PDF Oxu

Araşdırma

  • 1 293

BBC özü-özünü nokaut zərbəsinə məruz qoydu

Telekanalın laxlayan nüfuzu silinmək üzrədir

BBC özü-özünü nokaut zərbəsinə məruz qoydu

Son günlər idman ictimaiyyətində ən çox diqqət cəlb edən hadisələrindən biri də BBC-nin Azərbaycanın da adının hallandığı "boks qalmaqlı" ilə bağlı yaydığı qərəzli və özündə heç bir həqiqəti əks etdirməyən məlumatlardır. Lakin əldə etdiyimiz informasiyalara görə, bu media qurumu yalnız Azərbaycana deyil, eləcə də, beynəlxalq boks təşkilatına qarşı da müxtəlif ittihamlarla çıxış edir. Məhz bu səbəbdən, BBC-nin əsassız ittihamları adıçəkilən media şirkətini çıxılmaz duruma salıb. Belə ki, media qurumunun müvafiq sübutlarının olmaması, qərəzin daha çox yer alması BBC-nin onsuz da laxlamaqda olan nüfuzuna dəymiş növbəti ciddi, bəlkə də nokaut zərbəsi olacaq.

Media qurumunun vəziyyəti gərgindir

Bir daha xatırladaq ki, hələ ötən il BBC özünün "Newsnight" proqramında Azərbaycan tərəfinin Londonda keçiriləcək 2012-ci il olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı "World Series Boxing"ə (WSB) 10 milyon dollar rüşvət verməsinə dair iddialar irəli sürmüşdü. Qərəzli iddiaya görə, bu məbləğin əvəzində "WSB" guya təminat vermişdi ki, Azərbaycan boksçuları Londonda iki qızıl medal qazanacaq.

Lakin bu xəbərin heç də reallığı əks etdirmədiyi dərhal özünü göstərdi və buna görə də BBC-dən hazırda faktlar ortaya qoyulması tələb olunur. Lakin BBC, görünür, bu faktlara malik olmadığından, daha çox susmağa üstünlük verir. Onu da qeyd edək ki, Çünki BBC ölkəmizə FM tezliyində yayımına qadağa qoyulmasından sonra şirkət Azərbaycanla bağlı yaydığı məlumatlarda qərəz və qeyri-obyektivlik kimi mənfi bir tendensiyaya start verib. Bunu ölkəmizdə keçirilən seçkilər və digər kütləvi tədbirlər zamanı baş verən hadisələrin məhz bu telekanal tərəfindən birtərəfli, qərəzli və böhtan şəklində işıqlandırılması da yetərincə isbatlayır. Daha dəqiq desək, BBC sözügedən FM tezliyi və ofis təminatı reallaşmadıqdan sonra Azərbaycana qarşı düşmən mövqeyi sərgiləməyə başlayıb. Halbuki Azərbaycan bu sahədə tamamilə beynəlxalq qanunvericiliyə uyğun addımlar atır. Televiziya və Radio Şurası "Televiziya və radio yayımı hağğında" Qanuna müvafiq olaraq BBC-nin FM tezliyində yayımını bərpa etmir. İndiyə qədər Bi-Bi-Si rəhbərliyi bununla bağlı Azərbaycana müraciətlər etsə də, rəsmi Bakı beynəlxalq qanunvericilik praktikasını meydana qoyaraq şirkətin mövqeyinin yanlış olduğunu göstərib. Elə bundan sonra BBC- 2 kanalında Azərbaycanla bağlı qərəzli sənədli film nümayiş etdirildi və bu teleşirkətin Azərbaycana qarşı davamlı qarayaxma kampaniyasına start verildi.

BBC-nin Azərbaycana qarşı belə qərəzli mövqeyi ona bir sıra anti-Azərbaycan şəbəkələrinin verdiyi sifarişdən irəli gəlir

Daha bir maraqlı məqam isə media qurumunun məlum məlumatının ötən il sentyabrın 26-da Bakıda Boks üzrə Dünya Çempionatının başladığı dövrə təsadüf etməsidir. Xatırladaq ki, çempionatda 127 ölkədən 685 boksçu mübarizə aparıb. İstisna olunmur ki, burada Bi-Bi-Si-nin əsas məqsədi Azərbaycanın imicinə zərbə vurmaq olub. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov da bu məqama toxunaraq, bildirmişdi ki, boksçularımız daha güclü olmalıdırlar:"Çünki bu günlərdə BBC televiziyasının AİBA, həm də Azərbaycan haqqında verdiyi böhtan xarakterli məlumatları təkzib eləməliyik. Təbii ki, onlar öz cavablarını alacaq. Nə mənada ki, kiminsə məlumatına əsasən qeyri-ciddi bir informasiyanı dünya ictimaiyyətinə ötürmək heç yaxşı şey deyil. Ona görə də onlar cavab verməlidirlər".

Londonda məskunlaşan PSB hüquq firması AİBA adından BBC-ə qarşı "medal alveri" ittihamına görə məhkəmə iddiası irəli sürməyə hazırlaşır

İndiyə kimi rüşvət faktını təsdiq edən hər hansı dəlilin ortaya çıxarılmaması da BBC-nin məlumatlarının qərəzli olduğunu göstərir. Azərbaycan boksçuları bu yalançı məlumata real qələbələrələ cavab verməsi isə kanalın vəziyyətini daha da gərginləşdirib.

AİBA Beynəlxalq Boks Asossiyasiyası avqustun 10-da London Olimpiadasının boks yarışında "medal alveri" barədə ittihamları yenidən yayımlayan BBC şirkətini məhkəməyə vermək üçün hüquqi müstəvidə hərəkətə keçib. Eyni zamanda, vurğulamaq mümkündür ki, Azərbaycan boksçularına qarşı göstərilən qərəzlərə qarşı idmançılarımızın ruhdan düşməməsi, nəticədə, iki bürünc medala yiyələnməsi BBC-nin iç üzünü ifşa etmiş oldu. Görünür, məhkəməlik olan media qurumu ictimai qınağa tuş gəlməməkdən ötrü səhvlərini etiraf etmək məcburiyyətində qalacaq. Ən azından isə Azərbaycan idmanının şərəfli tarixinə və əyilməz qüruruna qarşı çıxmağa cəhd göstərənlər də bundan ciddi ibrət götürməlidirlər. Çünki gələcəkdə istər boksçularımız, istərsə də digər idman növlərində çıxış edəcək olimpiyaçılarımız alın tərləri ilə, qazandıqları qələbələri ilə bu kimi qərəzləri yaxına buraxmayacaqlar.

R. NURƏDDİNOĞLU

Digər xəbərlər