PDF Oxu

Araşdırma

  • 945

Ermənistanda seçkiöncəsi mühit: “ölüm ya qalım” amili daha realdır

Ermənistanda seçkiöncəsi mühit: “ölüm ya qalım” amili daha realdır

Ermənistan prezidenti Serj Sarkisyanın xaraba və viran qoyduğu ölkə iqtisadiyyatı son nəfəsini verməklə yanaşı, seçkiöncəsi mühit də həmin çərçivədə inkişaf etməkdədir. Belə ki, iqtisadiyyatın yaratdığı acınacaqlı problemlər erməni seçiciləri daha çox düşündürməyə vadar edir. Çünki aclıq və səfalətin dözülməz həddə çatması namizədliklərini irəli sürəcək bütün şəxslərin iqtisadi sferada platforma quracaqlarını indidən xəbər verir. Bu mövzuda mübahisələr gedir, gərgin ziddiyyətlər yaşanır, Ermənistan vətəndaşlarına bu və digər problemlərin yolları ətrafında istiqamətlər müəyyənləşdirilir.


Ayaq tutub yeriməyən yalanlar


İqtidardakı siyasi bandanın qondarma ideoloqları yıxıb-sürüyən Serj Sarkisyan qruplaşmasının həqiqətdə "düşünülmüş və praqmatik dövlət siyasəti" yürütdüyünü bildirir, ölkə iqtisadiyyatındakı inhisarların, sadəcə, "böyük holdinqlər, firma və şirkətlər" olduğunu vurğulayır, on minlərlə ölçülən işsizlik, dövlət əsaslarını sarsıdan mühacirət, artan dövlət borcları müvəqqəti çətinliklər kimi vurğulanır, amma həqiqət tamamilə başqa şeyi deyir.


Sarkisyanın Ter-Petrosyan xofu və alınmayan disputunun baş verəcək nəticələri


Paytaxt Yerevanda keçirilmiş sonuncu mitinqlərin birində çıxış edən müxalifət lideri Ter-Petrosyan üzünü erməni xalqına tutaraq demişdir ki, işsizlik, miqrasiya, cinayətkarlıq səviyyəsinin yüksəlməsi, total korrupsiya və rüşvətxorluq, inhisarların iqtisadiyyatın, istisnasız olaraq, bütün sahələrinə nəzarət etməsi, bütün milli resurslarla gəlir mənbələrinin Sarkisyan komandasının üzvlərinin əlində olması, parlamentdəki deputatlar arasında oliqarxların və onların əlaltılarının sayının artması - bütün bunlar Ermənistanın bəlalarıdır: "Erməni İnqilabi Federasiyası-Daşnaksütyun da Sarkisyanın hakimiyyətə gəldiyi gündən bəri iqtisadi sahədə uğursuz siyasət yürütdüyünü bəyan edir. İqtidar və müxalifət fərqli mövqelər tutubdur. Bu da təbiidir. Ancaq Ermənistandakı iqtisadi problemlərin həllini müzakirə etmək, həmin həll yollarını arayıb-tapmaq üçün iqtisadi disput imkanları yoxdur. Nəzəri baxımdan, baharda keçiriləcək parlament seçkiləri bunun üçün çox əlverişli məqam sayıla bilər. Ancaq disput alınmayacaq, çünki müzakirələr aparmalı olan tərəflərdən biri - Sarkisyan hakimiyyəti potensial seçicilərinə ultimatumlar, vədlər və rüşvətlər paylamaqla məşğuldur".

Əslində, qarşı tərəfdə, yəni Ermənistan müxalifətində də ağlar vəziyyətdə olan ölkə iqtisadiyyatının problemlərinin həlli yolları ilə bağlı disputa hazır adamlarda qüvvələr gözə dəymir, aparılan müzakirələr də aktivlik və məzmun baxımından yarıtmazdır.


"100 addım proqramı" və Sarkisyanın "Mayn Kampf"dan öyrəndikləri


Erməni Milli Konqresinin fəlakətə uğramış ölkə iqtisadiyyatını xilas etmək üçün nəzərdə tutduğu "100 addım" proqramı, və ya bir neçə daşnak deputatın çıxışları ilə sorğuları da dialoq üçün yetərli hesab olunmur. Belə ki, erməni siyasətçilər bütün bu deyilənlərin kompleks səciyyəli olmasını bildirirlər. Yəni istəklər və səylər əvvəli, davamı və nəzərdə tutulan davamı olan prosesə köçürülməli, cəmiyyət isə ayılaraq Sarkisyanın hakimiyyət dönəmini bağlamalı, yeni dövrə başlamaq niyyətində olmalıdır. Başqa tərəfdən isə, məlumdur ki, Ermənistan iqtisadiyyatındakı problemləri həll etmək üçün sırf iqtisadi vasitələrlə yanaşı, hüquqi prosedurlara da əl atılmalıdır. Səbəb ölkə iqtisadiyyatındakı problemlərin tam əksəriyyətinin qanunsuzluq, rüşvətxorluq, məmur özbaşınalığı, iqtisadi rəqabət mühitinin boğulması, dərəbəylik və hər şeyə Sarkisyan komandasının nəzarət etmək istəyindən qaynaqlanmasıdır.

Bu baxımdan, söyləmək olar ki, dialoq bəlkə də baş tutardı, amma... Amması isə odur ki, S.Sarkisyan iqtidarı öz xalqının qarşısında etiraf etməlidir ki, şərəfsizlik və ləyaqətsizlik, əxlaqsızlıq və mənəviyyatsızlıq, qanunsuzluq və despot siyasəti, Ermənistanı Rusiyanın forpostuna çevirməyə yönəlmiş siyasət və terrorizm amili onun siyasətidir və həmin siyasəti gizlətmək niyyətində də deyil. Lakin Sarksiyan bütün maniakal quldurlar (yəni manyak psixozların özlərini təmizə çıxarmaq cəhdləri) təki haqlı olduğunu, əzdiyi erməni vətəndaşlarını "xoşbəxt gələcəyə" aparmaq "arzusunu" bəyan edir. Burada onun faşist Almaniyasının reyxfüreri Adolf Hitlerin "Mayn Kampf" kitabından "dərs" aldığı şübhə doğurmur.

Sabiq prezident Levon Ter-Petrosyan olmaqla, digər erməni müxalifətinin adamları isə Sarkisyan iqtidarının ölkə iqtisadiyyatını hüquqsuz, anarxik bir feodal tövləyə çevirməkdə olduğunu adi vətəndaşlara anlada bilmirlər. Yəni faktı fakt kimi təqdim etməkdə çətinlik çəkirlər.

Vətəndaşlar iqtidarın yarıtmaz, prezidentin isə yaramaz olduğunu, onları ağır vəziyyətə saldıqlarını bilir, hiss edir. Amma quldur dəstəsinin hakimiyyətdən kənarlaşdırılmasından sonra Sarkisyanın bandasının yerinə kimlərin gələcəyi və ən başlıcası, o gələcək adamların indiki banditlərdən fərqlənəcəyini ermənilər dəqiq bilmirlər. Ermənilərin dəqiq bildiyi budur ki, indiki şəraitdə və mövcud siyasi fiqurlarla Ermənistandakı situasiyanın köklü şəkildə dəyişərək normallaşmasına ümid həddən ziyadə azdır. Daha doğrusu, yoxdur.

Levon Ter-Petrosyanın yaxın ətrafındakı insanların tam əksəriyyəti nomenklatur müxalifət, vaxtilə müxtəlif vəzifələrdə çalışmış sabiq məmurlar, yaxud diskreditasiya olunmuş populist siyasətçilər və ən yaxşı halda, valideynlərinin hesabına xaricdə oxuyaraq müxtəlif ölkələrin donor təşkilatlarından tam asılı olan insanlardır.


R.RƏSULOV


Digər xəbərlər