PDF Oxu

Araşdırma

  • 1 070

Müxalifət idmançılara atdığı iftiradan peşmandır, yoxsa özünə ayaq yeri qoyur?

Müxalifət idmançılara atdığı iftiradan peşmandır, yoxsa özünə ayaq yeri qoyur?

Məlum olduğu kimi, Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunları çərçivəsində ilkin nəticələrə əsasən, Azərbaycan dövlətinə və idmançılarına qarşı qarayaxma kampaniyasına başlayan müxalifət sonradan olimpiyaçıların yüksək səviyyəli çıxışları ilə böyük səhvini anladı. Dağıdıcılar, ilk olaraq, çirkin informasiyalar yaymaqla, həm cəmiyyət daxilində idmançılara olan inamı sarsıtmağa, həm də insanların beynində formalaşmış Azərbaycan ideyasına zərbə vurmağa cəhd göstərirdilər. Əlbəttə ki, bütün bunları təsadüfi saymaq olmaz. Çünki uzun müddətdir ki, vahid namizəd məsələsi ətrafında gərgin savaşlar aparan müxalifət rəhbərləri Olimpiya Oyunlarının ilkin nəticələrini siyasi dividend qazanmaq üçün əlverişli şans hesab edirdilər. Düşünürdülər ki, Azərbaycan idmançılarının bəzilərinin uğursuz çıxışlarını əllərində bayraq etməklə, dövlətə və hakimiyyətə zərbə vura bilərlər.

Amma ortaya çıxan mənzərə ondan ibarət oldu ki, radikal müxalifətin irəli sürdüyü iddialar absurd çıxdı və hakimiyyətə, eləcə də, idmançılarımıza atdıqları iftiralar bumeranq effektilə özlərinə zərbə vurdu. Yəni, Azərbaycan Olimpiyaçıları Londonda böyük əzmkarlıq nümayiş etdirərək, Vətənə 10 medalla qayıtdılar. Eyni zamanda, müstəqil Azərbaycan Respublikasının Olimpiya Oyunlarında iştirakının 5-ci dəfəsində rekorda imza atıldı. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan idmançıları Pekin Olimpiadasında 7 medal qazanmışdılarsa, bu dəfə 2 qızıl olmaqla, on medal əldə etdilər. Məhz söylədiyimiz bu faktlar insanların bəzi məqamlar haqqında daha dolğun məlumat əldə etməsinə səbəb oldu:

- Birincisi, aydın oldu ki, radikal müxalifət siyaətinin fəlsəfəsinə çevrilmiş xəyanət prinsipinə sadiqdir və bütün addımlarını, fikirlərini onun üzərində qurur;

- İkincisi, cəmiyyət aydın şəkildə gördü ki, müxalifət həm idmançılarımıza, həm də hakimiyyətə qarşı açıq şantaj siyasəti həyata keçirir;

- Üçüncüsü, Azərbaycan vətəndaşları bir daha müxalifətin müəyyən uğursuzluq üzərindən siyasi gediş etməsini və ondan özünə gəlir götürməsini sezdi;

- Nəhayət, dördüncüsü, sosium bir daha anladı ki, radikal müxalifətin sədrləri İsa Qəmbərov, Əli Kərimov və digərləri yalnız şəxsi maraqlarını düşünür, cəmiyyətin müəyyən çatışmazlıqlarından dividend əldə etmək üçün çalışır və dövlətə, xalqa arxadan zərbə vurur.

Söylənilən nəticələrin əsasında isə Azərbaycan cəmiyyəti başqa məqamları da anladı. Yəni, hər kəs bir daha Azərbaycan dövlətinin qüdrətini və sürətli inkişafını gördü, idmançılara olan diqqət və qayğını əyani şəkildə sezdi. Azərbaycan vətəndaşları bir daha əmin oldular ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan daim qələbələrə doğru irəliləyir...

Bütün söylənilənlərin fonunda, təbii ki, radikal müxalifət real mənzərəni gördü və anladı ki, yeni səhv mövqe tutub. Buna görə də, Azərbaycan idmançılarının uğurlu çıxışlarından sonra dağıdıcılar qələbə mesajları verməklə, sanki günahlarını yumağa çalışdılar. Hətta dağıdıcılar da anlayırlar ki, idmançılara qarşı iftira kampaniyası aparmaq elə xalqa qarşı çıxmaq deməkdir. Bu səbəbdən də, başda İsa Qəmbərov, Əli Kərimov və digərləri peşmançılıqlarını kompensasiya etmək üçün günahyuma kampaniyasına başlayıb. Elə bu məqamda da ortaya çıxan sual ondan ibarətdir ki, görəsən, müxalifət idmançılara atdığı iftiradan peşmandır, yoxsa, özünə ayaq yeri qoyur?

"Səs" Analitik Qrupu

Digər xəbərlər