PDF Oxu

Araşdırma

  • 695

NİKOLYA SARKOZİ 222 İLLİK FRANSA DEMOKRATİYASINA “YOX” DEYİB

NİKOLYA SARKOZİ 222 İLLİK FRANSA DEMOKRATİYASINA “YOX” DEYİB

"Fransa Senatında erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbulu Fransa tarixi üçün bir qara ləkədir" ifadəsi artıq bu gün bütün dünyada səslənən şüar şəklini alıb. Prezident Nikolya Sarkozi 1789-cu ildən bəri Fransada hökm sürən söz və fikir azadlığını, demokratik dəyərləri öz siyasi ambisiyasına qurban verib və nə qədər də qəribə görünsə də həmin qurbanına haqq qazandırmağa cəhdlər göstərir. Çünki Fransa ictimaiyyətinin də böyük hissəsi, ayrı-ayrı, qeyri-hökumət təşkilatları Senatın Konstitusiya komissiyası və digər çoxluq bunun əleyhinə olsa da, Sarkozinin partiyası Senatda bu qanunun qəbul edilməsinə, təəssüf ki, nail oldu.

Bundan sonra atılacaq addımlara gəldikdə isə, siyasi ekspertlər burada iki yolun olduğunu müəyyənləşdiriblər. Belə ki, fransız senatorlar bu qanundan Konstitusiya Məhkəməsinə şikayət edəcəklər. Konstitusiya Məhkəməsində qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasını araşdıracaqlar. Yəni qanunun qüvvəyə minməməsi üçün şans var. Əgər bu da alınmasa, ikinci yol qalır. Bu da, təbii ki, Avropa İnsan Haqları Məhkəməsidir. Çünki məhz Avropa İnsan Haqları Məhkəməsi qanunun hüquq əleyhinə olan nəticələrinin aradan qalxmasında öz sözünü deyə bilər. Eləcə də, Avropa Birliyinin bununla bağlı mövqeyi var və onlar hesab etmirlər ki, hər hansı bir vətəndaş şahidi olmadığı və əmin olmadığı hər hansı bir faktı qəbul etmədiyinə görə, bir il həbs cəzasına və ya 45 min avro məbləğində cəriməyə məhkum edilsin, bu isə yolverilməzdir. Buna görə ilk olaraq bu müstəvidə proseslərin sonrakı ssenarisini götür-qoy etməyin tam zamanıdır.


NÜFUZLU AVROPA QURUMLARI UTANCVERİCİ QANUNUN BEYNƏLXALQ HÜQUQ NORMALARINA ZİDD OLDUĞUNU İFADƏ ETMƏLİDİRLƏR


Burada digər ehtiyatda saxlanıla biləcək müstəvilər də mövcuddur. İlk növbədə, beynəlxalq təşkilatlar, Avropa Şurası və ATƏT kifayət qədər kəskin mövqe bildirməlidir. Nüfuzlu Avropa qurumları utancverici qanunun beynəlxalq hüquq qanunlarına tamamilə zidd olduğunu ifadə etməlidirlər. Bir sözlə, Avropa Parlamenti, ATƏT PA və AŞPA-da etiraz tədbirləri təşkil edilməlidir. Əgər həmin qurumlar da bu müstəvidə fəaliyyət göstərməsələr o zaman bu təşkilatların fəaliyyətləri də beynəlxalq aləm tərəfindən qeyri-ciddi fəaliyyət kimi qarşılana bilər.


R.RƏSULOV

Digər xəbərlər