PDF Oxu

Araşdırma

  • 993

İranın qərəzli siyasəti xalqın hiddətini daha da artırır

İranın qərəzli siyasəti xalqın hiddətini daha da artırır

İran hakimiyyətinin ölkəmiz əleyhinə apardığı aqressiya meyilli, mürtəce və qərzli siyasət islam respublikası üçün mənfi nəticələrini göstərməkdədir. Panfarsist rejiminin Azərbaycan əleyhinə apardığı əks-təbliğatın orada yaşayan soydaşlarımız tərəfindən etiraz doğuracağı ilə bağlı proqnozlar öncədən də verilmişdi. Belə ki, İran tərəfi son vaxtlar tamamilə öz siyasi baryerini aşmışdı, bu dövlətin rəsmi şəxsləri tərəfindən Azərbaycan dövlətinə hədə gəlinməkdən, respublikanı xaosla təhdid etməkdən belə çəkinmirdilər. İranın nüfuzlu müctəhidləri Azərbaycanda keçirilən "Eurovision" Mahnı Müsabiqəsini lənətləyir, planlaşdırılmayan və keçirilməsi gözlənilməyən "gey-parad"ı qınayır, bunun "müsəlmançılığa" zidd olduğunu bildirirlər.


İran irtica siyasətinə son qoyulmalıdır


Dəfələrlə Azərbaycan rəhbərliyi səviyyəsində məsələyə rəsmi, yaxuda da qeyri-rəsmi aydınlıq gətirilsə də, gey-paradın olmadığını desə də, İran tərəfi bu məsələdən əl çəkmək niyyətində deyil. Artıq 3 həftədir ki, İranda hər cümə namazından sonra Azərbaycan əleyhinə təşkil olunmuş aksiyalar keçirilir. Buna cəmi 2 dəfə cavab verilib. Bakıdakı İran səfirliyinin qarşısında İranın Ermənistanla dostluq və qardaşlıq, eyni zamanda, orada yaşayan soydaşlarımıza qarşı yönəlmiş irtica siyasətinə etiraz olaraq, aksiyalar keçirilib. Bunu bəhanə edən İran iki dövlət arasında münasibətləri gərginləşdirmək qərarına gəlib. İran tərəfi Bakıdakı səfirini Tehrana çağırıb. Amma bəllidir ki, İran tərəfinin əl-qol açması reallaşmayacaq.


İranda "Yaşasın Azərbaycan" şüarları


Buna orada yaşayan 40 milyonluq azərbaycanlı faktoru mane olur. Qeyd edək ki, artıq bir neçə gündür ki, İranın iri şəhərlərində etiraz aksiyalarına başlanılıb. Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiya gölünün müdafiəsi tələbilə kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları bu gölə gələn çayların qarşısındakı bəndlərin aradan qaldırılmasını və gölün qurumaqdan xilas olunmasını tələb ediblər. Aksiyada "Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir" "Yaşasın Azərbaycan", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" və panfarsist hökumət əleyhinə başqa şüarlar səsləndiriblər.

Urmiyanın Əsgərabad məhəlləsində və "Sərdaran" adlı dördyolda polis dəstələri ilə nümayişçilər arasında qarşıdurmalar yaranıb. Polislər motosikletlərini aksiya iştirakçılarının üstünə sürərək, rezin dəyənəklərlə hücum ediblər. Təbrizdə və Urmiyada polis plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə edib. İlkin məlumatlara görə, beş saat davam edən aksiyalarda yüzdən çox nümayişçi həbs olunub, yaralananlar da var. Xoy, Marağa, Miyana və başqa bir neçə şəhərdə aksiya keçirməyə cəhdlər olsa da, polisin qabaqlayıcı tədbirləri nəticəsində, bu, baş tutmayıb. Polis 2-3 nəfərin bir yerə yığışdığını görən kimi həbs edib. Bir neçə gündür ki, İranın Azərbaycan əyalətlərinin iri şəhərlərində internet kəsilib. Siyasi müşahidəçilərin fikrincə, azərbaycanlılar yaşayan şəhərlərin ayağa qalxmasının əsil səbəbi İranın islam dünyasında yeritdiyi parçalanma siyasəti, Azərbaycan Respuiblikasına qarşı apardığı qərəzli siyasətdir. Onlar Azərbaycanda İran rəsmi təbliğatının irəli sürdüyü iddiaların yalan olduğunu görürlər.


Qum mollasının sözü burada keçməz


Onlara aydın olur ki, Azərbaycan heç də, Qum mollalarının iddia etdiyi kimi, sionist rejim deyil, Azərbaycanda müsəlmanların hüquqları pozulmur, hər bir müsəlman, xristian, yəhudi dini ayinlərini sərbəst şəkildə icra edir. Sadəcə, Azərbaycan İran kimi orta əsr cəngəlliklərinə sürüklənmir. Burada dünyəvi təhsil var, qadınlar azaddır, cinayət törətmiş insanlara orta əsr qaydaları ilə cəza kəsmirlər. Canilərin əlləri kəsilmir, zina etmiş qadınlar daş-qalaq edilmir. İranın hakim molla rejimi İranın qulağının dibində bu cür modern müsəlman dövləti görmək istəmirlər. Ona görə də Azərbaycanı qaralayırlar, istəyirlər ki, İran vətəndaşlarında, özəlliklə azərbaycanlılarda Azərbaycana mənfi münasibət formalaşsın. Amma deyəsən, İranın siyasəti əksinə - İranın özünə qarşı çevrilib.


İran tərəfi iki azərbaycanlı şairi həbs etdiyini təsdiqləmir

İran həm də insan haqlarının pozulduğu ölkə kimi liderliyini qoruyub saxlamaqdadır. Belə ki, artıq bir neçə müddətdir ki, həmin ölkəyə şairlər müsabiqəsinə gedən vətəndaşlarımız müəmmalı şəraitdə yoxa çıxıblar.İran tərəfi isə bilərəkdən bu ölkədə saxlanılan iki azərbaycanlı şairin nəinki Azərbaycana qaytarılması, eləcə də, həmin şəxslərin həbsi barədə heç bir təsdiqləyici məlumat vermir. Hətta sözügedən ölkənin müvafiq dövlət qurumları da bu məsələdə, atılan addımlarda bir-birlərindən xəbərsizdirlər. Tehrandakı səfirliyimiz, eyni zamanda, Baş Konsulluğumuz gündə bir neçə dəfə bu istiqamətdə müxtəlif görüşlər keçirib. Bu məsələ ilə bağlı bütün instansiyalara məlumat verilib, rəsmi məktublar göndərilib. Bu da, onu göstərir ki, həmin şəxslərin həbsi ilə bağlı hər hansı təsdiqləyici məlumatı verə biləcək instansiya yoxdur. Bu amil də İranın "siyasi baxışlarının" bariz nümunəsi, yaxud da panfarsizm siyasətinin irticası kimi qiymətləndirilir.


QİSMƏT ZƏNGİBASARLI

Digər xəbərlər