PDF Oxu

Araşdırma

  • 732

Ermənilərin daha bir təxribat planları ifşa olundu

Ermənilərin daha bir təxribat planları ifşa olundu

Ermənistan daim Azərbaycanın əldə etdiyi uğurlarına, siyasi-iqtisadi, diplomatiya, eləcə də, mədəniyyət sahəsindəki nailiyyətlərinə qarşı öz məkrli planlarını realizə etməyə cəhdlər göstərib.

Əslində, bu kimi məkrlərin, hiylələrin fonunda düşmən dövlətin acizliyi, gücsüzlüyü özünü daha çox büruzə versə də, sözügedən cəhdərin arxasında daha hansı məqamların dayanması istər-istəməz maraq doğurur. Çünki hər bir sferada Ermənistanın Azərbaycandan geri qalması faktı artıq bir mövcudluq kimi ortadadır və həmin mövcudluğa qarşı vətəndaş kimi hər birimizin diqqətli olması zərurətdən doğan amil kimi dəyərləndirilməlidir.


Xaricdə yaşayan ermənilər KİV

təmsilçiləri kimi ölkəmizə emissar kimi gəlməyi planlaşdırırlar


"Eurovision" kimi böyük bir mədəniyyət hadisəsi çərçivəsində Azərbaycanda ən yüksək səviyyədə qonaqların, xarici turistlərin təhlükəsizliyinə müvafiq oarqanlar tərəfindən ciddi tədbirlər görülməkdədir. Lakin həmin qonaqlar arasında xaricdə yaşayan ermənilərin də ölkəmizə KİV, yaxud da hər hansı təşkilat namayəndəsi adı altında və emissar qismində səfər edəcəkləri şübhəsizdir. Burada onların hansı əməllərə rəvac cəhdlərini təxmin etmək mümkündür. Yəni onlar həmin KİV-lərin təmsilçilər kimi Azərbaycana gəlmək, müsabiqə müddətində burada olmaq və qayıtdıqdan sonra isə dünya mediasında ölkəmiz əleyhinə qeyri-obyektiv, yalan, böhtan xarakterli məlumatlar yaymaq niyyətindədirlər. Bu baxımdan, Ermənistan "Eurovision" Mahnı Müsabiqəsi öncəsi Azərbaycana qarşı hər hansı təxribat meyilli planlarını hazırlayır desək, yanılmarıq. Artıq o da sirr deyil ki, müxtəlif ölkələrdə yaşayan yüzlərlə erməni jurnalisti müsabiqəyə qatılmaq üçünan müxtəlif KİV-lərin adından qeydiyyatdan keçirlər. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan və media orqanlarında çalışan erməni jurnalistlər, həm də jurnalist olmayan erməni emissarlar var. Ermənilər həmin KİV-lərin təmsilçilər kimi Azərbaycana gəlmək, müsabiqə müddətində burada olmaq və qayıtdıqdan sonra isə dünya mediasında ölkəmiz əleyhinə qeyri-obyektiv, yalan, böhtan və qərəzli məlumatlar yaymaq niyyətindədirlər. Əldə etdiyimiz informasiyalara görə, artıq sözügedən məqsədlə bir qrup erməni qeydiyyatdan keçib. Bu ilk baxışda sadə və qeyri-adi görünməyə bilər. Çünki beynəlxalq bir yarışmada hər bir kəsin iştirak hüququ var və şərtlərə görə iştirakçıların təhlükəsizliyini Azərbaycan dövləti öz üzərinə ən yüksək səviyyədə götürdüyünü bəyan edib və buna heç kimin şübhəsi olmamalıdır.


Bu kimi hallar Azərbaycanın deyil, məhz ermənilərin "imicini" sarsıtmış zərbə kimi anlaşılır


Burada digər diqqətçəkici nüanslar da var. Bu, ilk növbədə, Azərbaycanın Ermənistanla müharibə şəraitində olması və ermənilərin cəbhədə daim gərginlik yaratmaq istəkləri ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan və Ermənistanın, hətta rəsmi şəxslərinin iştirak etdiyi tədbirlərdə belə ermənilər tərəfindən təxribat meyilli mübahisələr yaradılır. Ola bilsin ki, ermənilər məhz Bakıda müxtəlif yollarla iştirak etmək və qarışıqlıq yaratmaq cəhdləri ilə həm də Azərbaycanın imicinə zərbə vurmaq niyyəti güdürlər. Onlar həm qarışıqlıq yaratmaq, həm də qayıtdıqdan sonra ölkənin əleyhinə şər-böhtan kampaniyaları aparmaq niyyətindədirlər.

Lakin onu da bildirək ki, Azərbaycan Ermənistanın müsabiqədə iştirak edəcəyi halda, qarşı tərəfin təhlükəsizliyinə tam təminat vermişdi. Ancaq erməni müğənnilər Bakıda təşkil olunacaq "Eurovision"da iştirak etməyəcəklərinə dair birgə bəyanata vermişdilər. Bütün bunları nəzərə alaraq, söyləmək mümkündür ki, onsuz da Azərbaycan dövlətinin qarşısında aciz və gücsüz olan ermənilərin arzuları hər zamankı kimi reallaşmamış qalacaqdır. Bu kimi cəhdlərin qarşısı isə, ilk növbədə, güclü dövlətimiz və onunla vəhdət şəkildə birləşmiş xalqımız tərəfindən qətiyyətlə alınacaqdır. Eləcə də, vurğulamaq lazımdır ki, əslində, Azərbaycanın qazandığı hər bir uğur, hər bir nailiyyət ermənilərin imiclərinə vurulmuş qətiyyətli və sarsıdıcı zərbədir. Çünki ən adi insan belə ermənilərin "imicinin" nədən ibarət olduğunu çox gözəl bilir.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər