PDF Oxu

Araşdırma

  • 871

Fransanın ermənipərəst mövqeyi...

Fransanın ermənipərəst mövqeyi...

Fransanın "erməni soyqırımı"nı kriminallaşdıraraq, bununla bağlı Senat səviyyəsində qərar qəbul etməsi bütün Türk-islam dünyasında qəzəbə, nifrətə səbəb olub. İctimai etiraz birmənalı şəkildə ondan ibarətdir ki, Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmalıdır. Amma bu halda sual yaranır: bu məsələ reallaşarsa, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının uzanmasına gətirib çıxarmayacaq ki? Söhbət etdiyimiz millət vəkili Fəzail İbrahimli fərqli münasibət bildirdi. Millət vəkili həm də Soçidə prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziyalıların, elm adamlarının təmaslarının qurulmasına da münasibət bildirib, "Xalq Diplomatiyası" Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına səbəb olan deyil.

F.İbrahimlinin sözlərinə görə, "Xalq Diplomatiyası" heç vaxt hansısa bir problemi həll etməyib. Bu baxımdan, "Xalq Diplomatiyası" Dağlıq Qarabağ münaqişəsinin həll etməsinə səbəb olan deyil. Demək olar ki, ortalığa atılan "Xalq Diplomatiyası" bu münaqişənin bir qədər də yubatmaq üçün ayrı-ayrı dövlətlərə rəhbərlik edən siyasi liderlərin bir uydurmalarından irəli gəlir. Bir sözlə, "Xalq Diplomatiyası" yolu ilə Qarabağ problemi həll oluna bilməz.

Millət vəkili bildirdi ki, Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyində qalmasının heç bir əhəmiyyəti yoxdur. Əgər Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyində qalarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanacaq. Belə ədalətsiz bir dövlət bu problemi həll edə bilməz. Yaxud da ki, həll edərsə, bu, Azərbaycan tərəfinin xeyirinə olan deyil. Bu baxımdan, "Fransanın birdən-birə ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması bizə ziyan gətirər" fikiri tamamilə yanlışdır. Əgər Fransanın imkanı və gücü çatsaydı, Dağlıq Qarabağ münaqişəsini işğalçı ölkə olan Ermənistanın xeyrinə həll edərdi. Çünki Fransa dövləti hər zaman ermənipərəst mövqe sərgiləyir. Ona görə də, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı, Fransadan müsbətə doğru nəyi isə gözləmək inandırıcı görünmür.


GÜLYANƏ

Digər xəbərlər