PDF Oxu

Araşdırma

  • 891

Ermənistanda parlament seçkiləri ərəfəsində  radikal qalmaqallar

Ermənistanda parlament seçkiləri ərəfəsində radikal qalmaqallar

Son günlər Ermənistanda keçiriləcək parlament seçkiləri ətrafında cərəyan edən qalmaqallı hadisələrə biri də əlavə olunub. Belə ki, majoritar sistem üzrə namizədliyini irəli sürmüş parlament fraksiyasının "Vərəsələr" partiyasından olan üzvü Anait Baxşyan bəyan edib ki, hazırda iqtidar nümayəndələri tərəfindən seçicilərə rüşvət paylanılması faktları haqqında məlumatlara malikdir. Bu barədə o, Panorama.am saytına bildirib. A.Baxşyan əldə etdiyi faktlar barədə danışarkən bildirib ki, bir müddət öncə o, Yerevanın inzibati rayonlarının birində, daha dəqiq desək, Şenqavit rayonu ərazisində yerləşən Manandyan küçəsində Respublikaçılar partiyasından olan Arsen (Ayvaz ləqəbli) adlı birinin vətəndaşların hər birinə 8 min dram, eləcə də, Volodya adlı digər şəxsin "Çiçəklənən Ermənistan" partiyasına səs vermək üçün vətəndaşların hər birinə 13 min dram məbləğində pul payladığı haqda informasiyalar alıb.


Anait Baxşyan: "Qoy bundan sonra məndən heç kim inciməsin"

Qeyd edək ki, erəmin deputatı A.Baxşyan həmin ərazidə yenidən öz namizədliyini irəli sürüb. Onun digər məlumatına görə, Respublikaçılar partiyasının üzvləri Şenqavit rayonu ərazisində fəaliyyət göstərən orta məktəb müəllimlərinə təlimatlar veriblər ki, onlar öz şagirdlərinin valideyinləri ilə vaxtından əvvəl təbliğat kampaniyası aparsınlar. Eyni zamanda, həmin valideynlərin vətəndaşlıqlarını təsdiq edən pasport seriyalarının və telefonlarının da nömrələri həmin adamlar tərəfindən qeyd edilərək götürülüb. A.Baxşyan daha sonra deyib: " Bəyan edirəm ki, bu biabırçı informasiyaları mənə telefon vasitəsilə xəbər veriblər. Mən şəxsən həmin informasiyaları araşdıracağıma söz verirəm. Bununla yanaşı, mən KİV nümayəndələrini, müvafiq orqanları, daxili işlər orqanlarını, eləcə də, MSK-nı baş verənlərə etinasız qalmamağa çağırıram".

"Vərəsələr" partiyasının üzvü, deputat A.Baxşyan daha sonra əlavə edib ki, aktiv seçki dövrü başladığına görə özü şəxsən cinayət tərkibli hadisələrin açılması üçün ən radikal və barışmaz mövqe nümayiş etdirəcək: "Əgər bu kimi hadisələrdə kiminsə əli olduğunu, eləcə də, iştirak etdiyini görsəm, həmin adamı dərhal məhkəməyə verəcəyəm. Qoy bundan sonra məndən heç kim inciməsin".


David Akopyan: "İqtidarın əsas məqsədi hakimiyyəti xalqdan oğurlamaqdır"

Qeyd edək ki, Ermənistan parlamentinə keçiriləcək seçiklər öncəsi namizədlər və partiyalar arasında daha çox aqressiv mübarizə nəzərə çarpır. Ermənistanın Marksist Partiyasından olan digər namizəd David Akopyan isə bildirib ki, Ermənistan Respublikaçılar Partiyasının bütün namizədləri havayıyeyən xəyanətkarlardırlar: "Onların hər biri vətən xainləri və cinayətkarlardır".

D.Akopyan daha sonra bildirib ki, respublikaçılar bütün resusrslarını istifadə etsələr belə, 20 %- dən artıq səs toplaya bilməyəcəklər. Onların əsas məqsədləri hakimiyyəti xalqdan oğurlamaqdır.

Bir sözlə, əldə edilən faktlara müraciət edərkən söyləmək mümkündür ki, Ermənistanda post-seçkilər dövrü vəziyyət kritik hədd almaqla yanaşı, namizədlər arasında aparılan mübarizələr cinayət xarakterində müşahidə olunmaqdadır. Bu isə bir daha onu deməyə əsas verir ki, Ermənistanda mövcud hakimiyyət antidemokratik və erməni xalqının qəniminə çevrilmiş diktatura rejimidir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər