PDF Oxu

Araşdırma

  • 948

Serj Sarkisyan siyasi rəqiblərinə qarşı ordudan istifadə edəcək

Serj Sarkisyan siyasi rəqiblərinə qarşı ordudan istifadə edəcək

Ermənistanda parlament seçkiləri ərəfəsində prezidentə siyasi qarşıdurmalar zamanı ordudan istifadə etmək ixtiyarının verilməsi haqqında qanunun qəbul edilməsi təsadüfi xarakter daşımır. AzərTAc-ın məlumatına görə, bu sözləri politoloq Marianna Qriqoryan "Euroasia.net" saytında dərc etdirdiyi məqaləsində deyib. Qanunu hazırlayıb parlamentə verən iqtidar hər an vətəndaşların "istefa" tələbi ilə kütləvi aksiyalara çıxmasından qorxur. Ermənistandakı sosial-iqtisadi vəziyyətin ağırlığı seçki ərəfəsində müxalifət partiyalarının təbliğat işini asanlaşdırıb. Ona görə də parlament seçkilərində hakim partiyanın qalib gələcəyinə şübhə ilə yanaşan prezident Serj Sarkisyan tələsik bu qanunun qəbul edilməsinə nail oldu ki, seçkilərdən sonra saxtakarlığa etiraz edən xalqın kütləvi çıxışlarının qarşısını güc yolu ilə ala bilsin. Helsinki Vətəndaş Assambleyasının nümayəndəsi Atur Sakunts isə hesab edir ki, bu qanun ordunu siyasətə qatmaqdan başqa bir şey deyil. Prezident S.Sarkisyan qanunda yazıldığı kimi "dövləti təxribatlardan qorumaq" adı altında öz hakimiyyətini möhkəmləndirir və siyasi rəqiblərinin qorxudur. Əgər kütləvi aksiyalar baş versə, prezident aksiyanın qarşısını qəddarlıqla alaraq beynəlxalq aləmə qanun çərçivəsində hərəkət etdiyini bildirəcək. Qanunun qəbulunu zəruri edən amillərdən biri də ondan ibarətdir ki, 2008-ci ildə seçkiləri saxtalaşdırıb özünü prezident elan edən S.Sarkisyan xalqın müqaviməti ilə qarşılaşmalı olmuşdur. Onda da prezident seçkilərinin nəticəsinin saxtalaşdırılmasına etiraz edən xalqı silah gücünə meydanlardan dağıtdı, ölən və yaralananlar oldu. Həmin vaxt polisə kütləyə atəş açmaq əmri verilsə də, polis tərəddüd edirdi. Düzdür, atəş də açıldı, insanlar da qətlə yetirildi. Bunun kimlər tərəfindən edildiyi bu günə kimi məlum deyil.

Digər xəbərlər