PDF Oxu

Araşdırma

  • 765

Ermənistanla humanitar əlaqələrin qurulması...

Ermənistanla humanitar əlaqələrin qurulması...

Bu, yalnız işğal altında olan ərazilərimizin azad olunmasından sonra mümkün ola bilər

Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması üçün Rusiyanın vasitəçilik edəcəyini bəyan edib. Maraqlı görünən bu təklifə Azərbaycan cəmiyyətində münasibət heç də müsbət deyil. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyondan çox insanı ev eşiyindən didərgin salıb. Bu mənada Rusiyanın vasitəçilik səyinin nəticəsiz qalacağı şübhəsizdir.

Millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında işğalçı ölkə ilə işğala məruz qalan dövlət arasında bu cür humanitar əlaqələrin yaradılması qeyri- mümkündür. Bu tip əlaqələr yalnız işğal altında olan ərazilərimizin azad olunmasından sonra mümkün ola bilər: "Rusiya dövləti ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Eyni zamanda, Rusiyanın bölgədə çox böyük nüfuzu və təsir imkanları var. Yəni RF Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rola malikdir. Artıq 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu baxımdan, Rusiyanın Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulması üçün təşəbbüslə çıxış etməsi əsaslı deyil. Azərbaycan torpaqlarını işğal edən, millətinin qadın və qızlarını əsir götürən işğalçı bir ölkə ilə humanitar əlaqələr yarada bilmərik. Ona görə də, Rusiya tərəfindən Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı bu cür metodun seçilməsi müsbətə doğru heç bir nəticə verməyəcək. Çünki Ermənistan işğalçı bir ölkədir. Bu həqiqəti də bütün dünya ölkələri çox gözəl bilərək dərk edirlər. Onsuz da gec-tez Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Çünki işğal altında olan torpaqlar Azərbaycanın ayrılmaz bir hissəsidir".


GÜLYANƏ

Digər xəbərlər