PDF Oxu

Araşdırma

  • 1 133

Bəzi Qərb telekanallarının anti-Azərbaycan qərəzi

Bəzi Qərb telekanallarının anti-Azərbaycan qərəzi

Azərbaycan "Eurovision" kimi möhtəşəm mahnı yarışmasına uğurla hazırlaşdığı bir zamanda bəzi Qərb telekanalları müəyyən sifarişlər hesabına öz çirkin və qərəzli fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Belə ki, bu yaxınlarda Fransanın "France 24" telekanalı da bu tərzdə veriliş hazırlayaraq, beynəlxalq ictimaiyyətin ölkəmiz haqqında yarandığı müsbət fikirlərinə kölgə salmaq niyyətini güdmüşdü.

Və məhz bundan sonra Almaniyanın "ARD" telekanalının da bu kimi böhtanlı veriliş hazırlaması bir çox məqamları üzə çıxarmış olur. Çünki burada da Leyla Yunusova kimi xəyanətkarın əməlləri özünü büruzə edir. Əbəs yerə deyil ki, bu adam ötən həftə Fransanın adıçəkilən telekanalına qərəz dolu müsahibə vermiş, həqiqətləri isə hər vəchlə gizlətmişdir. Ona görə də L.Yunusova ilə həmin kanalların birgə gizlin fəaliyyət göstərmələri də heç kimə sirr deyil. Yəni müəyyən sifarişlər əldə edildikdən sonra, əldə edilən valyutalar kanal və L.Yunusova arasında bölüşdürülür. Belə olmasa idi, hər halda həm telekanallar, həm də L.Yunusova bu deyilənlərin həqiqət olmadığını sübuta yetirməyə çalışardı. Amma fakt öz faktlığında qalmaqdadır.

Qeyd edək ki, Almaniyanın 1-ci telekanalı olan "ARD"nin Azərbaycanda "Eurovision" hazırlığı və bu kontekstdə guya ölkədə insan haqlarının vəziyyətindən bəhs edən reportaj yayımlaması bilavasitə qərəz, yalan və böhtan dolu informasiyalardan qaynaqlanır. Belə ki, qərəzli reportajın əvvəlində "Eurovision" qabağı Azərbaycandakı vəziyyət təsvir olunur: Bakı şəhərinin mərkəzində aparılan abadlıq-quruculuq işləri tamamilə başqa istiqamətə yönləndirilərək, bunun böhtan kampaniyası olduğunu təsdiq edir. Guya evlər uçurulur, əhalinin mülkiyyəti zorla əlindən alınır və polis etiraz mitinqi keçirən müxalifətçilərə qarşı hücum edir, jurnalistlər isə həbs olunur(?!) Bütün bu kimi rəzilliklərə gedən "ARD" telekanalı daha sonra üzünü "Sülh və Demokratiya institu"nun direktoru olan və bilavasitə ermənilərlə iş birliyi quran Leyla Yunusovaya tutur. Bununla da...


Leyla Yunusova-siyasiləşmiş "Baba Yaqa", yaxud erməniləşmiş ifritə


Bu yerdə Leyla Yunusovadan öncədən quraşdırılmış müsahibə verilir. L.Yunusova bütün ifritəliyini, rəzilliyini, bu ölkəni sevmədiyini, sonda ermənilərdən heç bir fərqi olmadığını müsahibə vasitəsilə dilə gətirir. Bu "Baba Yaqa"nın "istəyirəm biləsiniz ki, "Eurovision" müsabiqəsi Azərbaycanda yaşayan insanlara sevinc gətirmir. Bu müsabiqə özü ilə yeni faciələr gətirdi" kimi ifadələr işlətməsi, bütövlükdə, Azərbaycan ictimaiyyətinin ciddi və kəskin qınağı ilə müşahidə olunur. "Eurovision" kimi mötəbər bir yarışmaya qara don geyindirməyə cəhd edən L.Yunusova hətta aparılan quruculuq işlərinə siyasi don geyindirməyə çalışaraq, özünün necə siyasi fahişə olduğunu bir daha üzə çıxarır. Eləcə də, onun kimi digər siyasiləşmiş ünsürlər "ARD" telekanalına yalanlarla dolu informasiyalar verməklə, bütövlükdə, Azərbaycanda yaşama limitlərinin bitdiyini dilləri ilə etiraf edirlər. Belə olmasa idi xarici telekanallara müsahibələr verərkən, özlərini Yerevan şəhərinin erməni vətəndaşlarından fərqləndirərdilər.

"ARD" telekanalına gəldikdə isə, yaxşı olardı ki, kimlərdən sifariş aldıqlarını və həmin sifarişlər bahasına demokratik dəyərlərdən nə qədər uzaq olduqlarını dünya ictimaiyyətinə açıqlayardlar.


RÖVŞƏN

Digər xəbərlər