PDF Oxu

Araşdırma

  • 1 310

Avropalılarla dağıdıcı müxalifət arasında nə üçün fikir ayrılığı yaranıb?

Avropalılarla dağıdıcı müxalifət arasında nə üçün fikir ayrılığı yaranıb?

Xəbər verdiyimiz kimi, Bakıda səfərdə olan AŞPA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-də siyasi partiya təmsilçiləri ilə görüşüblər. Görüşdə AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, Leyla Yunusova və digərləri iştirak edib.

Görüşdə radikal müxalifət israrla avropalıları Azərbaycanı tənqid etməyə çağırsalar da, onlar bundan imtina ediblər. Hətta dağıdıcı müxalifətin başçıları Əli Kərimov və İsa Qəmbərov həmməruzəçiləri şantaj etməyə çalışsalar da, onların bu ümidi puça çıxıb. Çünki radikalların son zamanlar atdığı addımların bir qrup şəxsin maraqlarına xidmət etdiyindən avropalılar dağıdıcılara dəstək verməkdən imtina etdiklərini söyləyiblər. Bunun isə səbəbləri dərin köklərə malikdir.


Əli Kərimovun, Leyla Yunusovanın və İsa Qəmbərovun şəxsi maraqları insan hüquqlarından əvvəldir


Müstəqil Azərbaycanın son 10 ili ərzində Əli Kərimov və İsa Qəmbərov əməlləri timsalında dövlətimizin hansı səviyyələrdə xəyanətə uğradığını hər bir azərbaycanlı müşahidə edib. Özlərini insanların hüquqlarının müdafiəçisi kimi qələmə verən dağıdıcı müxalifət hər seçki ərəfəsində müxtəlif anti-Azərbaycan dairələrin dəstəyilə qarşıdurmalara yol açıb. Dövlət proqramları çərçivəsində görülmüş işlər radikalların dağıdıcı əməlləri sayəsində pozulurdu, şəhərdə böyük dağıntılar olurdu. 2003-cü ildə məhz Əli Kərimovun və İsa Qəmbərovun göstərişilə bir qrup reneqat Bakı şəhərində talanlar törədirdilər. Bütün bunlar xarici qərəzli dairələrdən göstəriş almış radikal müxalifətin başçılarının səyi nəticəsində baş verirdi.

Əlbəttə ki, ölkə daxilində ciddi qarşıdurmalar formalaşdırmağa cəhd edən radikallar bu əməllərini ötən il də və 2012-ci ildə də davam etdiriblər. Xarici qərəzli dairələrin mətbuat orqanlarına müsahibə verməklə, Azərbaycana qarşı ermənipərəst mövqe sərgiləməklə, insanların sosial narazılığa cəlb etməklə Əli Kərimov və İsa Qəmbərov açıq şəkildə göstəriblər ki, onlar üçün insan hüquqları deyil, məhz şəxsi maraqları əhəmiyyət kəsb edir. Əgər belə olsaydı, birincisi, Əli Kərimov və İsa Qəmbərov daxili auditoriyaya müraciət edərək, siyasi hakimiyyət uğrunda mübarizədə xalqdan dəstək istəyərdi, ikincisi, dünya miqyasında tanınmaq üçün legitimlik uğrunda yarışardı. Lakin xarici dairələrin direktivləri əsasında yalnız sosiumda qarşıdurma yaratmağı qarşısına məqsəd qoyan radikallar, birincisi, şəxsi maraqlarını təmin etməyə, ikincisi, hakimiyyəti silahlı və ya böyük vətəndaş müharibəsi nəticəsində ələ keçirməyə cəhd edir. Hətta Əli Kərimov, Leyla Yunusova və İsa Qəmbərovun qrant layihələri üstündə açıq savaşa girmələri də bir daha isbatlayır ki, bu cür ideya və əməllə radikallar yalnız korporativ mənafeləri üçün çalışırlar.

Bu səbəbdən də, nə avropalılar, nə də ki, amerikalılar artıq radikallara dəstək olmur, onlara etibar etmir.


Müstəqil QHT-lər radikalları kölgəyə itələyir


ABŞ-dan və Avropadan gələn bir sıra rəsmi qonaqlar son zamanlar daha çox vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları sahəsində daha möhkəm münasibətlərin qurulması üçün Əli Kərimovun və İsa Qəmbərovun təsiri altında olmayan QHT-lərlə görüşməyə və əməkdaşlıq etməyə üstünlük verməsi müşahidə olunur. Bu da təbii bir prosesdir. Çünki vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində, dövlətin görə bilmədiyi sosial problemləri hakimiyyət institutlarının diqqətinə çatdırılmasında və insan hüquqlarının qorunması sahəsində əhəmiyyətli addımların atılmasında QHT-lərin rolu danılmazdır. Bu cür QHT-lər siyasi partiyalardan fərqli olaraq, sosial problemlərdən siyasi məqsədlər üçün istifadə etmir, əksinə, onların həllinə çalışır. Digər tərəfdən isə, bu cür QHT-lərin hazırladıqları hesabatlar reallığı əks etdirir və dövlətə problemlərlə bağlı düzgün diaqnoz verir, institutlar isə məqsədyönlü həll proqramları işləyirlər.

Lakin Əli Kərimov və İsa Qəmbərovun təsiri altında olan QHT-lərlə həcmi 100 minlərlə ölçülən qrantları yalnız siyasi məqsədlər və şəxsi maraqlar üçün istifadə edirlər. Bunun artıq nə qrant verən tərəfə, nə də Azərbaycan cəmiyyətinə təsiri və ya xeyiri olmadığından, Əli Kərimov və İsa Qəmbərovun maliyyələşdirilməsindən imtina edilir. Üstünlük isə, daha çox müstəqil QHT-lərə verilir. Beləliklə də, radikallar kölgədə qalaraq, maliyyə mənbələrindən bir-bir məhrum olurlar.


ABŞ-dan və Avropadan Əli Kərimov və İsa Qəmbərova sarsıdıcı zərbə


Söylənilən tendensiyanın əyani sübutu isə ABŞ-ın dövlət katibi Hillari Klintonun və AŞPA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana səfəri zamanı baş verənlərdir.

ABŞ-ın dövlət katibi Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşdüyü halda, Azərbaycanda bu addımı atmadı. Eləcə də, AŞPA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt dağıdıcı müxalifətin "sifarişlərini" nəzərə almayaraq, radikallara "yaxşı yol" dedilər. Bütün bunlar isə, ona görə baş verir ki, Əli Kərimov və İsa Qəmbərov ancaq şəxsi maraqları üçün çalışırlar. Amma baş vermiş hadisələrlə radikallara yerləri göstərildi və onlara isbat olundu ki, dağıdıcılar nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da ciddi fiqur kimi qəbul edilmir.

Bununla artıq aydın olur ki, nə üçün avropalılarla dağıdıcı müxalifət arasında fikir ayrılığı yaranıb və radikalların hakimiyyətə qarşı təzyiqlər edilməsi təklifi rədd edilib.


"Səs" Analitik Qrupu

Digər xəbərlər