PDF Oxu

Araşdırma

  • 872

Ermənistan dilənçi, ələbaxan ölkədir

Ermənistan dilənçi, ələbaxan ölkədir

Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi işğalçı ölkənin keçmiş prezidenti Ter-Petrosyan Serj Sarkisyanın hakimiyyəti dövründə 1 milyondan çox insanın Ermənistanı tərk edib getdiyini bildirib. Bu, onu deməyə əsas verirmi ki, Ermənistan uçuruma doğru gedir? İddia olunur ki, S.Sarkisyan dünyasını dəyişmiş ölülərdən daha çox dəstək umur. Yəni, onların səslərini öz adına yazmaqla parlament seçkilərində istifadə etməyə çalışır. Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli qeyd edərək bildirdi ki, Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətdə qalmaqdan ötrü dünyasını dəyişmiş ölülərdən və hətta özünün də öldürdükləri ölmüş insanların adından seçkilərdə qalib olmaq üçün bir vasitə kimi istifadə edib.

E.Mirzəbəylinin sözlərinə görə, işğalçı ölkə olan Ermənistan haqqında deyilən bütün fikirlər tamamilə reallığı əks etdirir. Çünki Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın özü heç də Serj Sarkisyadan geri qalmır. Bir sözlə, Ter-Petrosyan da işğalçı və cinayətkar bir şəxsdir. Görünür, hər iki cinayətkar bir-birinin etdikləri cinayətlər haqqında daha çox ətraflı məlumatlara malikdilər. Ona görə də, həm Ter-Petrosyan, həm də Serj Sarkisyan qarşılıqlı şəkildə ittihamlarla bir-birilərini açıq şəkildə ifşa edirlər. O cümlədən, Ermənistan adlanan forpost bir dövlətin necə idarə olunduğunu bir daha nümayiş etdirirlər. İşğalçı Ermənistanı tərk edən insanların sayı kifayət qədər çoxluq təşkil edir. Yəni, işğalçı ölkədə yaşayan əhalinin 98 faizi aclıq içərisindədir. Bildiyiniz kimi, Ermənistana rəhbərlik edən rəhbərlərin heç bir siyasi gücü yoxdur ki, onlar öz gücləri ilə ölkəsini idarə etsinlər. Demək olar ki, bu gün Ermənistan dilənçi bir ölkə kimi hansısa dövlətlərin əlinə baxır. Yəni işğalçı ölkənin keçmiş prezidenti olan Ter-Petrosyanın Ermənistan haqqında söylədikləri fikirlər yeni fikirlər deyil. Bir sözlə, Ermənistanda nələrin baş verdiyi hər kəsə bəllidir. Hər zaman Serj Sarkisyan hakimiyyətdə qalmaqdan ötrü dünyasını dəyişmiş ölülərdən və hətta özünün də öldürdükləri ölmüş insanların adından seçkilərdə qalib olmaq üçün bir vasitə kimi istifadə edib. Çünki Serj Sarkisyan bir çox cinayətlər törətmiş cinayətkardır. Bir sözlə, bu cinayətkar insanın nəzarəti altında olan hər hansı bir toplum, təbii ki, əziyyət çəkəcəkdir. Çünki cinayətkarlıq S.Sarkisyan rejiminin mahiyyətindədir.


GÜLYANƏ

Digər xəbərlər