PDF Oxu

Araşdırma

  • 994

Ermənistan seçiciləri seçkilərə “karusellə” gedəcək

Ermənistan seçiciləri seçkilərə “karusellə” gedəcək

Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, post-seçki dövrü ciddi maxinasiyalarla yanaşı, həm də erməni mətbuatının istehza obyektinə çevrilib. Belə ki, prosesləri davamlı şəkildə izləyən mətbuat bir çox neqativ halları üzə çıxarır. Eləcə də, namizədlər arasında olan intiriqal məsələləri aşkar edirlər. Bütün bunlar isə, bir daha sübut edir ki, ümumiyyətlə, Ermənistandakı parlament seçkiləri ölkədaxili vətəndaş müharibəsinə doğru istiqamət alır. Bu amil həm də iqtidarın xalqa və müxalifətə qarşı apardığı kirli kampaniyalarında da müşahidə edilir.


Panorama.am: "Ter-Petrosyan seçicilərinə mürəbbə

paylamadığına görə üzr istəyib"


Saytın yazdığına görə, Ermənistan Milli Komitəsinin lideri Levon Ter-Petrosyan Yexeqnadzorda öz seçiciləri qarşısında çıxış etdiyi zaman, onlardan üzr istəyib. Belə ki, o, hakim Respublikaçılar partiyasından olan namizədlərdən fərqli olaraq, seçicilərə mürəbbə paylamayacağını deyib: "Mən Yexeqnadzor əhalisindən üzr istəyirəm ki, Respublikaçılar partiyasından olan namizədlər kimi, hər kəsə rüşvət, yaxud da mürəbbə paylamıram".

L.T.Petrosyan bunu belə izah edib ki, həmin pullar və mürəbbələr xalqdan oğurlanmışdır və onları geri qaytarmağın özü xalqı ələ salmaqdan başqa bir şey deyil. EMK-nin lideri şəhər sakinlərini respublikaçılara səs verməməyə çağırıb: "Əgər onlara səs versəniz, Ermənistandan növbəti kütləvi köç edənlər məhz sizlər olacaqsınız".


"Yerkir": "Mübarizə günü yaxınlaşdıqca, onun kəskin xarakter alması daha

da reallaşır"


Qəzetin yazdığına görə, Ermənistan Xristian-Demokratik Partiyasının (EXDP) sədri, deputatlığa namizəd Xosrov Arutunyan mətbuata açıqlamasında bildirib ki, iqtidar namizədlərinin siyasi korrektələr etmələrinin zamanı çatıb: "Biz daha qəddar və daha barışmaz hallarla da qarşılaşa bilərik. Ona görə də bütün bunlara hazır olmalıyıq".

Qeyd edək ki, EXDP sədri iqtidar partiyası olan respublikaçıların proporsional siyahısında yer almasına, eləcə də, iqtidaryönlü olmasına baxmayaraq, daim onları öz hədəfinə alır.


"Qraparak": "Seçkilərdə "karusel" olacaq"


"Qeaparak" qəzetinin yazdığına görə isə, Ermənistan seçiciləri seçkilərə "karusellə" gedəcək. Adıçəkilən mətbuat bu üslubun məhz ölkənin keçmiş prezidenti Robert Köçəryan tərəfindən icad edildiyini yazır: "Məhz 6 mayda da həmin üslubun həyata keçiriləcəyi şübhəsizdir. Məlum olub ki, hakim iqtidar koalisiyası Yerevan sakinləri ilə görüşlər keçirərkən, onlara deyiblər ki, əgər hər hansı seçici səs verdiyi bülletenlə yenidən səsvermə kabinəsinə daxil olarsa və kabinədən təmiz blankla çıxarsa, həmin adamlara yaxşı pul mükafatları veriləcək".


"Joxovurd": "Bir mənzildən 119 seçici!"


Digər erməni qəzeti, "Joxovurd"un yazdığına görə, Yerevanın Şenqavit rayonunun 11-ci seçki dairəsinin ərazisində yerləşən Arşakunyats 286 ünvanında bir mənzildə 119 adamın "yaşadığı" müəyyən edilib: "Digər mənzildə isə daha 52 nəfərin qeydiyyatda olduğu üzə çıxıb. Şəhərin Qaregin Njde 35 ünvanında da bu kimi hala rast gəlinib. Mənzillərin birinə Cavax rayonunun Nardevan kəndinin 101 nəfər sakini qeydiyyata alınıb". "Məlum olub ki, Respublikaçılar partiyası həmin adamları qısa müddət ərzində həmin ünvanlara qeydiyyata aldırıblar. Onlar mayın 6-da hakim partiyadan olan namizədlərə səs verəcəklər" deyə erməni qəzeti yazır.


Qismət ZƏNGİBASARLI

P.S. Nəticədə, bir daha məlum olur ki, onsuz da xalqı əzaba düçar etmiş Sarkisyan hakimiyyəti bu seçkiilərin qeyri-demokratik, daha dəqiq desək, mağara seçkisi kimi keçirəcəyini daha öncələrdən müəyyənləşdirib. Nəticələrin necə olacağını, Ermənistanda yaxın ərəfələrdə hansı hadisələrin baş verəcəyini isə məhz erməni mətbuatının yazdıqlarından da öyrənmək mümkündür.

Digər xəbərlər