusiya ilə birlikdə Azərbaycan torpaqlarının işğalı prosesində iştirak etdiyini təsdiqləyir. İranın Ermənistanla bugünkü münasibətləri də sübuta yetirir ki, fars-molla rejimi Azərbaycan torpaqlarının işğalında maraqlı olub. İndi bu simasız, islamın bətnində qara yaraya çevrilən fars-molla hakimiyyətinin Azərbaycana qarşı yaxın qonşuluqdan, ortaq tarixi, mədəni və dini dəyərlərdən çıxış edərək, ittihamlar səsləndirməsi sadəcə gülüş doğurur.


Verilən haqlı suallara "Qurandan" cavab tapa bilməyən "mollalar"

Guya Azərbaycanın İsraillə normal münasibətlər qurması molla rejiminin xoşuna gəlmir. Arqumentləri də İsrailin Fələstin torpaqlarını işğal etməsidir. Bu zaman nifrət və aqressiyadan bəsirət gözləri qapanmış mollakratiya təmsilçilərinə sual olunur, bəs siz nə üçün müsəlman qardaşlarınızın, yaxın qonşularınızın torpaqlarını işğal edən şərəfsiz və rəzil ermənilərlə əməkdaşlıq edirsiniz? Axı İsrail hazırda İran adlandırılan ölkənin ərazilərini işğal etməyib. Ermənistan isə hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. Həmin torpaqlarda islam abidələri ermənilər tərəfindən darmadağın olunub, Tanrıya ibadətə çağırış üçün nəzərdə tutulan minarələr uçurulub. Bütün ömürlərini Allaha ibadətlə keçirən, islama İranın əksər ruhanilərindən daha çox və qəlbən bağlı olan müsəlmanların məzarları bir ovuc kafir tərəfindən viran qoyulub. Bəs hanı sizin müsəlman təəssübkeşliyiniz? Hanı sizin qeyrətiniz? Axı baş yarmaq, zəncir vurmaq, sinə döymək və gözdən zorla bir-iki damla yaş çıxarmaq islam təəssübkeşliyi deyil!


...Və yaşasın Azərbaycan!

Fars-molla rejiminin tör-töküntüləri Tehranda, Təbrizdə, Xoyda, Ərdəbildə, Şirazda, Zəncanda, Makuda və digər şəhərlərdə Azərbaycan bayrağını yandırır, ayaqlar altına atırlar. Lakin unudurlar ki, həmin müqəddəs bayraqdakı rənglərdən biri olan yaşıl rəng islam dininin simvoludur, Azərbaycan türklərinin islam mədəniyyətinin daşıyıcısı olduğunu əks etdirir. Biz isə İran adlanan xalqlar həbsxanasının, zülm zindanının bayrağını yandırmadıq, ayaqlar altına atmadıq. Çünki o bayraqda Allah sözü əks olunub. Ona görə də bayrağınızda yazılmış ALLAH sizlərə qənim kəsiləcək. Azərbaycanın müqəddəs bayrağı on minlərlə şəhidin qanıyla suvarılıb! Bu bayrağı köksünə basan yüz minlərlə igidimiz "YAŞASIN AZƏRBAYCAN !" sədaları altında farsların qardaş dediyi kafir ermənilərin düşmən süngülərinə, güllələrinə mərdanəliklə sinə gəriblər! O bayrağı başı üzərinə qaldıran qəhrəmanlar on minlərlə müsəlman qadınının namusunu kafir təcavüzündən qoruyublar! Müsəlman Şərqini öz nüfuz dairələrində, əzilmiş, alçaldılmış, aşağılanmış şəkildə saxlamaq istəyən, islam dünyasını mövhumatın, xurafatın əsarətinə salmaqla öz maraqlarını təmin etməyə çalışan imperiyalara qarşı ideoloji savaş açıblar. Müsəlmanların dünyaya daha açıq gözlə - elmin, mədəniyyətin gözü ilə baxmaları üçün nəhəng və heç zaman iflasa uğramayacaq bir məktəbin əsasını qoyublar! O bayrağın üzərində alov dilimlərilə ALLAH kəlməsi həkk olunub. Bu gün məhz bu bayrağı yandıran İran mollaları bunun da cavabını verməli olacaqlar...


RÖVŞƏN

P.S. Allah Sabirə rəhmət eləsin!

Digər xəbərlər