Eradan əvvəl IV əsrdə romalı filosof Seneka vurğulamışdı: "Hüquq bərabərliyi hamının ondan istifadə etməsində deyil, onun hər kəsə təqdim edilməsindədir". XXI əsrin əvvəllərində italyan sosioloq Danilo Zolo yazır: "Qərbdə demokratiya böhran keçirir. Demokratik təsisatlar çökür".2400 il müddətində Qərbdə insan haqları haqqında anlayışın başa düşülməsində elə bir irəliləyiş olmayıb. Qərbin rəsmi qurumları, insan haqları ilə bağlı təşkilatları insan haqlarının eyni meyarlarla hər kəsə tətbiq edilməli olduğunu anlamayıblar. Bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən sənədlər qəbul edir, bəyanatlar verirlər.Bu yaxınlarda Avropa Parlamenti və ABŞ-ın Dövlət Departamenti insan haqları ilə bağlı növbəti absurd sənədlər tərtib etdilər. Avroparlament 754 deputatdan cəmi 56-sının iştirak etdiyi təcili iclasında 49 səslə Azərbaycanda insan haqlarının pozulmasına aid sənəd qəbul edib. Cəmi bir ay əvvəl isə Bakıda "Avronest" Parlament Assambleyasının iclasında insan haqları və söz azadlığı ilə bağlı müzakirələr aparılmışdı. Bir ay içərisində Avropada insan haqları ilə bağlı hansı yeni "demokratik" meyar qəbul edilib? Ümumiyyətlə, Qərb niyə və hara tələsir?Qərbin özündə insan haqlarının vəziyyəti o qədər də ürəkaçan deyil. Avropada müsəlmanlara qarşı qanun pozuntularının kütləvi hal aldığı, antiislam təbliğatı aparan təşkilatların yağışdan sonra göbələk kimi çoxaldığı faktdır. Breyvik həmin təşkilatlarda terrorçu kimi yetişib. Almaniya, Danimarka, Belçika və Fransada müsəlmanlara qarşı demək olar ki, hər gün qanunsuzluqlar edilir. Quantanamoda hələ də 171 adam terrorçularla əlaqədə şübhəli şəxslər kimi saxlanırlar. Artıq neçə illərdir ki, onların cinayətini sübut edə bilən dəlillər tapa bilmirlər, lakin onları azadlığa da çıxarmırlar. Səbəb birdir: onlar müsəlman olduqları üçün hüquqları pozula bilər!ABŞ insan haqları ilə bağlı doqquz əsas sazişdən yalnız üçündə iştirak edir. İrqi ayrı-seçkilik, ksenofobiya, həbsxanaların dolu olması, ruhi xəstələrin edam edilməsi Amerika ictimai-siyasi sistemi üçün xarakterik hallardır. Amerikanlar hələ də qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqındakı konvensiyanı və BMT-nin uşaqlar haqqındakı konvensiyasını ratifikasiya etməyiblər. BMT-nin Baş katibi Pan Gi Munun Respublika Günü ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı məktubda deyilir: "Azərbaycanın bəşəriyyət üçün daha ədalətli, stabil və çiçəklənən dünya axtarışlarına yardımı, sədaqəti və liderliyi əvəzsizdir".Hüquq müdafiəçiləri bildirirlər ki, B.Obamanın hakimiyyətə gəlişi ilə xüsusi xidmət orqanlarının "daxildə düşmən axtarışları" səngiməyib. 2011-ci ilin noyabrında "Uoll striti zəbt et" aksiyasını işıqlandıran jurnalistləri ABŞ polisi həbs etdi. Azərbaycanda icazəsiz aksiya keçirənləri isə həbs etmədilər. Bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi müddətdə kütləvi aksiyaların təşkili qadağandır. Məsələn, NATO-nun Çikaqo sammiti keçiriləndə antiqlobalistlərin aksiyasının qarşısını aldılar. Bu hadisə niyə Dövlət Departamentinin və AŞ PA-nın insan haqları ilə bağlı hesabatına düşmədi? Ona görə ki, o, Qərbdə baş vermişdi."İraqda öldürülənlərin hesablanması" (Iraq Body Count) layihəsinin verdiyi məlumata görə, 2011-ci ilin avqustuna qədər İraq müharibəsində 111,6 min insan həlak olub. Bəs Əfqanıstan? Dağlıq Qarabağda erməni terrorçularının qətlə yetirdiyi insanlar? Əcəba, Xocalıda süngüyə keçirilən uşaqların haqlarını hansı Qərb təşkilatı qoruyur?BMT-nin üç dəfə dalbadal hesabatlarında ABŞ hüquq-mühafizə orqanlarının irqi ayrı-seçkiliyə getdikcə daha çox yol verdiyi bildirilir. Media ABŞ polisinin qaradərililərə, Latın Amerikasından olanlara qarşı etdiyi kobud hərəkətlər haqqında tez-tez məlumat verir. Azərbaycan isə dalbadal mədəniyyətlərarası əlaqələr, humanitar əməkdaşlıq, dinlərarası əlaqələrlə bağlı beynəlxalq tədbirlər keçirir. Bakıya gələn xaricilər Azərbaycanın tolerantlıqda nümunəvi ölkə olduğunu açıq deyirlər. İllərdir ki, Qərbin müxtəlif təşkilatlarının nümayəndələri Azərbaycanın hər guşəsində milli azlıqların həyat səviyyəsini yoxlayırlar. Bizim vətəndaşlar hər dəfə problemlərinin olmadığını deyirlər, ancaq avropalılar yenə əl çəkmirlər. İndi də Bakının küçələrində ayağı sürüşüb yıxılmış adam axtarırlar ki, Azərbaycana şər atmağa "arqumentləri" olsun.Hüquq müdafiəçilərinin hesabatlarında Avropa dövlətlərində qaraçıların, miqrantların və qaçqınların hüquqlarının pozulduğu həmişə qeyd olunur. Avropada irqçiliyin və dini dözümsüzlüyün getdikcə artdığı vurğulanır. XXI əsrdə Avropa ölkələrindən qaraçılar Bolqarıstan və Rumıniyaya deportasiya olunurlar. 2009-cu ildə Fransadan 10 min, Almaniyadan 100 nəfər deportasiya olunub. 2010-cu ildən Fransadan 8 min, İtaliyadan 100, İsveçdən 50 nəfər deportasiya edilib.
Etnik əlamətə görə ayrı-seçkilik Avropa İttifaqı ölkələrinin hər birində müşahidə edilir. Aİ-nin əsas insan haqları üzrə agentliyinin 2009-cu il hesabatına görə, İtaliyada afrikalıların 30%-i, Portuqaliyada braziliyalıların 24%-i, Danimarkada türklərin 22%-i irqi ayrı-seçkiliyə məruz qalıblar.Bu siyahının sonu yoxdur. İnsan haqlarını bu dərəcədə pozanların Azərbaycanı günahlandırmalarının da sonu görünmür. Aydındır, bir növ başqasında nöqsan axtarmağa öyrəncəlidirlər. Azərbaycan daha çox inkişaf etdikcə Qərbin qısqanclığı da çoxalır. Görünür, bir müsəlman ölkəsinin nümunəvi dövlət və cəmiyyət yaratması arzu edilən deyil. Yunan Pindar eradan əvvəl VI əsrdə dərk etmişdi ki, "dövlətin sarsılmaz əsası ədalətdir". Qərb indi böyük ədalətsizlik nümayiş etdirir. Ədalətsizliyin olduğu yerdə mənəvi və hüquqi cinayətlər baş verir. Tit Livinin dəqiq deyimi var: "heç bir cinayətin qanuni əsası ola bilməz". Bunu Vaşinqtonda, Parisdə, Berlində, Brüsseldə hələ də dərk etmək istəmirlər.
Newtimes.az