Mənbələrin çoxunda Hindistandan Avropaya, oradan isə Yaxın Şərqə güzəran dalınca gələn, nəinki indiki Ermənistan, eyni zamanda, Qafqaz və Anadoluda aborigen xalq sayılmayan, soyu qaraçı tayfalarından olan ermənilər neçə yüz illərdir ki, yerli xalqlara qan-qada, kədər, fəlakət gətirməkdədirlər. Onların izi harada varsa, oradan həmişə münaqişə sorağı gəlir. Erməni xisləti, erməni təfəkkürü, erməni düşüncəsi və həyat tərzi bu millətin qaniçən, bəşəriyyətə, insanlığa düşmən olmasından xəbər verir. Öz dillərində "hay" adlandırılan ermənilər dominant xalqların, güclülərin əlində oyuncaq olduqlarından, sərbəst düşünməyə adət etmədiklərindən heç vaxt özlərinin dövlətini yarada bilməyiblər. Əvəzində, öz ağalarına xəyanət etdikləri üçün daim cəzalanıblar. "Azadlıq mübarizəsi" adı altında xəyanətkar üsyanlara başlayan ermənilər düşünüblər ki, bu mübarizədən nə isə qazanacaqlar. Tarixi gerçəklik budur ki, həm Anadoluda, həm də Cənubi Qafqazda erməniləri xəyanətə təhrik edən qüvvələr sonradan arxalarından çəkiliblər. Nəticədə, ermənilər əvvəllər məskunlaşdıqları yerlərindən də məhrum olublar.
Ötən əsrin əvvəllərində nə baş vermişdi?
Osmanlı İmperiyasının ərazilərində - Anadoluda uzun illər firavan yaşayan, hətta bəzi mənbələrdə ermənilərin qızıl çağı adlandırılan Osmanlı hakimiyyəti illərində "hay"ları xəyanətə sürükləyən hansı iddialar idi? Halbuki Osmanlı dövlətində erməni mənşəli 29 general, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul və konsul, 11 universitet müəllimi və 41 yüksək rütbəli məmur olub. Bu, elə bir faktdır ki, erməni katolikosu da təkzib edə bilməz. Belə olan təqdirdə, ermənilərin ayrıseçkiliyə məruz qaldığını söyləmək mümkün deyil.
Osmanlı dövləti (1299-1923) qeyri-türk, qeyri-müsəlmanlara hörmətlə yanaşan yeganə bir məmləkət olub. Əslində, ermənilər türklərin onlara bəslədikləri xoş və insani münasibətlər sayəsində dinclik, rahatlıq görüblər, maliyyə qaynaqlarını əllərində tutublar və ölkənin qaymaq təbəqəsi halına gəliblər. Buna bizim sübutumuz yalnız tarixi faktlar ola bilər. Osmanlı imperatoru Fateh Sultan Məhəmməd 1453-cü ildə Bizans imperiyasının varlığına son qoyandan sonra erməni patriarxı Hovakimi də İstanbula gətirir. Patriarx isə fürsəti fövtə verməyib, özü ilə 200 erməni ailəsini də oraya gətirir. Hovakimə 10 il əvvəl verdiyi sözünə sadiq qalan sultan Məhəmməd Fateh 1461-ci ildə Samatyadakı Sulu Monastırda erməni patriarxlığını qurdurur və onu da patriarx elan edir. Osmanlı sultanının hərtərəfli köməyi və himayəsi sayəsində İstanbulda böyük bir erməni koloniyası yaranır. Sultan erməni küçəsinin yaranmasına kömək edəndən sonra vaxtilə Bizans tərəfindən Krıma köçürülmüş 70 mindən artıq ermənini oradan xilas edərək gətirib İstanbulun cənubundakı Mərmərə dənizi sahilləri boyunca məskunlaşdırır.
XVII-XVIII yüzilliklərdən başlayaraq, Avropa dövlətləri Osmanlı imperatorluğu və Səfəvi dövlətinin, həmçinin, Şərqin digər islam dövlətlərinin torpaqlarını ələ keçirmək üçün fəal hücumçu siyasət yürütməyə başladılar. Müsəlman dövlətlərinin daxili işlərinə müdaxilə etmək üçün onlar bu bölgələrdə məskunlaşmış xristianların, xususilə də, daxildə pozuculuq və təxribatçılıq əməlləri törətmək üçün ermənilərin yardımına bel bağlayırdılar. Əslində, xristianlara yardım məsələsi onlar üçün bir bəhanə olmuşdu.
Osmanlı erməniləri imperiyanın süqutu dövründə hami deyə qəbul etdikləri Rusiya ermənilərindən çox yaxşı və xoşbəxt yaşayırdılar. Bunu erməni tarixçisi Vartanyan da təsdiq edərək, göstərirdi ki, "Türkiyə ermənisi rus ermənisinə görə erməni mədəniyyəti, dili, tarixi, ədəbiyyatı baxımından çox qüvvətli və sərbəst idi. Osmanlı ərazisini gəzib orada ermənilərin vəziyyəti ilə yaxından tanış olmuş Çar Sarayının müşaviri Qryaznov yazırdı ki, Osmanlı dövləti ərazisində "yaxşı torpaqları yalnız ermənilər becərirdilər, sənaye və ticarətlə məşğul olanlar da, ancaq onlar idi. Türkiyədə gəzib-dolaşdığım dörd ildə Rusiyanın şimaldakı rus kəndlərində camaata çoxdan bəlli olan yoxsulluğu mən Türkiyə ermənilərində görə bilmədim. Türkiyədəki erməni kəndlərinin çoxunda olan taxılın və mal-qaranı sayını-hesabını rus kəndliləri heç təsəvvürə gətirə bilməzlər..."
Osmanlı dövlətini tarixin arxivinə göndərmək üçün xristian dünyasının fəaliyyətə keçdiyi vaxtı XIX əsrin 60-cı illərinin əvvəllərindən hesablaya bilərik. Maraqlıdır ki, bu xəyanəti də rəsmi Londonun köməkliyi ilə ermənilər ediblər. Hazırlanmış proqram əsasında erməni təbliğatçıları Osmanlı hökuməti əleyhinə çıxışlar təşkil edirdilər. Sonralar bu çıxışlar yalnız hökumətə qarşı deyil, həm də dinc əhaliyə qarşı yönəldilməyə başlamışdı. 1862-ci ildə Vanda, sonra isə Zeytun şəhərində ermənilərin qiyamları təşkil edildi.
Erməni klerikal irticasının və amerikalı missionerlərin Türkiyədəki əməllərini ifşa edən M.Nalbandyan 1861-ci ildə yazırdı: "Erməni katolik ruhani pastoru Qasunyan çoxdan bəri vilayətlərdə ermənilərə fransız hökumətinin güclü himayəsini verməyi vəd edərək, qiyamlar təşkil edir, həmçinin, Amerika missionerləri də ciddi səylə fəaliyyət göstərirdilər".
Osmanlı dövlətinin daxilində sabitliyi pozmağa çalışan ermənilər həm zəhmətkeş türk əhalisinə, həm də türk məmurlarına qarşı düşmənçiliyi qızışdırır, bununla da çaxnaşmalar, qarşıdurmalar yaradaraq, son məqamda təqsiri türk əhalisinin üstünə yıxırdılar. 1862-ci ildə Zeytunda xarici qüvvələr tərəfindən qızışdırılan fanatik erməni millətçiləri müstəqil erməni dövləti qurmaq istədiklərini dünyaya bəyan edərək, osmanlı hakimiyyətinə qarşı qiyam qaldırdılar.
Bu dövrdə Trabzonda da erməni yaraqlıları qanlı toqquşmalar törətdilər. Rus səfiri Nelidov Trabzon hadisələrilə əlaqədar olaraq yazırdı: "Trabzonda her şey Vanın sabiq valisi Bəhriyə qarşı ermənilərin sui-qəsd cəhdindən başladı. Çox yerdə hücumların təşəbbüsçüsü ermənilərin özləri olmuşdur. Onlar demək olar hər yerdə, həmişə birinci olaraq hücuma keçirdilər".
Rusiya ordusunun baş qərargahının zabiti podpolkovnik Tomilovun 1904-cü ildə yazdığı bir hesabatda bu fikir təsdiq edilir: "Qırğınları erməni inqilabçıları təşkil edirlər. Onlar aranı qarışdırmaqla, hətta öz can qardaşlarının qanı bahasına xristianları üsyana təhrik edir və bu yolla Avropa dövlətlərinin diqqətini erməni məsələsinin həllinə yönəltmək istəyirdilər. Bu yolla muxtariyyət əldə etməyə can atırdılar".
XIX əsrin sonlarına doğru Türkiyədə törədilən qanlı hadisələrdə ermənilərin təqsirli olmasını dolayısı ilə erməni tarixçilərinin özləri də etiraf və təsdiq etməli olmuşlar. Çalxuşyan yazırdı ki, "Türkiyədən uydurma "erməni qırğınları" haqqında məlumatlar gələrkən Veliçko demişdi ki, "ermənilərə elə bu cür lazımdır!..."
Amerikalı müəllif Semyuelin yazdığına görə, "ermənilər Van, Bitlis, Qarahisar, Sivas, Kayseri və Diyarbəkr ərazilərinə silah gətirir və onları öz kilsə və məktəblərində gizləyirdilər. Bundan sonra əsasən Osmanlı ordusundan qaçmış fərarilərdən ibarət olan erməni başkəsənləri silahsız müsəlman kəndlilərinə hücum edərək, onları öldürməyə başladılar". Türkiyədə müsəlmanların soyqırımı bilavasitə erməni keşişlərinin rəhbərliyi altında həyata keçirilirdi. Hətta Daşnaksütyun partiyasının Van bölgə komitəsinin başçıları arasında Qafqazda və Qarabağda cinayətlər törədərək rus hakimiyyəti tərəfindən edama məhkum olunmuş İşxan və Aram adlı ermənilər də vardı.
... Osmanlı dövlətində səfərbərlik elan edilən kimi, daxilde hazırlıqlarını tamamlayan erməni komiteleri Qafqazdakı erməni könüllü alayları ilə birlikdə rus ordusunun öncül qüvvələri olaraq hərbi əməliyyatlara başladılar. Van və Muş ətrafındakı komitələr, antimüsəlman fəaliyyətlərilə tanınmış ərzurumlu Andranik (general), Muşlu Smbat, Vanlı Hamazasp və başqa erməni liderlərinin təşkil etdikləri üç-dörd yüz nəfərlik taburlarla rus ordusunun irəliləməsini asanlaşdırmaq və osmanlı ordusuna arxadan zərbə endirmək məqsədilə əməliyyatlara başlamışdılar. Hətta daşnaqlar onları müdafiə etməyən erməniləri də öldürürdülər. Amerikalı müəllif Semyuel yazırdı ki, "Osmanlı imperiyasında erməni müttəfiqlərinin davranışı bütün rus ordusuna hədsiz nifrət oyatmışdı. Erməni qoşunlarının hərəkət etdiyi bütün yerlərdə türk müsəlmanlarının soyqırımı edilməsi haqqında rusların minlərlə raportu vardır. Ermənilər öz genosidlərini soyuq başla və öz zabitlərinin razılığı ilə həyata keçirirdilər. Bəli! Bu genosid hadisələri geniş miqyasda baş verirdi. Bəli!"
Osmanlı hökuməti ən son çarə olaraq 1915-ci il mayın 27-də Tehcir (köçürmə) adlı qanun çıxarmağa vadar oldu. Bu qanun müvəqqəti idi və mövcud hərbi vəziyyətdən irəli gəlirdi. Orada Osmanlı dövlətinə qarşı casusluq və xəyanət edənlərin ayrı-ayrı və ya birlikdə döyüş bölgələrindən uzaq yerlərə göndərilməsi nəzərdə tutulmuşdu. Qərarda göstərilmişdi ki, köçürülən ermənilər əmlak və mal-qarasını da özləri ilə götürə bilərdilər. Maraq üçün dünya tarixində bu qəbildən olan təcrübələri xatırlamaq olar.
Soyqırımı baş veribmi?
Amerikalı alimlər C.Makkarti və K.Makkarti yazırdılar ki, "Soyqırımı baş veribmi? Osmanlıların fəaliyyətini izləyərkən, inanmaq çətindir ki, soyqırımı haqda əmr mövcud olmuşdur. Bəs nə üçün İstanbul və İzmirdə yaşayan on minlərlə erməni soyqırımına məruz qalmamışdır?" Müəlliflər daha sonra bu hadisələrə yekun vuraraq, qəti surətdə bildirirdilər ki, "Şərqi Anadoluda türk hökuməti tərəfindən təşkil olunmuş soyqırımı olmamışdır". Bu fikri dolayısı ilə erməni müəllifi Marqosyan da təsdiq etmişdir. O, XIX əsrin sonlarında osmanlı ermənilərinin vəziyyəti ilə əlaqədar öz tədqiqatında belə bir nəticəyə gəlmişdi ki, "erməni vilayəti deyilən o vilayətlərdə cəmi 800 min nəfərə yaxın erməni vardı". Buradan olduqca maraqlı bir nəticə çıxarmaq olar. Belə ki, ermənilərin uydurduqları soyqırımı dövrünədək, yəni 1915-ci ilədək ermənilərin sayı bu vilayətdə olsa-olsa 100 min nəfər arta bilərdi. Belə olan halda, ermənilərin 1,5 milyon nəfərin qırılması haqqında iddiaları puça çıxır.
Osmanlı hökumətinin erməni üsyanları ilə əlaqədar haqlı olaraq tədbir görmək məcburiyyətində qaldığını da erməni müəllifi A.Boryan belə qələmə almışdı: "Rusiya hərbi nazirliyinin əmrinə və planına görə Daşnaksütyun buna qərar verdi: Andranik (erməni könüllü dəstələrindən birinin başçısı) Vana yaxınlaşanda, buradakı Daşnaksütyun dəstələri dağlara çəkiləcəklər və üsyan edəcəklər. 1915-ci ilin aprel ayında üsyan proqramı həyata keçirilir.
Katolikos 10 min silahlı dəstənin döyüşə qoşulduğunu bildirdi. Bu şəkildə Daşnaksütyun partiyası istismarçı rus çarı, taxtı və vətəni önündə vəzifəsini yerinə yetirdiyini söyləyə bilmişdir".
Qeyd etmək lazımdır ki, həm erməni, həm də Qərb mənbələrinin bir çoxu ermənilərin canfəşanlıqla təbliğ etdikləri "erməni soyqırımı"nın tam bir əfsanə olduğunu və heç bir real zəminə söykənmədiyini etiraf edirlər. Vaşinqtondakı ingilis səfirliyinin, İngiltərənin Xarici İşlər Nazirliyinə göndərdiyi 1921-ci il 13 iyul tarixli məktubunda göstərilirdi ki, erməni "soyqırımı" ilə əlaqədar olaraq səfirliyin əməkdaşlarından biri ABŞ Xarici İşlər Nazirliyinin arxivində ciddi axtarışlar aparmışdı. Ona Amerika konsullarının Birinci Dünya müharibəsi illərində Ermənistanda baş vermiş hadisələrlə əlaqədar hazırladıqları hesabatlarına baxmağa icazə verilmişdi.
Baş vermiş qanlı olaylarda təqsirin tamamilə ermənilərin özlərində olmasını erməni və xarici müəlliflər də çəkinmədən təsdiq edirlər. Erməni müəllifi Ağayanın göstərdiyi kimi, vaxtilə Tiflisdə konsul olmuş alman diplomatı Şulenburq yazırdı ki, "ermənilər öz ədalətli cəzalarını aldılar".
Erməni-Osmanlı vətəndaş müharibəsinin nəticələrinə alman şərqşünası Erix Fayql isə belə qiymət vermişdir: "Bu, tarixin faktıdır! Saysız-hesabsız günahsız qurbanların, o cümlədən, həmin müharibədə həlak olmuş qadınların, uşaqların, qocaların qanı osmanlıların deyil, yalnız və yalnız öz həmvətənlərini əvvəlcədən uduzulmuş bu döyüşə sürükləyən erməni xalqının rəhbərlərinin boynundadır".
Qondarma soyqırımını qəbul etdirmək ermənilərin nəyinə lazımdır?
Ümumiyyətlə, ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir: "Soyqırım"ın dünyada tanınması; Türkiyənin "soyqırım"ı tanıması; Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi.
Türkiyəli mütəxəssislər hesab edirlər ki, dünya ölkələrinin "soyqırım" qərarlarını qəbul etməsində 5 amil rol oynayır: həmin ölkələrdəki erməni azlığının təsiri, Türkiyəyə düşmən münasibət, Türkiyəni Avropa Birliyində görməmək istəyi, özünün törətdiyi soyqırımına suç ortağı axtarmaq cəhdi və din.
Rəfiqə Kamalqızı
Yazı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yazı müsabiqəsinə təqdim etmək üçündür